AZƏRBAYCAN PFİZER ALA BİLMƏYƏCƏK

İndiyədək Azərbaycanın 3000-ə yaxın vətəndaşı minaya düşüb, 525 nəfər həlak olub
“İşğaldan azad edilən ərazilərdə elə yerlər var ki, ermənilər orada hər kvadratmetrdə 10-dan çox mina basdırıblar”. Bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev martın 25-də keçirdiyi mətbuat konfransında deyib .
O qeyd edib ki, məcburi köçkünlərin tez bir zamanda evlərinə qayıtması üçün ilk şərtlərdən biri həmin ərazilərin mümkün qədər qısa vaxtda minalardan təmizlənməsidir.
“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3 000-ə yaxın vətəndaş minaya düşüb: “Onlardan 525 nəfəri həlak olub. Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq.
Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. Müraciətdə deyilir:
– Minalar erməni hərbi birləşmələri tərəfindən daha çox hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ANAMA-nın məlumatlarına görə minalanmış ərazilərdə bəzən 1kv.m ərazidə 10-dan yuxarı mina aşkar edilir. Belə bir həssas dönəmdə bəzi beynəlxalq qurumlar, gizli ölüm saçan mina təhlükəsini deyil.
Time TV
”Monolit” şirkətinə məxsus gəmidə ölən və yaralananlarla bağlı heç bir məlumat yoxdur
Bakıdan aldığımız məlumata görə, dünən Xəzər dənizində Neft Daşları üçün xüsusi yük daşıyan gəmi batıb. Dənizdə başlamış güclü cənub küləyi gəmini idarəolunmaz vəziyyətə gətirib. Küləyin sürəti saniyədə 25-30 metrə çatıb. Gəmi 57 nömrəli körpünün yanında lövbərindən çıxıb və platformaya çırpılıb. Sonra isə batıb. Gəminin batma anının şəklini təqdim edirik.
Qeyd edək ki, bu barədə rəsmi açıqlama verilməyib.
P.S. Time TV-nin materiallarından istifadə zamanı istinad məcburidir. Əks halda müəllif hüququna görə, səhifə və ya saytınız şikayət oluna bilər.
Time TV
Ordunu Qarabağdan çıxart, Şuşa yolunu aç, Kərkini boşalt, əsirlərini al
Rusiyanın “Kommersant” qəzeti yazır ki, Bakı və İrəvan arasında Azərbaycan tərəfinin saxladığı 73 erməni əsirlə bağlı mübahisələri davam edir. Azərbaycan Xarici İşlər Nazirliyi iddia edir ki, döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan ərazisində saxlanılan Ermənistan vətəndaşları əsir kimi qəbul edilmir və onlar etdikləri cinayət əməllərinə görə, qanun qarşısında cavab verməlidirlər.
Onu da qeyd edək ki, hazırda Avropa İnsan Hüquqları Məhkəməsində bu iddia ilə bağlı məsələyə baxılır. Bunu 73 erməni məhbusun maraqlarının təmsil edən Siranuş Saakyan deyib. O, bildirib ki, Azərbaycan və Ermənistanın, o cümlədən Qarabağın faktiki rəhbərliyi arasında erməni məhbusların azadlığa buraxma imkanlar müzakirə olunur. Ermənistan 3 şərti yerinə yetirməlidir. Bu şərtlərin arasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağ ərazisindən çıxarılması da var. Belə bir prosesin başlaması ilə bağlı danışıqlar 19 martda başlayıb. Amma Qarabağın faktiki rəhbərliyi bunu təkzib edib.
