Categories
Uncategorized

Heydərovlar sülaləsi iflasın bir addımlığında

Külli miqdarda vergi borclarına görə, Heydərovlar sülaləsinə məxsus daşınan və daşınmaz əmlaka məhkəmə qərarı ilə həbs qoyulub  

Əmək və əhalinin keçmiş sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi və ardınca millət vəkili Vahid Əhmədovun “oliqarxlar çevriliş etmək istəyirlər” açıqlaması verməsi aydınlığı ilə ortaya qoydu ki, sistem daxilində yenidən paylaşım həyata keçirilir. Və təbii ki, bu prosesdə kimlərsə sabiq nəqliyyat naziri Ziya Məmmədov kimi kəndə qaçıb mal-qara saxlamaq, Qurani-kərim oxuyub ibadətə qoşulmaqla xilas olmaq istəyir, kimlərsə, daha güclü əl tapıb onu sıxmağa cəhd edir. Bu məsələ ilə bağlı verilən məlumatlara görə, əslində, hazırda bütün nəzərlər fövqəladə hallar naziri Kəmaləddin Heydorun üzərindədir. Son illər o, ard-arda Heydərovlar sülaləsinin sərvətlərindən bir qismini paylaşmağa razı olsa da, hələ də onda əhəmiyyətli dərəcədə pul kütləsinin və variatı olduğu məlumdur. İndi isə məlum olur ki, nə qədər qəribə olsa da, Heydərovlara məxsus şirkətlərin dövlətə kifayət qədər vergi borcu yaranıb. Bu üzdən aidyyatı üzrə məhkəməyə müraciət olunub və Heydərovların daşınan və daşınmaz əmlaklarının əhəmiyyətli hissəsinə məhkəmə qərarı ilə həbs qoyulub. Əgər, yaxın zamanlarda vergi borcları ödənməzsə, həmin əmlaklar müsadirə olunacaq. Borcun bir neçə milyon manat olduğu iddia edilir. 

Time TV 

Categories
Uncategorized

Eldar Həsənov türmədə qaldı

Onun vəkillərindən biri (Adil İsmayılov) vəfat edib, digərləri ictimaiyyətdən gizlənirlər

Keçmiş baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənov daha 3 ay həbsxanada qalacaq. Bu barədə qərarı dünən Səbail rayon Məhkəməsi verib. Maraqlıdır ki, Həsənovun vəkilləri onun məhkəmə prosesi barədə məlumatı ictimaiyyətdən gizli saxlayıblar.
Xatırladaq ki, sabiq baş prokuror və səfirin vəkillərindən biri – Adil İsmayılov vəfat edib. Digər vəkillərilə bağlı məlumat yoxdur.

Time TV

Categories
Uncategorized

Millət vəkilindən YAP-çılara ağır ittiham

Milli Məclis üzvü Vahid Əhmədovun sözlərinə görə, YAP-çılar rus sülhməramlılarının gəlişindən sonra dövlət çevrilişi etmək istəyirlərmiş

Bu gün Milli Məclisin üzvü Vahif Əhmədov Azərbaycan mediasına maraqlı açıqlama verib. O, faktiki olaraq YAP-çıları dövlət çevrilişinə cəhd də siçlayıb. Vahid Əhmədov bildirib:

