Categories
Post Soviet Union

Qarabağda minalar partlamaq da davam edir

Bu dəfə Daşaltıda iki nəfər həlak olub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bildirib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Categories
Post Soviet Union

Gürcüstanın baş naziri Bakıya xüsusi missiya ilə səfər edir

Rusiyasız Bakı-İrəvan danışıqları baş tutacaqmı?
 
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək. Səfərdə əsas məqsəd Bakı və İrəvan arasında vasitəçilik etməkdir. Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib ki, Ermənistanla Azərbaycan arasında “xeyirxah qonşuluq münasibətlərinin qurulmasına” kömək göstərmək istəyir. O, ilk təşəbbüsün uğurlu olduğuna toxunaraq, buna misal kimi Bakı ilə Yerevan arasında bu ilin yayında baş tutmuş mübadiləni -bir qrup erməni hərbçisinin işğaldan azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritəsi ilə dəyişdirilməsinə işarə edib.
Qaribşvili deyib: “Sabah mən Bakıya yollanıram. Mənim çox hörmət bəslədiyim prezident Əliyevlə görüşüm olacaq. Bizim çox yaxşı münasibətlərimiz var. Ən başlıcası budur ki, bir-birimizə etibar edirik. Ölkələr və liderlər arasında etimad olanda hesab edirəm ki, bütün məsələlər lazımi qaydada həllini tapar. Mənim cənab Paşinyanla da yaxşı münasibətlərim var, hansı ki, bir neçə həftə əvvəl Tbilisidə olub. Yaxın vaxtlarda mən də Ermənistana səfər etməyi planlaşdırıram. Hesab edirəm ki, bütün enerjimi münasibətlərin nizamlanmasına sərf edə və pozitiv rol oynaya bilərəm”.
Qeyd edək ki, bu dəfə də Gürcüstanın təşəbbüsü baş tutsa, bu Rusiyanın iştirakı olmadan Qərbin dəstəyilə Azərbaycan-Ermənistan arasında həyata keçirilən ikinci danışıq olacaq. 
Categories
Post Soviet Union Uncategorized

Vloqqer İsmayıl Cəlilov: “Mən ərə getdiyimi gizlətmirəm”

Almaniyada yaşayan siyasi aktivist Emil Cəfərov Amerikada yaşayan ANS CM-in keçmiş aparıcısı İsmayıl (İsmail) Cəlilovu facebookda ara pozuculuqda günahlandırıb. Eyni zamanda onun ABŞ-a qeyri ənənəvi yolla evlənərək getdiyinə işarə vurub. Aktivist yazıb:

– Təbii ki, rəhmətlik Kolumbun dövründə Amerika uzaq ola bilərdi. Amma Kolumbun kəşf etdiyi Amerikada yaşayan İsmayıl Cəlilov adlı Azərbaycandan ailə quraraq ora getmiş bir şəxsin dövründə USA NASA-dan da yaxındı bizə. O qədər yaxındır ki, məsələn, bilirik, USA-da ər çörəyi ilə dolanmaq, kişinin evə gətirdiyi çörəklə yaşamaq mümkünsüzdür. Hörmətli İsmayıl Cəlilov da görür ki, ər evə çörək gətirmir, kişisinin qazancı ona bəs etmir qollarını çırmayıb tərcüməçi obrazında bir USA şirkətinə işə düzəlir. O şirkətin də müştəriləri arasında Dövlət Departamenti olur. İsmayıl da bundan istifadə edib özünü reklam edir ki, bəs USA-nın Dövlət Departamentində çalışıram. Dərhal Azərbaycanın işbaz səfiri Elin Süleymanov onunla əlaqə qurur. Bu əlaqələr USA-dakı aktiv azərbaycanlıların şəxsi həyatlarına burun soxmağa qədər gedir çıxır. İsmayıl da dostlaşır Elinlə və USA-da bəzi azərbaycanlıların Azərbaycana hətta vizasız gedib-gəlməsinə səbəb olur. Belə deyək, ər çörəyinə olmasa da, səfir çörəyinə əli çatır. Sonralar USA-dakı bir dostun vasitəsilə Freedom House işə düzəlir. Heç bir il tamam olmamış o işdən müəmmalı şəkildə uzaqlaşdırılır. Ondan sonra tövsiyyələrə uyğun olaraq dönüb olur bloqqer-jurnalist. Nə etməlidir axı? Çətindir USA-da işsiz, gücsüz, evə qazanc gətirməyən ərlə dözüb yaşamaq. Zərif çiyinlər yaşamaq üçün mütləq bir yükün altına girməlidir. Ağır da olsa. Görəsən, çox ağır deyil ki, ay İsmayıl?)

Bundan sonra isə İsmayıl Cəlilov facebookda canlı yayım açaraq şəxsi həyatını gizlətmədiyini, həqiqətən həmcinsilə evlənərək ABŞ-a köçdüyünü bildirib. O, eyni zamanda bu yazının arxasında jurnalist Sevinc Osmanqızının durduğu haqda da iddia irəli sürüb. Eyni zamanda Emil Cəfərovu Almaniyada yaşayaraq nifrət yaymaq da ittiham edib.