“Bakı onların (əsirlikdə saxlanılanların – Kommersant) 73-nün Ermənistan vətəndaşı olduğunu qəbul edir. Amma digər 120 məhbusun da olduğu ilə bağlı iddiaları qəbul etmir. Lakin erməni tərəfində onların Azərbaycanda saxlanılması barədə təkzibedilməz faktlar var ” – bunu Saakyan “Bagramyan 26” teleqram kanalına deyib. Bildirib ki, “Rəsmi Bakı bütün məhbusların qayıtması üçün üç şərt irəli sürür:
“Kommersant” bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərib. Azərbaycan Xarici İşlər Nazirliyi çərşənbə axşamı RİA Novosti-yə göndərdiyi açıqlamada bir daha bildirib ki, bütün hərbi əsirləri artıq Ermənistan tərəfinə verilib. Lakin döyüş əməliyyatları bitdikdən sonra Azərbaycan ərazisində tutulan şəxslər əsir kimi qəbul edilmir və onlar etdikləri cinayətlərə görə, qanun qarşısında cavab verəcəklər. Sitat:
– “Üçtərəfli (10 noyabr 2020-ci il gecəsi – Kommersant) bəyanat imzalandıqdan sonra Ermənistandan Azərbaycan ərazisinə göndərilən şəxslər əsir sayılmır və əsir hesab edilə bilməz. Saxlanılan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. Onlara beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yanaşılır ”.
“Erməni silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması” tələbi indi Bakıda və Yerevanda və tanınmamış DQ-nin paytaxtı Stepanakertdə də fəal şəkildə müzakirə olunur. Noyabr üçtərəfli bəyanatının mətninə görə, “Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”.
Çərşənbə axşamı Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Vaqarşak Harutyunyan arasında növbəti telefon danışığı olub. Ancaq bu mövzuda açıq bir şey deyilməyib. Rusiya Müdafiə Nazirıliyi “Söhbət əsnasında tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini, bölgədəki vəziyyəti və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin tapşırıqlarının yerinə yetirildiyi sahələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər” açıqlamasını verib.
Bu arada maaqlıdır ki, 19 martda DQ Müdafiə Ordusunun keçmiş mətbuat katibi Senor Hasratyan Ermənistan silahlı qüvvələrinin nizami hissələrinin Qarabağdan geri çəkilməsinin başladığını elan etdi. Ermənistan Müdafiə Nazirliyində şərh olunmayan sözlərinə görə, Qarabağın yaxın beş ildə təhlükəsizliyi (Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi dövrü) orada dayanan rus sülhməramlıları və ordu tərəfindən təmin ediləcək.
TİME TV
3 dəfə green kart udmuş bir ailənin uğur və uğursuzluq hekayəsi
Xəbər verdiyimiz kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunub.
Bəs birdən-birə gündəmə gələn Kələntərovlar kimlərdir?
Ailənin Amerika hekayəsinə nəzər salaq:
Kələntərovlar ailədə üç qardaşdırlar: Aydın, Zaur və Əli Kələntərlilər
Aydın Kələntərov ABŞ-a tələbə olaraq 2010-cu ildə yollanıb. Zaur və Əlinin Amerika macərası isə “Green card”la bağlıdır. Ailə üç dəfə çoxlarının xəyalı olan “Green card”ı udub. 2012, 2013 və 2014-cü illərdə. Birinci il nəticələr ləğv olunub, ikinci il sıxlıq səbəbindən onların xəyalları gerçəkləşməyib, üçüncü il isə nəhayət, onların Amerika hekayəsi başlayıb.
Aydın Kələntərov
Qardaşların ABŞ-a getmək həvəsi birdən-birə yaranmayıb. Onların atası Bakıdakı ilk özəl nəşriyyat şirkətlərindən birinin sahibi olub. Ancaq ailə biznesinin yerləşdiyi ərazi 2011-2012-ci illərdə Bakıdakı genişmiqyaslı tikinti işləri çərçivəsində plana düşüb və onların ABŞ-a yollanmaq həvəsi də bundan sonra meydana çıxıb. Onlar getdikləri bölgədə Bakıdakı ailə ənənələrini davam etdirmək qərarına gəliblər, ancaq bir qədər fərqli aspektdə.