— Mən sabiqlər barədə heç nə demək istəmirəm. Hamısı vəzifədə olanda rəhbərlik etdikləri qurumlarla bağlı kifayət qədər lazımi tənqidlərimi etmişəm. Təqsirləri yoxdursa, Allah qapılarını açsın. Təqsirləri varsa, hüquq-mühafizə orqanları ölkənin cinayət məcəlləsinə uyğun lazımi ölçü götürəcəklər. Amma olduqları vəzifədə dövlətin, Prezidentin əleyhinə işləyənləri heç vaxt qəbul etməmişəm, etməyəcəm də. Bu məsələlərə indi yox, 10 ildir toxunuram, konkret faktlar göstərirəm. Mən kiminsə barəsində vəzifədən çıxandan sonra danışmıram, vaxtında danışmaq lazım idi. O pullar şəhid ailələrinə, qazilərə xərclənməlidir. İnsanlar son proseslərdən məmnundurlar. Mən həmişə demişəm ümumilikdə korrupsiya əməlinə görə həbslərin tərəfdarı deyiləm. Fakt varsa, o əmlakların, vəsaitlərin dövlət büdcəsinə qaytarılması təmin olunmalıdır. Xüsusilə indiki şəraitdə həmin vəsaitlərlə qazilərin, şəhid ailələrinin həllini gözləyən bir çox problemini aradan qaldırmaq olar.
Rus sülhməramlıları Qarabağa gələndə “5-ci kolon” nəfəs alıb çeviriliş etmək niyyətinə düşdü. Azərbaycanda təmizləmə prosesi getməlidir. Bir şeyi diqqətə çatdırım ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəldi, sanki onlara ikinci dəfə nəfəs verildi. Öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başladılar. Kifayət qədər pulu, gücü olanlar dövlət çevirilişi etmək niyyətinə düşdülər. Amma xalq, əhali Prezidentin arxasındadır. 44 günlük müharibə bir daha Ali Baş Komandanın əzmini sübut etdi. Ona görə də kimsə hansısa niyyətə düşsə, dərhal cavabını alaraq, yerində oturdulacaq. Harınlamış məmurlar heç Prezidenti də eşitmirlər, onlar dövlət üçün təhlükədir. Bilirsiniz, bu prosesin davamlı olmaması qeyri-mümkündür. Çünki vəziyyət elə bir səviyyəyə çatıb ki, həllsiz qala bilməz. Son illər çox sayda kadr dəyişikliyi aparılıb, vəzifəyə gənc, Avropa təhsilli kadrlar gətirilib. Yenilər müəyyən səhvlər buraxacaqlar, amma onlar Azərbaycan dövlətinə xəyanət etməyəcəklər, Azərbaycanın müstəqilliyinin əleyhinə addım atmayacaqlar, heç vaxt ciddi korrupsiya faktlarına görə istintaq edilməyəcəklər. Mən o gənclərin əksəriyyətini tanıyıram, əlaqələrim də var, məsləhətləşmələrimiz də olur. Amma 20-25 il vəzifədə olan kadrlar harınlaşmış kadrlardır. Kifayət qədər vəsait toplamış, vəsaitləri xaricə çıxarmış oliqarxlardır. Onlar nəninki bizim, heç ölkə rəhbərinin də sözünü eşitmirlər. Ona görə də onlar dövlət üçün həmişə təhlükədir.

Time TV

Categories
Uncategorized

ƏLVİDA MƏLƏK LEDİ

Sentyabrda Almaniya baş nazirlik kürsüsünü tərk edən Anqela Merkel haqqında bildiklərimiz və bilmədiklərimiz

Anqela Merkel kimdir?

