Categories
Uncategorized

Sərhəd qarşıdurması və göl mübahisəsi davam edir

Azərbaycan tərəfi Qara gölə tam nəzarəti saxlayır
 
Üç gündür ki, Laçın rayonunun tarixi Qara göl qoruğu ətrafında yaranmış mübahisə davam edir. Dünən Fransa prezidenti Emmanuel Macronun erməni dilində yaydığı bəyanatından sonra bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan arasında telefon danışığı olub.
 
Putin Paşinyana nə deyib?
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur:
 
– Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair müzakirələr davam etdirilib. Ermənistan – Azərbaycan sərhədindəki son hadisəyə dair fikir mübadiləsi zamanı prezident Vladimir Putin Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və cari il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarını dəqiq icra etməyin vacibliyini vurğulayıb.
 
Azərbaycan XİN-i məlumat yayıb
 
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirərək bəyan edib ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilir, Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.
XİN-in bəyanatında o da qeyd olunur ki, mayın 12-dən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həmin əraziyə ezam olunub, Ermənistan tərəfinin nümayəndələri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində addımlar atılır.
Ermənistanda gərgin danışıqlar
 
Ermənistan tərəfi məlumatı təsdiq edərək bildirib ki, danışıqlar Sünik vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılıb və ötən gün gecə saatlarında başa çatıb. 6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər.
 
Qara göl
Mübahisə obyekti olan və İşıqlı dağında – dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir. Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Gölün suyunun şəffaflığı 4,6 metrdir.
 
Ermənistanın iddiası
Ermənistanın iddiasına görə, gölün 30 faizi bu ölkənin ərazisinə daxildir, Azərbaycan sərhədçiləri isə gölü tamamilə nəzarət altına alıblar. Habelə İşıqlı zirvəsini nəzarətə götürüblər və oradan Ermənistan ərazisinin bir çox hissəsi, o cümlədən Sisyan aerodromu tam nəzarət altında qalır.
 
Time TV
Categories
Uncategorized

Bayram Məmmədov batıb, şahid tamaşa edib?

İstanbul polisinin açıqlaması müəmmaları artırır

İctimai fəal və keçmiş siyasi məhbus Bayram Məmmədovun faciəli ölümü ətrafında şübhələr artır. İstanbul polisi bunu müəmmalı ölüm adlandırmasa da, kifayət qədər qaranlıq məqamlar var. Polis BBC-yə bildirib ki, Bayram Məmmədov Moda adlanan ərazidə çəkələklərini dənizə salıb və onu götürmək üçün əyildikdə dənizə düşüb. Polis deyib:
– Bir müddət çırpınıb, amma bədəni dərinlərə sürüklənib.
İstanbul polsi bunun şahid ifadəsi olduğunu deyib. Hadisə mayın 2-də saat 15:00 ətrafında İstanbulun Anadolu hissəsində, sahildə baş verib. Bu isə bir çox suallar yaradır.
1. İstanbulda karantin rejimidir xüsusi icazə olmadan şənbə və bazar günləri insanlar evdən bayıra icazə ilə çıxır. Bayram Məmmədovun belə icazəsi olubmu?
2. Polis heç bir kamera görüntüsü olmadığını deyir. Bazar günü, karantin zamanı, gediş-gəlişin az olduğu vaxt necə oldu ki, Bayram Məmmədov heç bir kameraya düşmədi?
3. Karantin rejimi zamanı küçəyə çıxmaq icazə ilə olduğu halda Bayram Məmmədovun çəkələkləri ayağından çıxaraq necə dənizə düşüb?
4. Bayram Məmmədov niyə çəkələkləri ayağından çıxardıb?
5. Bayram Məmmədovun dənizə düşərək çırpındığını şahid görübsə, nədən yardım çağırmayıb və onun boğulub cəsədinin dənizdə batmasına tamaşa edib?

Time TV

Categories
Uncategorized

ELMİRA AXUNDOVA PRİMAKOVUN, YOXSA AZƏRBAYCANIN SƏFİRİDİR?

AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRİ ELMİRA AXUNDOVA MİRZƏ FƏTƏLİ AXUNDOVU BABASI KİMİ TƏQDİM ETMƏKLƏ NİZAMİ GƏNCƏVİNİN HEYKƏLİNİN QOYULMASINA MANE OLUB 

Azərbaycanın Ukraynada bir səfiri Elmira Axundova diplomatiya sahəsinə təsadüfi gəlib düşmüş şəxslərdəndir. Qeyd edək ki, onun millət vəkili mandatı almağı da Rusiyanın keçmiş xarici işlər naziri mərhum Yevgeni Promakovun sayəsində baş tutub.