Zaur Kələntərli
Belə ki, qardaşlar müxtəlif geyim növləri üzərində çap işləri xidmətləri təklif ediblər və bunun üçün əməli fəaliyyətə başlayıblar.
“Kalantarlı Brothers”in böyüyən biznes hekayələri Los-Ancelesdən start götürüb.
Qardaşların uğur qazanmasının köklərinə ensək, görərik ki, onları bir-birini tamamlayan fərqlilikləri uğura aparıb.
Aydın Kələntərov qrafik dizayner, internet, proqramlaşdırma üzrə peşəkarlaşıb. Zaur maliyyənin və biznesin qurulması, idarəsindən məsul olub. Kiçik qardaş Əli isə cihazlarla, xüsusən elektronika ilə işləməyi yaxşı bacarıb. Onlar güclərini və qabiliyyətlərini birləşdirməklə rəqibləri qarşısında üstünlük əldə etməyə nail olublar.
Əli Kələntərli
Qardaşlar çap sahəsində özlərini təsdiqləyəndən sonra bizneslərini fərqli sahələrə daşımaq qərarına gəliblər. Bunun üçün Ohayo ştatını daha əlverişli hesab edən Kələntərovlar burada daşınmaz əmlak işinə başlayıblar. Onlar evləri nisbətən ucuz qiymətə alıb, təmir-tikinti işlərini gördükdən sonra satışa çıxarıblar.
Ailənin fırıldaqçılıqda ittiham olunması məsələsinə gəldikdə, bunun kökləri hələlik qeyri-müəyyən olsa da, məhz daşınmaz əmlak bazarına daxil olmaları ilə bağlamaq mümkündür. Çünki ailə məhz saxta fermalar yaratmaqda ittiham edilir.
Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü – Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.
ABŞ Prokurorluğu ailənin digər dörd üzvünə – Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezə qarşı da ittiham irəli sürüləcəyi istisna etmir.
Xatırladaq ki, ailənin hökumətdən ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti aldığı bildirilir.
Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin fevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.
Time TV
İşin üstü açılan kimi özünü xəstəliyə vurub Rusiyaya qaçıb
Dünən azərbaycanlıların ABŞ-da şirkət açaraq kirayə evləri ferma kimi sənəddə göstərərək dövlətdən 7,5 milyon dollar subsidiya aldıqlarını, amma bu fırıldağın üstünün tezliklə açıldığını yazmışdıq. Həmvətənlərimizin bəzilərinin buna reaksiyası kəskin olmuşdu. İndi həmin şəxslər Rusiya konsulluğunun işçisi ilə bağlı xəbəri oxusalar dəhşətə gələrlər.
Qərb mətbuatı yazır ki, Fransada rus diplomatın sürücüsü oğurluq velesopidlərin satışından 100 min avrodan çox pul qazanmaq da şübhəli bilinir.
Fransa Bleu xəbər verir ki, polis Rusiyanın Strasburqdakı konsulluğunun bir əməkdaşının şəhərdə bahalı velosipedləri oğurladığı və bundan 100 min avro qazandığı qənaətindədir. Onun eyni zamanda avtomibil oğurluğunda da əli ola biləcəyi ehtimal edilir. İstintaq məqsədlə o, fevral ayında nəzarətə alınsa da, sonra səhhətində problem yarandığını bəhanə edərək Rusiyaya gedib.