  1.  O, Almaniyanın ilk qadın baş naziridir
  2.  Ailəsini, dostlarını və hətta işçilərini daim ictimaiyyətdən uzaq tutub
  3.  Həyat yoldaşı Joachim Sauer demək olar ki, ictimaiyyət önündə çox az göründü
  4.  Çoxları ona Merkel kimi müraciət edir. Onun əsl adı isə Anqeladır. Merkel onun soyadıdır, amma..
  5.  Çox adam hələ də bilmir ki, Anqela Merkel ilk həyat yoldaşının soyadını daşıyır. O, iki dəfə ailə qurub və Joachim Sauer onun ikinci həyat yoldaşıdır
  6.  Anqela Merkel həftə sonları və tətil vaxtları istirahət üçün Maldiv adaları kimi yerləri yox, Almaniyada Uckermark meşələrini seçib.
  7.  Anqela Merkelin Şərqi Almaniyada böyüdüyü ev bu günə qədər durur və yaşayış var
  8. Onun atası keşiş olub və sovet işğalından sonra bir çox almanlar Şərqi Almaniyadan Qərbə köç etdiyi zamanda, o, iş tapmaq ümidiylə Qərbi Almaniyadan Şərqi Almaniyaya köç edib.
  9. Merkelin anası müəllimə olub. Şərqi Almaniyaya köçdükdən sonra işsiz qalıb. Siyasi cəhətdən aktiv qadın olub və Sosial-Demokrat Partiyasının yerli bölməsinə rəhbərlik edib
  10. Anqela Merkel həyatda ən çox anasını sevib. Hətta Hamburqda keçirilən G20 zirvə toplantısını yarımçıq qoyaraq anasının doğum gününü qeyd etməyə gedib.
  11.  Berlin divarı dağıldığında Anqela Merkel 35 yaşlı universitet bitirmiş dul bir qadın idi. O, 20 yaşlarında evlənib və boşanmışdı.
  12.  1997-ci ildə o, Ətraf Mühit və Nüvə Təhlükəsizliyi naziri oldu
  13.  O, Almaniyanın baş naziri Helmot Kohlun himayəsi ilə böyük siyasətə ilk addımlarını atıb
  14. 10 ilə yaxın müddətdə əvvəllər Demokratik Oyanış Partiyası adlanan, sonra Xristian Demokratik Birliyinə çevrilən partiyanın rəsmi sözçüsünə yardım edib.
  15.  Məhz buna görə siyasi çevrələrdə diqqət çəkdi və 2000-ci illərdə Anqela Merkel adı artıq siyasətçi kimi tez-tez gündəmə gəlirdi
  16.  Məhz bu populyarlıq və çalışmaları Helmot Kohlun kürsüsünü tərk etdikdən sonra onun yerinə keçməsinə zəmin yaratdı
  17.  Anqela Merkel Suriya krizi zamanı bütün olanlara rəğmən yüz minlərlə qaçqına Almaniyanın qapılarını açmaqla tarixə düşdü
  18. Qaçqınlara qapı açdığına görə, on minlərlə alman buna etiraz etdi. Lakin bu onun populyarlığını azaltmadı
  19. Anqela Merkel öz ölkəsinə pislik gətirəcək heç bir addım atmayıb.
  20. O, Almaniyanı dünyanın ən güclü iqtisadiyyatına malik olan ölkələrdən birinə çevirib.
  21. Vaxtilə Fransa, ABŞ, Böyük Britaniya ordularının işğalında olan Almaniya 2020-ci il koronavirus krizi zamanı qapısını Avropa ölkələrindəki koronaviruslu xəstələrin üzünə Almaniya xəstəxanalarının qapılarını açdı. Fransadan, Belçikadan, Hollandiyadan qatarlarla, təcili yardım maşınlarıyla, vertalyotlarla xəstələr Almaniyaya daşındı.
  22. Və nəhayət, 20 ilə yaxın rəhbərlikdən sonra dəqiqələrlə sürən sürəkli alqışlar, 80 milyonluq sürətlə böyüməkdə olan Almaniya və milyonlar oğurlamaqdan on milyonların qəlbində rəğbət qazanmış Anqela Merkel.
  23.  Əlivda MƏLƏK LEDİ!

Fikrət Hüseynli

Categories
Uncategorized

Erdoğan Makrona: “Sən get hələ “sarı jiletlilər” məsələsini həll elə”

Türkiyə prezidenti Qərbi Türkiyədə ara qarəşdərmağa cəhd etmək də suçladı
“ABŞ və ya Avropa İttifaqı nə deyir? Boğaziçi Universitetində olanları pisləyirlər. Buradan Amerikaya deyəcəyim sözlər var: seçkiqabağı və seçkidən sonra ABŞ-da baş verən olaylardan heç utanmırsınızmı? Oradakı hadisələrdə hamı bir-birini təhdid etdi, irqçilik pik nöqtəyə çatdı”.
Bunu Türkiyə cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı Avropa İttifaqı ölkələrindən Fransa prezidenti Emmanuel Makronun Türkiyə ilə bağlı bəyanatlarına sərt reaksiya verib:
“Digər tərəfdən də Avropa İttifaqı ölkələrindən Makron danışır. Makron, sən get hələ “sarı jiletlilər” məsələsini həll elə. Hazırda bütün “sarı jiletli” vətəndaşların küçələrdədir. Sən hələ bunu həll elə. Mənim ölkəmdə indi elə problem yoxdur. Biz əmin-amanlıq içindəyik, rahatıq. Amma onlar bizim də sakitliyimizi pozmaq istəyirlər. Ana müxalifət də (Cümhuriyyət Xalq Partiyası – “Report”) bunun içindədir. Müxalifətin digər qolu, dağdan bəslənən HDP (Xalqların Demokratiyası Partiyası – “Report”) də bunun içindədir. Təəssüf ki, İYİ Partiyada bunun içindədir. Ancaq çaxnaşma sala bilməyəcəklər. Bunu bacarmayacaqlar”.
Time TV
Categories
Uncategorized

