Categories
Nederland

Recep Tayyip Erdoğandan Ermənistana çağırış

Dünən Rusiya prezidenti Vladimir Putinlə görüşdən dönən Türkiyə cümhurbaşkanı Recep Tayyip Erdoğan təyyarədə jurnalistlər üçün açıqlama verib. O, Ermənistan rəhbərliyinə çağırış edərək Zəngəzur dəhlizini açmağa çağırıb.
– Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik. Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq. Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Time TV
Categories
Nederland

ABŞ Azərbaycanı təhlükəli elan etdi

Departament belə hesab edir ki, Azərbaycanda qeyri-sabit siyasi vəziyyət yarana bilər və terror təhlükəsi mövcuddur
ABŞ Dövlət Departamenti 12 ölkənin adını 3-cü dərəcəli risk qrupuna daxil edərək vətəndaşlarına o ölkələrə getməməyi tövsiyə edib. Siyahıda Azərbaycan, İsveçrə, Şimali Makedoniya, Estoniya, Oman, Laos və digər ölkələrin adları var. ABŞ vətəndaşlarına tövsiyyə edir ki, yarana biləcək qeyri-sabit siyasi vəziyyətə və terror təhlükəsinin artmasına görə Azərbaycana səfər etməsinlər.
İsveçrə, Estoniya və Şimali Makedoniyanın adı isə bu siyahıya koronavirusa gündəlik yoluxmanın sayının artması ilə bağlıdır. ABŞ hökuməti vətəndaşlarına ciddi səbəb olmadan bu ölkələrə getməməyi tövsiyə edir.
Time TV
Categories
Nederland Uncategorized

Uyğurlar Çini beynəlxalq məhkəməyə verir

Sürgün olunan uyğur müsəlmanlarla bağlı məsələyə beynəlxalq məhkəmədə baxılacaq

İki uyğur liderinin müraciəti Çindəki uyğur müsəlmanları üzərində edilən soyqırım və cinayətlərə qarşı Beynəlxalq Cinayət Məhkəməsini (International Criminal Court -ICC) hərəkətə gəlib. İki uyğur fəalı qrupunu təmsil edən Londondakı Hüquqşünaslar Qrupu Çində uyğurların qanunsuz tutulması və ya Kamboca və Tacikistandan deportasiya edilməsi ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə şikayət göndərib.

TimeTV xarici mətbuata istinadən xəbər verir ki, bu, Çin Kommunist Partiyasına  qarşı beynəlxalq məhkəmədən kömək istənməsi ilk dəfədir. Deportasiya edilən Şərqi Türkistan Hökuməti (ETGE) və xaricdəki uyğur icması ilə əlaqəli bir təşkilat olan Türkistan Milli Oyanış Hərəkatı TMOH (ETNAM), insan haqları pozduğuna cəmiyyətin istismarına görə Çini məhkəməyə verib.

Bu qruplar Sincanın müstəqilliyini elan edib. TMOH xəbər verir ki, uyğur qurbanları Şərqi Türkistandan Tacikistan və Kambocaya qanunsuz olaraq köçürülüb.  Çinə qayıtdıqdan sonra onlar qətl, qanunsuz həbs, işgəncə, doğuşa məcburi nəzarət və sterilizasiya və məcburi evlilik də daxil olmaqla bir çox başqa məsələlərlə bağlı həbs edilib. Çinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə apelyasiya şikayəti verən vəkillərdən biri Rondie Dixon , Çinin qətliam işi üzrə məhkəmənin səlahiyyətinə daxil olduğunu söyləyib: “Çin, Kamboca hər ikisi də məhkəmə üzv ölkədir və beləliklə də qlobal bir məsələdir. Bu, çox əhəmiyyətli bir dava ola bilər, çünki Çin hələ də insan haqlarının pozulması və uyğur qətliamına görə heç bir məsuliyyət daşımayıb”.

Çinin bu məhkəmənin yurisdiksiyasına baxacağına və istintaqa hazır olacağı şübhəlidir. Amma buna baxmayaraq, ilk dəfə olaraq bir beynəlxalq məhkəmə orqanında bu mövzuda dinləmə başlayacaq.

Bu arada, Çin Kommunist Partiyasının sədri və Çin Prezidenti Si Tszinpinin ən nüfuzlu tənqidçisi kimi tanınan vəkil Xu Zhuangzhun Pekində bazar ertəsi polis tərəfindən həbs olunub. O, ölkənin nüfuzlu Şighua Universitetində hüquq professorudur. Dostu Geng Jiaonan, Xu Zhaungzhun kitabının Nyu Yorkda ötən ay nəşr olunduğunu söyləyib. Xu, Çin Prezidentini və və Kommunist Partiyasının rəhbərliyini ciddi şəkildə tənqid edirdi. Kitabda 10 siyasi esse var. Məqalədə yazılıb ki, Çin, Mao Zedongun totalitar rejiminə doğru gedir.