Məsələ ondadır ki, konsulluq işçisi fevralın əvvəllərində Avropa Şurasının Fransa nümayəndəliyinin binası yaxınlığında şəhərin keçmiş bələdiyyə sədrinin birinci müavini Alain Fontanelinin elektrik velosipedini oğurlayıb. Oğurluqdan bir neçə gün sonra, Fontaneli itkin əmlakının – velosipedinin yarı qiymətə satıldığı elanı Leboncoin saytında tapıb. O, bu barədə polisə məlumat verib və hüquq-mühafizə orqanları satıcı ilə görüş təyin ediblər. Satıcı isə diplomatik pasportu olan konsulluq işçisi çıxıb. Məlum olub ki, 40 yaşlı Rusiya konsulluğu işçisi 300-dən çox oğurlanmış velosipedi elanlar saytında satıb. Onu nəzarətə alıblar, lakin diplomatik toxunulmazlığı olduğu üçün qısa müddətdə sərbəst buraxılıb. Növbəti dindirməyə çağırmaq istədikdə, səfirlik həmin şəxsin – velosiped oğrusunun səhhətindəki problemlərə görə, Rusiyaya döndüyünü deyib.
Rusiya konsulluğu jurnalistlərə bu işə münasibət bildirməyəcəyini söyləyib.
İşin üstü açılan kimi özünü xəstəliyə vurub Rusiyaya qaçıb
Dünən azərbaycanlıların ABŞ-da şirkət açaraq kirayə evləri ferma kimi sənəddə göstərərək dövlətdən 7,5 milyon dollar subsidiya aldıqlarını, amma bu fırıldağın üstünün tezliklə açıldığını yazmışdıq. Həmvətənlərimizin bəzilərinin buna reaksiyası kəskin olmuşdu. İndi həmin şəxslər Rusiya konsulluğunun işçisi ilə bağlı xəbəri oxusalar dəhşətə gələrlər.
Qərb mətbuatı yazır ki, Fransada rus diplomatın sürücüsü oğurluq velesopidlərin satışından 100 min avrodan çox pul qazanmaq da şübhəli bilinir.
Fransa Bleu xəbər verir ki, polis Rusiyanın Strasburqdakı konsulluğunun bir əməkdaşının şəhərdə bahalı velosipedləri oğurladığı və bundan 100 min avro qazandığı qənaətindədir. Onun eyni zamanda avtomibil oğurluğunda da əli ola biləcəyi ehtimal edilir. İstintaq məqsədlə o, fevral ayında nəzarətə alınsa da, sonra səhhətində problem yarandığını bəhanə edərək Rusiyaya gedib.
Məsələ ondadır ki, konsulluq işçisi fevralın əvvəllərində Avropa Şurasının Fransa nümayəndəliyinin binası yaxınlığında şəhərin keçmiş bələdiyyə sədrinin birinci müavini Alain Fontanelinin elektrik velosipedini oğurlayıb. Oğurluqdan bir neçə gün sonra, Fontaneli itkin əmlakının – velosipedinin yarı qiymətə satıldığı elanı Leboncoin saytında tapıb. O, bu barədə polisə məlumat verib və hüquq-mühafizə orqanları satıcı ilə görüş təyin ediblər. Satıcı isə diplomatik pasportu olan konsulluq işçisi çıxıb. Məlum olub ki, 40 yaşlı Rusiya konsulluğu işçisi 300-dən çox oğurlanmış velosipedi elanlar saytında satıb. Onu nəzarətə alıblar, lakin diplomatik toxunulmazlığı olduğu üçün qısa müddətdə sərbəst buraxılıb. Növbəti dindirməyə çağırmaq istədikdə, səfirlik həmin şəxsin – velosiped oğrusunun səhhətindəki problemlərə görə, Rusiyaya döndüyünü deyib.
Rusiya konsulluğu jurnalistlərə bu işə münasibət bildirməyəcəyini söyləyib.
Time TV
Ramiz Mehdiyevin, Ziya Məmmədovun, oğlu Anar Məmmədovun, deputat Elton Məmmədovun milyonlarına əl qoyulub
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova milyonları xilas etmək üçün Azərbaycan dövləti adından Ukrayna xüsusi xidmət orqanlarına, prokurorluq orqanlarına və məhkəmə hakimlərinə minnətçi düşüb
Azerbaycansaati.tv saytı Azərbaycanın keçmiş yüksək rütbəli məmurları haqqında maraqlı və geniş açıqlama ilə çıxış edib. Məqalənənin maraqlılığını nəzərə alıb onu olduğu kimi təqdim edirik.