Aleksey Navalnı: PUTİN VOR – PUTİN OĞRUDUR

Məhkəmə Navalnının verilən cəzadan “lazımi nəticə çıxarmadığını” deyərək onun həbsinin ev dustaqlığına dəyişdirilməsinə razılıq vermədi 

Bu gün Rusiya müxalifətinin lideri Aleksey Navalnının 30 gün həbs edilməsilə bağlı məhkəmə hökmündən appelyasiya şikayətinə baxılıb. Məhkəmə binası ciddi şəkildə mühafizə edilib. Navalnı çıxışında Rusiyada aclıq və səfalət sürdüyünü elan edib və bildirib ki, o, azad edilməlidir.
Prokuror isə Navalnının “sistematik şəkildə qaydaları pozmağa meyli olduğunu, öncəki məhkəmə qərarından “lazımi nəticə çıxarmadığını, nümayişkaranə şəkildə qanunları pozduğunu” deyib.
Nəticədə həbsin ev dustaqlığı ilə əvəzlənməsi istəyi rədd edilib. Cəzanın ümumi rejim həbsxanada davam etməsi qərarlaşdırılıb.
TİME TV
Categories
Uncategorized

İlham Əliyev Kəmaləddin Heydərovu biabır etdi

Ölkə başçısı Milli Bankın rəhbəri Elman Rüstəmovu özbaşınalıqda, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi isə Şuşaya sərhəd çəkməkdə suçladı 

Bu gün Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gözlənilməz açıqlamalar verilib. Azərbaycan Prezidenti yüksək rütbəli məmurların ünvanına ciddi ittihamlar səsləndirib. O, öncə Şuşada Milli Bankın filalını açacağını deyən Elman Rüstəmovu ciddi tənqid edib: 

Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır.

Ardınca ölkə başçısı fövqəladə hallar naziri Kəmaləddin Heydərovu Şuşada özünə iqamətgah düzəltməyə cəhd də günahlandırıb: 

Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi isə Şuşada xərhədçi məntəqəsi tikmək üçün ona müraciət etdiyini bildirib:

Bu təklifi indi desəm, yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına.


Qeyd edək ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”, – dövlət başçısı deyib.

TİME TV

Categories
Uncategorized

Fransız xalqı nəyə qəzəblənib?

Paris niyə partlayır?
Son aylar Fransada ard-arda aksiyalar keçirilir. Bəs bu etirazların səbəbi nədir, nədən bu həftənin şənbə günü 33 min insan Parisdə su püskürdən maşınların önündə dayandılar? Onlar “Qlobal Təhlükəsizlik Qanunu”na etiraz edirlər.
Fransa Daxili İşlər Nazirliyinin qiymətləndirilməsinə görə,təkcə bu şənbə aksiyalarında 33.000 nəfər iştirak edib. Çünki “Təhlükəsizlik Qanunun”da yeni qaydalar polislərin şəkil və videolarının çəkilməsinə, sosial mediada paylaşılmasına qadağa qoyur. Bu da hadisə baş verən zaman polisin vəhşiliyinə dair sübut əldə etməyi çətinləşdirir.
Məhz buna görə bu cür aksiyalar keçirilir. Hökumət keçən ilin sonunda nümayişləri dayandırmaq üçün qanunda bu qadağanı nəzərdə tutan 24-cü maddələrini yenidən yazacağını elan etsə də, hələ bunu etməyib. Bu üzdən etirazlar davam edir.
Qanun qüvvəyə mindikdən sonra polisin çəkilmiş və pis məqsəd üçün istifadə ediləcəyi şübhə doğuran hər hansı bir foto və ya görüntülərin çəkilməsini qadaöan edəcək.
Bunu edən şəxs cinayətkar sayılacaq və bir ilədək həbs cəzası və maksimum 45.000 avro (55.000 dollar) cərimə olunacaq.
Time TV 
Categories
Uncategorized