PRİMAKOVLA İSTİ GÖRÜŞ 

Olay belə baş verib: bir dəfə Primakovla Heydər Əliyev görüşən zaman Elmira Axundova fürsət tapıb Primakovun üz-gözündən öpərək onu qucaqlayıb. Gəncliyindən Axundovanı yaxşı tanıyan Yevgeni Promakov bu isti görüşmədən sonra Heydər Əliyevdən xahiş edib ki, Axundovaya vəzifə versin.

Beləliklə də Elmira Axundovanın ulduzu parlayıb. Ramiz Mehdiyevin diqqəti ilə güclənib və ətrafında nə qədər qalmaqallar yaransa da, bu ona təsir etməyib. Şəxsən biz Axundovanın keçmiş əməllərini sadalamaq istəmirik. Onun özü və oğluyla bağlı kifayət qədər qalmaqallar yaşanıb. Bu günlərdə isə Elmira Axundova Rusiyanın hansısa dairələrinin xoşuna gəlmək üçn isə Ukraynada Nizami Gəncəvinin yox, Mirzə Fətəli Axundovun heykəlinin qoyulmasına çalışır. Hansı ki, Azərbaycan prezidentinin sərəncamı ilə 2021-ci il Nizami Gəncəvi ili elan edilib.

Ukraynanın Xarkov şəhərində “Filosoflar bağı”nda yer ayrılıb ki, Nizami Gəncəviyə heykəl qoyulsun. Heykəltaraş heykəli də hazırlayıb. 50 min dollara yaxın vəsait xərclənib.

Avqust ayında Ukrayna prezidenti Zelenskinin iştirakı ilə heykəlin açılışı olmalıdır. Lakin Elmira Axundova Xarkov şəhər şurasına məktub yazaraq Nizami Gəncəvinin heykəlinin əvəzinə Mirzə Fətəli Axundovun heykəlinin qoyulmasını tələb edib.

Qeyd edək ki, heykəlin qoyulması üçün vəsaiti Qazaxstan vətəndaşı olan və Xarkovda adıçəkilən dövlətin fəxri konsulu statusu daşıyan iş adamı Emin Nəcəfli ödəyib. O, yaranmış vəziyyətdən narazılığını bildirəndə Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin adından istifadə edərək Qazaxstanın Ukraynadakı səfirinə zəng vurub. Ondan xahiş edib ki, Qazaxstanın Xarkov şəhərindəki fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti Emin Nəcəfliyə təsir göstərsin. Səfir də Azərbaycan Prezidenti adından edilən bu müraciətə əsasən Emin Nəcəfliyə bu prosesdə xərclədiyi pula görə narazılıq etməməsini xahiş edib.

Nəticədə Elmira Axundova layihəyə çəkdiyi xərcə görə narazı qalan fəxri konsulu zərərsizləşdirib. Ardınca isə filosoflar bağı üçün hazırlanan kompazisaya Nizami Gəncəvinin Mirzə Fətəli Axundovla əvəzlənməsinə nail olub.

Elmira Axundovanın burda iki məqsədi var.

  1. Məlumdur ki, Axundov Azərbaycanın tanınmış filosofu ola sa, o, Çar Rusiyasının yetişdirməsi və sovetlərin məşhurlaşdırdığı bir şəxsdi. Ruslar onu özününkü bilir. Bu üzdən də Ukraynada Axundovun heykəlini ucaltmaqla Rus İmperiyasının işğalçı olmadığını, xalqlara ədiblər və filosoflar bəxş etdiyini Ukrayna cəmiyyətinə göstərmək istəyirlər.
  2. Axundova soyadının Axundova olduğuna görə, Ukrayna cəmiyyətinə belə təqdim edir ki, guya, Mirzə Fətəli Axundovun soyundandır. Beləliklə, Axundova özünü Ukrayna cəmiyyətinə adı qalmaqallarda hallanan, Rusiyanın adamı kimi xarakterizə olunan bir şəxs yox, bir filosof nəslinin nümayəndəsi kimi sırımaq (kobud da olsa, başqa ifadə tapmaq çətindir) istəyir.    

                     AXUNDOVANIN PREZİDENTƏ QARŞI ÇIXMAQ CƏSARƏTİ

Amma bütün bunların fonunda Axundovanın bu ilin Nizami ili olmasının qarşılığında Nizami Gəncəvinin heykəlinin qoyulmasına qarçı çıxmasını cəsarətli addım hesab etmək olar. Hər səfir indiki məqamda ölkə rəhbərliyinin göstərişlərinə qarşı çıxa bilməz. Axundovanın bu addıma onu sübut edir ki, Azərbaycanda Rusiyanın təsiri böyükdür. Məhz buna görə də yeri gələndə səfir prezidentin qərarını saymır, kimin istəyirsə, onun da heykəlini qoydurur.