Məqalədə qeyd olunur: Azərbaycan məmurlarının postsovet ölkələrində böyük biznesləri olduğu məlumdur. Bəzən isə bu məmurlar qruplar halında çalışır, oğurladıqları korrupsiya pullarını bir yerdə daşınmaz əmlaka və böyük biznesə qoyurlar. Sonra isə bu pullara əl qoyulur və məmurlar faktiki olaraq o pulları xilas edə bilmirlər. Artıq belə iş Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin, onun ötən ay AMEA-da vəzifəyə təyin etdiyi deputat Elton Məmmədovun və onun qardaşı, sabiq nəqliyyat naziri Ziya Məmmədovla oğlu Anar Məmmədovun başına gəlib. Bu barədə Ukrayna hüquq mühafizə orqanlarına yaxın dairələrdən verilən məlumatlarda qeyd olunub. Məlumatı verən dairə bildirib ki, Azərbaycan hüquq mühafizə orqanları onların general Rövşən Əkbərovla bağlı göndərdikləri sənədləri 20 ildən sonra “araşdırdılar”. Sual olunur ki, bəs 70-80 yaşları tamamlanmış Ramiz Mehdiyev, Ziya Məmmədov və Elton Məmmədova açılmış cinayət işləri nə vaxt araşdırılacaq?
SEPERATÇI MƏMURLAR
Bu adamlar faktiki olaraq, Ukrayna dövləti ərazisində seperatçılığa dəstək verib, Rusiyanın işğal etdiyi ərazilərdə terrorçu qrupları maliyyələşdiriblər. Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin (SBU) açdığı 12017100100008734 saylı cinayət işində bütün bunlar detallıca qeyd olunub. Cinayət işində bildirilir ki, Ukraynada fəaliyyət göstərən TOV “Feraks”, TOV “ASV”, TOV “R.İ.K. Lux ”, TOV“ Ukrskhidinvest ” şirkətlərinin rəhbərləri və onların sahibləri Məmmədov Ziya Arzuman oğlu, Məmmıdov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdyxan oğlu və Eremenko Olga Aleksandrovna terrorçuluğu maliyyələşdirmək də şübhəli bilinirlər və bununla bağlı kifayət qədər sübut, dəlillər toplanılıb.
Hakim V.A.Pisaneçin məhkəmə istintaqını apardığı cinayət işi üzrə verilmiş qərara əsasən Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlunun, Məmmədovdov Elton Arzuman oğlunun, Ələkbərov Qulam Atdıxan oğlunun və Ukrayna vətəndaşı Eremenko Olqa Aleksandrovnanın fəaliyyəti və bank hesablarına dair araşdırma aparılılıb. Bu araşdırmalar zamanı onlara məxsus şirkətlərin və özlərinin möhürləri, yeddi SİM kartlı mobil telefonları, gizli məlumatları cəmləşdirən elektron yaddaş daşıyıcıları (sabit disklər, flaş kartlar və s.), zədələnmiş sənədlər, qeyd lər aparılmış boş vərəqlər, qeyd olunan şəxslərin möhürlərinin vurulduğu boş sənədlər, qaralama qeydləri, dəftərlər, iş qeydləri, sərbəst əlyazma nümunələri və qeyd olunanların imzaları olan sənədlər müsadirə edilərək istintaq üçün götürülüb.
Ukrayna Dövlət Təhlükəsizlik Komitəsinin vəsatəti ilə prokurorlar 12017100100008734 saylı cinayət işi üzrə bu şəxslərə məxsus evlər və ofislərdə axtarış aparıblar. Bu barədə məhkəmə qərarında da qeyd olunur. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Kəşfiyyat Departamenti Mate Zalka küçəsi, 8, mənzil 53 ünvanda yerləşən evlərdə axtarış aparıb. Eyni zamanda bu daşınmaz əmlakların necə alındığı ilə bağlı mülkiyyət hüquqları reyestrindən məlumatları, daşınmaz əmlak obyektlərinin özgəninkiləşdirilməsinə dair razılaşmaları araşdırmaq üçün məlumatları toplayıb.