Hollandiyada komendant saatı elan olundu

Saat 21:00-dan sonra icazəsiz çölə çıxanlar cəzalandırılacaqlar

Koronavirus Qərbi Avropanı faktiki olaraq qorxu altında saxlamaqda davam edir. Hökumətlər dəyişkən tədbirlər və sərt basqılarla koronavirusun yayılmasının qarşısını almağa çalışırlar. Bu gün isə konkret olaraq Qərbi Avropanın ən güclü iqtisadiyyata və sistemə malik dövlətlərindən biri olan Niderland Krallığında rəsmi olaraq komendant saatının elan olunmasına qərar verilib. 22 yanvar 2021-ci ildən bütün ölkə ərazisində komendant saatı elan olunacaq.

21 yanvarda ölkə parlamentində aparılan müzakirələrdə səs çoxluğu ilə komendant saatının qəbulu razılaşdırılıb. 22 yanvardan axşam saat 21:00-dan etibarən icazə sənədi olmayan şəxslər çölə çıxa bilməyəcəklər. Komendant saatı səhər 4:30-da bitir.

Parlamentin Aşağı Palatasında hökumət partiyalarının əksəriyyəti D66, VVD, CDA və ChristenUnie və müxalifət partiyaları SP və 50Plus komendant saatının bir az gec təyin elunmasını istəsələr də, buna razılıq verilməyib. İstefa vermiş və hazırda hökumət başçısını müvəqqəti əvəzləyən baş nazir Mark Rutte deyib ki, “biraz sonra”, ancaq 21.00-dan gec olmayaraq mümkündür. 21:00-dan o tərəfə icazəsiz çöldə qalmaq qadağandır. Müzakirələrdə PVV, Demokratiya və Denk, Demokratiya üçün Forum partiyaları komendant saatının tətbiqinə qarşı çıxıblar. Lakin sonradan D66 Partiyası qərarı dəstəkləmək qərarı verib.

Time TV

Categories
Uncategorized

Niderland komendant saatına hazırlaşır

Mark Rutte: Heç kəs bunu alqışlamır, amma biz buna məcburuq 

Niderland Krallığı Nazirlər Kabineti ölkə ərazisində saat 20:30-dan səhər 4:30-a qədər komendant saatı tətbiq etmək niyyətindədir. İstefa vermiş və müvəqqəti hökumətin rəhbəri, baş nazir Mark Rutte 20 yanvarda təşkil etdiyi mətbuat konfransında bunu edib. 

Komendant saatı haqqında danışan Rutte bunun parlamentin təsdiqləməsinin lazım olduğunu, yalnız bundan sonra qəti bir qərar veriləcəyini deyib. Və bildirib ki, yalnız bundan sonra komendant saatının nə vaxt  tətbiq ediləcəyi və nə vaxta qədər çəkəcəyi məlum olacaq. Bununla bağlı parlament müzakirəsi 21 yanvarda keçiriləcək. Nəticədə komendant saatı qərarı təsdiq edilsə, bu çoxlarının düşündüyü kimi, cümə günü deyil, şənbə və ya bazar günü tətbiq ediləcək.

Təklif olunan komendant saatının şərti bundan ibarətdir ki, üzrlü bir səbəb olmadan küçəyə çıxmaq qadağan olunacaq və bu, hələlik 9 fevral çərşənbə axşamına qədər çəkəcək.

Rutte sonda deyib: “Bütün mütəxəssislər üçüncü dalğaya qarşı xəbərdarlıq edirlər. Buna görə də bunu etməliyik. Heç kim bu barədə alqışlamır.”

Time TV