Mövzu ilə bağlı araşdırmamız davam edəcək. 

TİME TV 

Categories
Uncategorized

Dünyaya virus yaydı, virusdan milyardlar qazandı

Koronavirusdan ən çox qazanan Çin olub

Çində bu ilin ilk rübündə iqtisadiyyatda əldə edilən rekord artım Çin tarixində bu günə qədər olan ən yüksək rəqəmdi. Heç vaxt bu qədər yüksək artım qeydə alınmayıb. Çin hökumətinin rəqəmlərinə görə iqtisadiyyat illik yüzdə 18,3 nisbətində böyüyüb.

Maraqlıdır ki, bu qədər artım belə çinli analitikləri narazı salıb. Onlar daha çox gəlir əldə ediləcəyini düşünürlərmiş. Qeyd edək ki, keçən il Çin koronavirus böhranı ilə mübarizə aparırdı və ölkənin bir hissəsi kilidlənmişdi.

İndi restoranlar və mağazalar yenidən açılıb və istehlakçılar köhnə xərcləmə vərdişlərinə yenidən başlayıblar. Restoranlar əvvəlki illərə nisbətən yüzdə 76, mağazalar isə yüzdə 34 faiz daha çox gəlir əldə ediblər.

Qərb iqtisadçıları Çin iqtisadiyyatının il ərzində yüzdə 8,6 böyüməsini gözləyirlər. Qeyd edirlər ki, keçən il koronaya baxmayaraq, Çin iqtisadiyyatı yüzdə 2,3 böyüyüb. 

Time TV

Categories
Uncategorized

Hollandiyada hökumət problemi

Gənclər 3 dəfə seçkidə qalib gəlmiş partiyanın liderini baş nazir görmək istəmir 

Demokratik ölkələrdə liderlər nə qədər güclü olsa da, zamanı gələndə xalqla hesablaşmağa məcbur olurlar. Eynilə Niderland Krallığında olduğu kimi. 15-17 mart 2021-parlament seçkilərində Niderlanda parlament seçkilərində qalib gəlmiş VVD – Azadlıq və Demokratiya üçün Xalq Partiyasının rəhbəri iki dönəm baş nazir olmuş Mark Rutte indi gənclərin etirazı ilə qarşılaşıb. Baxmayaraq ki, son illər üçüncü dəfə seçkilərdə qalib gələrək bu partiya parlamentdə 34 yer qazanıb. Onunla koalisiya qurmalı olan digər partiyanın – parlamentdə 24 yer qazanmış D66 – Demokratiya 66 partiyasının gəncləri qurum rəhbərliyinə müraciət ediblər. Onlar bildiriblər ki, Rutte artıq uzun müddətdir baş nazirdir və o, ona olan inamı sarsıtdığına, artıq bir neçə dəfə baş nazir olduğuna görə, onunla dialoq aparıb koalisiya qurmaq olmaz. Onlar birmənalı şəkildə Ruttesiz hökumət tələb edirlər. Digər partiyaların CDA (Xristian Demokrat Alma) və ChristenUnie – Xristianlar Birliyi partiyalarının gəncləri də D66 gənclərinə dəstək verir. Nəticədə hazırda seçkidə daha çox səs toplamış partiyalar dialoq qura bilmir və Niderlandda hökumət böhranı yaşanmaqdadır. Ruttenin isə sonda nə qərar verəcəyi bəlli deyil. 

Time TV

Categories
Uncategorized

AVROPA İNSAN HAQQLARI MƏHKƏMƏSİ QAYDALARI DƏYİŞİR

Avropa Məhkəməsi şikayətlərə baxılmasında yeni strategiya tətbiq edir. Yeni siyasətin başlıca qayəsi budur ki, daha çox şikayətə baxılması, say əsas kimi götürülməyəcək.
AİHM bundan sonra ərizəçilər, dövlətlər üçün təsiredici və aktual olan işlərin sürətli müəyyənləşdirilməsinə daha artıq diqqət yetirəcək. Məhkəmə uğurunu baxılan işlərin sayı ilə yox, üzv dövlətlər üçün vacib olan şikayətlərə baxılması yolu ilə ölçəcək.
Categories
Uncategorized

Azərbaycan ən problemli ölkələrdəndir

Avropa Şurasının Nazirlər Komitəsi belə deyir 
“Avropa Məhkəməsinin qərarlarının icrası – 2020” illik hesabatını açıqlayıb.
Hesabata görə, Azərbaycan icrası problemli olan qərarların sayına görə, öndə gedən ölkələrdəndir.
İndiyə qədər AİHM Azərbaycanın üzərinə fərdi və ya ümumi tədbirlərin həyata keçirilməsi öhdəliyi qoyan 287 qərar qəbul edib.
Həmin qərarlardan 235-nin icrasında problemlər var.
TİME TV
Categories
Uncategorized