Ziya Məmmədova, Elton Məmmədova, Ramiz Mehdiyevin nümayəndəsi olaraq payçılıqda təmsil olunan Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Aleksandrovna Ukrayna Respublikası Cinayət Məcəlləsinin 107, 108, 233, 234, 235, 309 maddələri ilə cinayət işi açılıb.
757/28405/19-k SAYLI DOSYE
Ukrayna Respublikası Dövlət Təhlükəsizlik Xidmətindəki (SBU) 757/28405/17-k saylı dosyedə çox ciddi məqamlar var. Ukrayna xüsusi xidmətçiləri uzun müddət Məmmədovların ətrafında kəşfiyyat aparıblar. Kifayət qədər qalın olan dosyedə qeyd olunur ki, Ukrayna Baş Prokurorluğunun əməkdaşları istintaq qrupunun rəhbəri, prokuror A.S.Zyuzun vəsatətilə Olqa Aleksandrovna Eremenkonun (Ramiz Mehdiyevin təmsilçisi olduğu bildirilir) yaşayış yerində – Kiyev, Staronavodnitskaya küçəsi, ev 13, eyni ünvanda yerləşən mənzil 36-da Anar Ziya oğlu Məmmədova məxsus evdə məhkəmənin qərarı ilə axtarış aparıb. Bu barədə qərarə Kiyev şəhər Peçerski rayon Məhkəməsinin hakimi V.A.Pisaneç verib.
Qərarda qeyd olunur ki, Məmmədovlar və onların şəriklərilə bağlı 12017100100008734 saylı cinayət işi 22 iyul 2017-ci ildə açılıb. Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsinin apardığı cinayət işində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin təmir işləri zamanı mənimsəmələrə yol verildiyi, səfirliyin torpaq sahəsinin icazəsiz zəbt olunduğu və Azərbaycan vətəndaşlarının DNR və LNR-də terror təşkilatlarının maliyyələşdirdiyi aşkarlanıb. Bu istintağa prosessual rəhbərlik Ukrayna Baş Prokurorluğunun bir qrup prokuroru tərəfindən aparılıb. Əməliyyat dəstəyi isə Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin Əks Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilib.
ZİYA MƏMMƏDOV VƏ ƏTRAFI TERRORÇULARA HAQQ VERİB
Məhkəməyə qədərki istintaq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdyxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Alexandrovnanın sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və “AZUD” MMC-yə (EDRPOU kodu 37217469) sahib olduqlarını müəyyənləşdirilib. Məlum olub ki, onlara məxsus şirkət “Çar sülaləsi” (“Царская династия”) ticarət markası altında fəaliyyət göstərib və bu marka, onun məxsus olduğu şirkət Ukraynanın nəzarətsiz ərazisində qeydiyyata alınıb. Yəni, Məmmədovlar DNR və LNR-də terror təşkilatlarının nəzarət etdiyi ərazilərdə biznes fəaliyyətilə məşğul olub, seperatçı rejimlərə vergi ödəmək adıyla maddi yardım ediblər. Onlara məxsus şirkətin qeydiyyat ünvanı olaraq Donetsk bölgəsi, Donetsk şəhəri, Petrovski küçəsi, ev 101V göstərilib.
İstintaq sənədlərində qeyd olunur ki, göstərilən ticarət nişanından istifadə edən bu şəxslər DNR və LNR adlanan ərazilərdə kolbasa, ət və digər qida məhsullarının istehsalı və satışı ilə məşğul olublar. Terror təşkilatlarına vergi və digər müvafiq ayırmaları ödəyiblər.