TİME TV

Categories
Nederland Uncategorized

WHO IS THE NEW OWNER OF THE ISTANBUL “EDITION” HOTEL?

Anar Alizade appropriated the hotel owned by Mubariz Mansimov and appointed his brother as manager. We present to your attention a robbery similar to a fairy tale by facts.
The question is this:
Who is the new owner of the Istanbul “Edition” Hotel, previously owned by Mubariz Mansimov? 
Following the arrest of the president of Palmali Group of Companies Mubariz Mansimov his investments in the Turkish economy are being in the spotlight. One of the largest investments by Mubariz Mansimov was the Istanbul Edition Hotel, located at Buyukdere Street, considered the business center of Istanbul (Istanbul’s Wallstreet).
Before 2000 the building of the Istanbul “Edition” Hotel was the head office of Demirbank and in years of 2000-2003 it was used as a head-office of HSBC Bank’s Turkey branch. On 20 november 2003, as a result of the terrorist act committed by the Al-Qaeda terrorist organization in front of the building, a huge fire occurred in the building, the building became unusable.

https://www.milliyet.com.tr/gundem/istanbulda-teror-iki-bombali-kamyonet-dehset-ve-olum-sacti-5138968

http://arsiv.ntv.com.tr/news/244717.asp

After the bankruptcy of Demirbank, the building, which was the property of the Turkish Social Insurance Fund (FSST), was put up for sale. In 2007 Mubariz Mansimov bought the building from the FSST in the auction by making the highest offer in the amount of 93 million liras ($ 80 million).

https://www.denizhaber.net/hsbc-binasi-artik-palmalinin-oldu-haber-11337.htm

In order to transform the building which was in unsuitable condition at that time, Mubariz Mansimov reached an agreement with the Marriott International Group of Companies. Following the repair and construction work which lasted 3 years, in 2011 the 5-star Istanbul Edition Hotel (Baku Plaza) was made available for use. The hotel being the local host of such luxury brands as ESPA, Cipriani and Billionaire, has become one of the most expensive places in Istanbul. Royal Circle Penthouse with sea view and a daily cost of 7500 euros was also leased – out by the hotel.

https://www.milliyetemlak.com/dergi/7-yildizli-the-istanbul-edition-kapilarini-acti/

The Minister of Culture and Tourism of Turkey Mr. Ertugrul Gunay, Istanbul Mayor Mr. Huseyn Avni Mutlu, Minister of Industry and Energy of Azerbaijan Mr. Natik Aliyev, Azerbaijani Ambassador to Russia Mr. Polad Bul-Bul oglu, Azerbaijan’s General Consul to Istanbul Mr. Hasan Zeynalov, businessman Mr. Iskender Khalilov and other famous people took part on the opening ceremony of the hotel that cost 150 million dollars to Mubariz Mansimov. At the opening, Mr. Polad Bul-Bul oglu performed a duet with the Honored Artist of Russia Nikolai Baskov.

https://www.youtube.com/watch?v=4SHKBYFnNho

https://www.hurriyet.com.tr/ekonomi/istanbulun-ilk-7-yildizli-oteli-15-aralik-ta-aciliyor-11170068

The flags of Azerbaijan and Turkey began to wave in front of the hotel.

In 2015 it was whispered that Mubariz Mansimov sold the Istanbul “Edition” hotel. However the name of the new owner of the Istanbul “Edition” hotel has become a big mystery. According to Fortune Turkey news published in the “Para” magazine, Istanbul “Edition” Hotel was sold to Lukoil President Mr.Vahid Alekperov.

https://www.fortuneturkey.com/rus-milyarder-istanbul-edition-hoteli-satin-aldi-24514

https://uzmanpara.milliyet.com.tr/haber-detay/gundem2/rus-oligark-editioni-aldi/33000/33922/

However after Mubariz Mansimov denied rumors about the sale of the hotel to Vahid Alekperov. In the explanation distributed by Mubariz Mansimov through his lawyers, the following was noted:
“There was not carried out any meeting between Mubariz Gurbanoglu and Vahid Alekperov related to the sale of the aforementioned hotel (Istanbul “Edition” Hotel), and the mentioned marina (yacht port “Palmarina”). At the same time, no proposals were received from Vahid Alekperov regarding the purchase of hotels and port from Mubariz Mansimov.

http://www.patronlardunyasi.com/haber/Ulus-taki-rezidansi-da-satiliga-cikti/175431

SOCAR was also mentioned in Turkish media among the new owners of Istanbul “Edition” Hotel. However, there did not appear any new information about the new owners of the hotel in press later. In 2017, the Istanbul “Edition” Hotel was renamed the Hyatt Centric Hotel.

https://www.hurriyet.com.tr/ekonomi/luks-edition-gitti-butik-centric-geldi-40386176