Hüseyn Abdullayev vətəndaşlıqdan imtina edir

O, İlham Əliyevə müraciət edib

Üç ildir həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev vətəndaşlıqdan çıxarılması üçün Azərbaycan Prezidenti Ilham Əliyevə müraciət edib. O, Azərbaycan vətəndaşlığından imtina etdiyini bildirərək, bu barədə hüquqi addımlar atılmasını xahiş edir. Keçmiş deputat həbsdən yazır:

— Mənim mərhum atanızla nə qədər yaxın olduğumu, onun mənə nə qədər inandığını və dövlətçiliyimizin bərkidilməsi istiqamətində heç nəyimi əsirgəmədiyimi Siz də bilirsiniz. Bir Allah şahiddir ki, nə mən, nə də məndən uzaq düşən anam bu cür zülmü, məlum qüvvələrin təzyiqlərini haqq etməmişik. Ona görə də mən uğrunda can qoyduğum, sabitliyi üçün gəncliyimi sərf etdiyim Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Öz elimdə düşmən kimi qəbul edilməyim məni belə bir ağır qərara vadar etdi.

Abdullayevin belə bir müraciəti olduğunu anası da AzadlıqRadiosuna təsdiqləyib. Zeynəb Abdullayeva bildirib ki, oğlu belə bir addım atmağa məcbur olub: “Ona çox pis təsir edir ki, dövlətin indiki vəziyyətə hansı çətinliklərlə gəlib çıxdığından xəbəri olmayanların əli ilə ona zülm olunur. Halbuki, dövlətin qorunmasında onların yox, Hüseynin xidmətləri olub”.

Abdullayeva vurğulayıb ki, BMT-nin Əsassız həbslərlə bağlı İşçi Qrupu da qərarında oğlunun Türkiyədə saxlanıb Azərbaycana təhvil verilməsini qanunsuz sayıb, onun təcili azadlığa buraxılması haqda qərar çıxarıb. Amma Azərbaycan hökuməti o qərarı icra etmir.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

2013-cü ildə Abdullayevin müəllifi olduğu “Susma” adlı marş sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

Time TV

Categories
Uncategorized

Həkimlər xəbərdarlıq edirlər!

Vaksin vurularkən peyvəndin gözünüz önündə açılmasını tələb edin

Peyvəndləmə ilə məşğul olan və adlarının çəkilməsini istəməyən bir qrup həkimin sözlərinə görə, Azərbaycanda vaksinləşmənin ilk mərhələsi qaydalara uyğun aparılıb, yəni, tam doza vurulub. Ondan sonra isə tibb müəssisələrinə lazım olan qədər peyvənd verilmir, yaxud yarısı verilir. Etiraz edəndə “əmr belədir” deyirlər.. Ona görə də 1 peyvəndi 2 şəxsə vururlar. İnsanları isə bir bütöv doza vurulması adıyla aldadırlar. Müəyyən hallarda isə pasiyentlərə “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilir. Bu üzdən diqqətli olun, peyvəndin gözünüz önündə açılmasını və vurulmasını tələb edin. Tibb bacısı “çəkib gətiririk” desə, razılaşmayın. Bunu tələb etmək, sizə nə və nə qədər vurulduğunu görmək haqqınızdır.
Həkimlərin sözlərinə görə, peyvəndə belə “qənaət”in səbəbi odur ki, yerdə qalanını satırlar. 

Time TV

Categories
Uncategorized

Alman siyasətçinin Azərbaycana görə başı dərddə

Əvvəl mandatdan imtinaya məcbur edildi, indi də sərvətinə qoyulub

Azərbaycan hakimiyyəti ilə şübhəli əlaqələrə görə, bir neçə almaniyalı deputat ciddi problemlərlə qarşılaşıblar. Onların Azərbaycan iqtidarından lobbiçilik qarşılığında pul aldığı isbat olunub. Bu səbəbdən bir neçəsinin deputat toxunulmazlığı əlindən alınıb. O cümlədən Almaniyanın Baş Prokurorluğu “Azərbaycan işi” üzrə təqsirləndirilən Almaniya Bundestaqının keçmiş üzvü Mark Hauptmanın (Xristian Demokra İttifaqı) 997.000 avroluq əmlakına həbs qoyub. İddialar təsdiqlənsə, onun əmlakı müsadirə olunacaq.

Time TV