Beləliklə, ibtidai istintaq orqanı sübut edib ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Alexandrovnanın AzUD MMC-nin və “Çar sülaləsi” (“Царская династия”) ticarət markası altında terror təşkilatları – DNR və LNR-nin səlahiyyətlilərinə fond adıyla pul ödəyiblər. Məhz bu səbəbədən də onlar terroru maliyyələşdirmək də, terror təşkilatlarına vergi və haqq vermək də ittiham olunurlar.
ANAR MƏMMƏDOVUN EVLƏRİNDƏ NƏLƏR AŞKARLANIB
Daha sonra istintaq aparan prokurorlar qeyd olunur:
Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Aleksandrovnanın bu cinayət əməli ilə əlaqəli ola biləcəyinə inanmaq üçün kifayət qədər əsas var.
Bundan əlavə, Dövlət Təhlükəsizlik Xidməti (SBU) Əks Kəşfiyyat İdarəsi bu şəxslərin Feraks MMC, ASV MMC, R.İ.K.-nin fəaliyyətində mülkiyyətçi, təsisçi, həmtəsisçi, direktor təsbit edib. Lux ”, LLC“ Ukrshidinvest ” və digər müəssisələr də onlara məxsusdur.
SBU Əks Kəşfiyyat İdarəsindən verilən məlumata görə, Olqa Aleksandrovna Eremenkonun qeyd olunan şəxslərlə cinayət əlaqəsinə girdiyi onun Kiyev şəhər Staronavodnitskaya küçəsi, 13 saylı mənzilində və Anar Məmmədova məxsus 36 saylı mənzildə aşkarlanıb.
İstintaq sənədlərində və məhkəmə qərarında qeyd olunur: Qeyd olunanları və Olqa Aleksandrovna Eremenkonun cinayət əməli törədilməsində iştirakını nəzərə alaraq, evlərdə müsadirə olunan sübutlar məhkəməyə təqdim edilib. Eyni zamanda Ukrayna Cinayət Prosessual Məcəlləsinin 234-cü maddəsilə əlavə qərarlar verilib. Dövlət reyestrindən əldə edilən məlumata görə sübutların tapıldığı Kiyev, Staronavodnitskaya küçəsindəki ev 13, mənzil 36-nın sahibi Məmmədov Anar Ziya oğludur.
Beləliklə, prokurorluğun Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ziya Arzuman oğlu, Məmmədov Elton Arzuman oğlu, Ələkbərov Qulam Atdıxan oğlu və Ukrayna vətəndaşı Eremenko Olqa Aleksandrovnanın bu cinayət əməli ilə əlaqəli ola biləcəyinə inanmaq üçün kifayət qədər əsas var.
SBU Əks Kəşfiyyat İdarəsinin məlumatına görə, Olqa Alexandrovna Eremenko-nun yuxarıdakı cinayətlə əlaqəli olduğuna dair komissiyaya ifadə verən əşyalar, əşyalar və sənədlər yerlərindən çıxarılaraq Kiyev, Bolsunovskaya küçəsi, 2 ünvanındakı qeyri-yaşayış yerlərində saxlanıla biləcəyi bildirilib. Həmin obyektin sahibi Məmmədov Ziya Arzuman oğlunun oğlu – Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Anar Ziya oğludur. Anar Məmmədovun adına Kiyev şəhərində 227, 234, 236, 251 saylı binalar var.
Yuxarıda göstərilənləri nəzərə alaraq, prokurorluq qeyd edib ki, Kiyev şəhər Bolsunovskaya küçəsi 2-də yerləşən 227, 234, 236, 251 binalarda aşkarlanan əşyalar və sənədlər əsasən bu şəxslərin terrorçuluğu maliyyələşdirdiyinə inanmaq üçün kifayət qədər əsaslara malikdir. Bildirilir ki, Daşınmaz Əmlaka dair Dövlət Reyestrinin verdiyi məlumata görə, terrorçuluğu maliyyələşdirməyə dair sübutların tapıldığı ünvanın – Kiyev, Bolsunovskaya, bina 2-nin sahibi Məmmədov Anar Ziya oğludur.