In the course of our investigations it turned out, that the owner of the Hyatt Centric Hotel was Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Company. In the registry data of the Istanbul Chamber of Commerce, the address of the company and the Hyatt Centric Hotel is the same: Levent Mahallesi, Büyükdere Caddesi No.136 / 1 Beşiktaş, İstanbul. At the same time, the vacancies for Hyatt Centric Hotel on the www.kariyer.net job search portal were posted on behalf of Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Company.

https://www.kariyer.net/is-ilani/levist-emlak-gelistirme-otelcilik-ve-turizm-a-s-h-group-banquet-sales-executive-2484102

It becomes apparent from Turkish trade registry data, that Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Company’s former name was Palmali Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Company and the shares were owned by Mubariz Mansimov. According to information published in the trade registry of Turkey dated February 22, 2016, on February 16, 2016 all shares of Palmali Emlak Geliştirme Otelcilik ve Turizm Anonim were transferred to RSR Holding registered in Singapore. Currently, the company’s supervisory board consists of the following members: Nihad Aliyev, Ali Polad, Korai Atalyk and Moreno Acchiolini. The authorized capital of the company estimates 323 million liras. It should be noted that, the founder and CEO of RSR Holding is Anar Alizadeh, the cousin of the president of SOCAR Rovnag Abdullayev (red. former surname “Aliyev”). Member of the Supervisory Board of Levist Emlak Geliştirme Otelcilik ve Turizm Anonim Company Nihad Aliyev is Anar Alizade’s brother.
Recall that the report of the Global Witness organization entitled “Anonymous Azerbaijan” published in 2013 states that Anar Nusrat oglu Aliyev has a stake in “at least 48 highly profitable transactions” with SOCAR.

https://www.globalwitness.org/en/archive/azerbaijan-anonymous/

https://www.bbc.com/azeri/azerbaijan/2013/12/131209_global_witness_socar_report

Our investigations concerning Anar Alizade and Rovnag Abdullayev will continue. In the following news we will inform you about the secrets of RSR Holding.

TIME TV ANALYTICAL GROUP

 

Categories
Nederland

Azərbaycan Pasportlar İndeksini yüksəldib

Azərbaycan 2019-cu ilin dördüncü rübündəki Pasportlar İndeksi reytinqində 76-cı yeri tutaraq əvvəlki reytinqə nisbətən 2 pillə irəliləyib.

Timetv xəbər verir ki, hazırda Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilər. Reytinqin lideri vətəndaşları 190 ölkəyə sərbəst gedən Yaponiya ilə Sinqapurdur, daha sonra 188 göstəriciyə malik Cənubi Koreya, Almaniya, Finlandiya, 187 göstəriciyə malik Danimarka, Lüksemburq, İtaliya gəlir.

Cəmi 109 ölkənin daxil olduğu reytinqdə ən çox – beş pillə irəliləyən ölkə Birləşmiş Ərəb Əmirlikləri 172 göstərici ilə 15-ci yerdədir.

Hüquqi cəhətdən ən zəif pasportlara malik ölkələr Əfqanıstan (25 ölkə), İraq (27 ölkə), Suriya (29 ölkə), Pakistandır (30 ölkə).

Xatırladaq ki, “Henley & Partners” məsləhətçi şirkəti reytinqi ildə dörd dəfə tərtib edir.

Categories
Nederland

Vergilər Nazirliyi “onlayn kassa” üçün “Cybernet”i cəlb edib

“Cybernet” MMC “Onlayn kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərini yerinə yetirəcək.

Timetv xəbər verir ki, “Cybernet” Vergilər Nazirliyinin keçirdiyi müvafiq tenderin qalibi olub. Şirkət ilə 559 min 84 manat məbləğində müqavilə imzalanıb.

2004-cü ildə təsis olunan “Cybernet” Azərbaycanda və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları sahəsində xidmətlər və həllər təklif edir.

Azərbaycanın vergi sisteminin diaqnostikası üçün məsləhətçi seçib

Həmçinin Vergilər Nazirliyi ölkənin vergi sisteminin diaqnostikasını aparmaq məqsədilə məsləhətçi cəlb edib.

“Azərbaycanın vergi sisteminin diaqnostikası” mövzusunda ekspertiza-məsləhət xidmətinin həyata keçirilməsi üçün “McKinsey and Company (Azerbaijan), INC” şirkətinin Azərbaycandakı filialı ilə müqavilə bağlanılıb.

Müqavilənin məbləği 2 milyon 707 min 999,7 manat təşkil edir.

Categories
Nederland

Trampla görüşəcəkdi xəstəxanaya düşdü

Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Caber əs-Sabah tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilib.

BakuPost-un xarici mediaya istinadən məlumatına görə, bununla əlaqədar ABŞ prezidenti Donald Tramp ilə planlaşdırılan görüş təxirə salınıb.

Qeyd edilir ki, Vaşinqton administrasiyasının rəhbəri və Küveyt əmiri sentyabrın 12-də Ağ Evdə görüş keçirməli idi.

İki liderin görüşünün yeni tarixi daha sonra açıqlanacaq.