İstintaqın sonunda Kiyev şəhər Peçerski rayon Məhkəməsi Ukrayna Cinayət Məcəlləsinin 107, 108, 233, 234, 235, 309-cu maddələrini əsas tutaraq hakim V.A.Pisaneç 4 iyun 2019-cu ildə bu şəxslərin məsuliyyətə cəlb edilməsinə qərar verib. Qərarın nüsxəsi 07 iyun 2019-cu ildə bu şəxslərin nümayəndələrinə təqdim edilib.
MEHDİYEVLƏRİN, MƏMMƏDOVLARIN MİLYONLARI ƏLDƏN ÇIXIR
Məhz bundan sonra Ukrayna prezidenti Zelenski ilə eyni küçədə və prezidentin evindən dəfələrlə böyük bir sarayda yaşayan Anar Məmmədov Kiyevdəki əmlaklarını satışa çıxarıb. Hər ay Ukraynada qızlarla bahalı əyləncə məclisi düzənləyən Anar Məmmədov indi aradan çıxmağa çalışır. Amma başqa bir məqam var ki, hazırda Ziya və Elton Məmmədovlara, o cümlədən onlarla şərik olan Ramiz Mehdiyevə məxsus əmlak Ukrayna dövlətinin nəzarətindədir. Saxlanılan şəxslər terrorçulara bu şəxslərin göstərişilə yardım etdiklərini bildirirlər. 2019-cu ilin iyun ayında Ukrayna Baş Prokurorluğunun, Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin və Kiyev şəhər Peçerski rayon Məhkəməsinin verdiyi qərara Azərbaycan Respublikasının aidiyyatı qurumlarına göndərilib. Lakin Ramiz Mehdiyev bu istintaq sənədlərinin İlham Əliyevə çatmasına imkan verməyib. Azərbaycan Prokurorluğu sənədləri gizlədərək vaxt udmaq üçün Ukrayna tərəfinə araşdırma apardıqlarını bildirirlər.
ELMİRA AXUNDOVA TERRORÇULARINMI, AZƏRBAYCANINMI SƏFİRİDİR?
Belə bir məqamda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova pandemiyanın tüğyan etdiyi bu dönəmlərdə faktiki olaraq Ukrayna hüquq mühafizə orqanlarının qapılarını yağır edib. O, Ramiz Mehdiyevin böyük dövlət adamı, Azərbaycanın qurucularından olduğunu istintaq orqanlarına deyir. Onları hər vasitə ilə ələ almağa çalışır. Dəbdəbəli məclislərə dəvət edir. Ukrayna xüsusi xidmət və prokurorluq orqanlarının rəhbərlərinə edilən bu təkliflər prezident Zelenskiyə qədər çatıb. Məhz buna görə, artıq bəzi dövlət tədbirlərinə Elmira Axundovanı dəvət etmirlər. Çünki Ukrayna üçün DNR və LNR terrorçularını maliyyələşdirənləri müdafiə etmək Ukraynanın düşmənlərini müdafiə etməkdir. Elmira Axundovanın Rusiyanın adamı olduğu məlumdur. Lakin onun açıq şəkildə Azərbaycan dövlətinin maraqlarını deyil, Ramiz Mehdiyevin, Ziya Məmmədovun maraqlarını güdməsi təəcüüb doğurur. Reallıqda isə təəcüüblü heç nə yoxdur. Bu adamlar bütün tapşırıqları Rusiyadan alırlar. Odur ki, dünən terrorçunu maliyyələşirlər, bu gün də diplomat kimi Azərbaycan dövləti adı ilə bu cinayətləri ört-basdır etmək istəyirlər.
Araşdırmalarımız davam edir.