Məlumat üçün bildirək ki, İsmayıl Cəlilov Azərbaycanda da qeyri-cinsi orentasiyaya malik olduğunu gizlətməyib. Bu cür adamlarla dostluğu barədə də açıq şəkillər paylaşıb. Onun son aylar isə davamlı müsahiblərindən biri Azərbaycanın Nederlanddakı kobsulluğunda çalışmış əməkdaşı Nahid Cəfərov, digəri isə REAL partiyasının funksioneri Natiq Cəfərovdu. İsmayıl Cəlilov bu şəxslərlə birlikdə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Milli Şuranı özünə hücum hədəfi seçib.

Hüseyn Qarabağlı

Categories
Post Soviet Union

Bakıda kollec direktorunun Çexiyada şirkətləri üzə çıxdı

Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru Vilayət İsmayılovun Çexiyada şirkəti var. 

Timetv xəbər verir ki, bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli yazıb.

“Çexiyadakı VORNAX SRO şirkəti 2009-cu ilin yanvarında qeydiyyatdan keçirilib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır” deyə Cavanşir Həsənli qeyd edib.

Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modřany 4 göstərilib.

Qeyd edək ki, Vilayət İsmayılov eyni zamanda Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir. O, 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Categories
Post Soviet Union

Teymur Rəcəbov bu gün Rusiyada 110 min dollar qazana bilər

Timetv xəbər verir ki, 32 yaşlı qrossmeysterimiz dünya reytinqinin üçüncü şahmatçısı olan rəqibi ilə qara fiqurlarla oynayacaq.

Son üç görüşdə tərəflər hərəyə bir qələbə qazanıb, bir partiya isə heç-heçə bitib. Hazırda tərəflər arasında ümumi hesab bərabərdir – 1,5:1,5.

Bugünkü görüş sonuncu ola da bilər, olmaya da. Qalib müəyyənləşməsə, sabah həlledici görüşdə – tay-breykdə tərəflər güclü ağıl zəkası olduğunu sübut etməyə çalışacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Teymur Rəcəbov qalib gələcəyi halda, 110 min dollar qazanacaq. Uduzacağı halda isə 80 min dollarla kifayətlənəcək.

Onu da bildirək ki, üçüncü yer uğrunda görüşdə fransız Maksim Vaşye-Laqravla çinli Yuy Yanla qarşılaşacaq. Maraqlıdır ki, burda da ümumi hesab bərabərdir – 1,5:1,5.

Categories
Post Soviet Union Uncategorized

Daxili işlər nazirindən yeni təyinat

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Timetv xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Azay Ağayev Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib.

O, bundan öncə Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

Categories
Post Soviet Union

Bu gün Azərbaycanda əhalinin növbəti siyahıya alınması başlayır

Bu gündən Prezident İlham Əliyevin 2016-cı ilin 7 sentyabrında imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana əsasən sayca 3-cü siyahıyaalınma başlayır.

Timetv xəbər verir ki, proses oktyabrın 10-a kimi davam edəcək.

Artıq 3 ili əhatə edən siyahıyaalmaya hazırlıq dövrü başa çatıb. Ölkənin hər bir inzibati ərazi vahidi üzrə təşkilati plan tərtib olunub, yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilib.

Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6 777 təlimatçı və 33 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib.

Azərbaycanda müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiq edilib. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək.

Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.

Əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilən əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.

Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

Categories
Post Soviet Union

Yeni qurum yaradılır

Milli Məclisin bu gün keçirilən iclasında “Ələt Azad İqtisadi Zonası haqqında” qanuna dəyişiklik layihsi müzakirəyə çıxarılıb.

Timetv.live xəbər verir ki, qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Azad İqtisadi Zona ərazisində lazımi təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır.

Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək.

Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur.

İclasda çıxış edən deputatlar bildirib ki, ümumiyyətlə, Azad İqtisadi Zonanın fəaliyyətə başlaması iqtisadiyyatın inkişafına, o cümlədən, ümumi daxili məhsulun artmasına müsbət təsir göstərəcək, neftdən kənar sahələrin ixrac imkanlarını genişləndirəcək.

Layihə Milli Məclisin iclasında müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Categories
Post Soviet Union Uncategorized

Azərbaycanda aqrar sənaye parkı yaradılacaq

Azərbaycanda aqrar sənaye parkının yaradılması planlaşdırılır.

TimeTV xəbər verir ki, bu barədə sentyabrın 27-də jurnalistlərə müsahibəsində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, artıq qiymətləndirmə işləri aparılıb, potensial iştirakçılarla görüşlər keçirilib: “Çin şirkətləri də bu məsələdə maraqlıdırlar. İkitərəfli görüşlərdə aqrar sənaye parkı ilə bağlı müzakirələr aparılıb. Xarici və yerli şirkətlər daxil olmaqla investisiyaların ümumi həcminin yüz milyonlarla dollar təşkil edəcəyi gözlənilir”.

Categories
Post Soviet Union Uncategorized

Azərbaycanda uşaqların sayı azalır

İqtisadçı alim Qubad İbadoğlu bu sayın getdikcə azalacağı barədə xəbərdarlıq edib

 

Son aylar Azərbaycanda uşaq pullarının verilməsi üçün aparılan müzakirələrin nəticəsi olmadı. Hökumət birmənalı şəkildə bundan imtina edir. Bəs bu, Azərbaycanda uşaüların sayının azalmasına, doğuşun aşağı düşməsinə təsir edirmi? İqtisadçı alim Qubad İbadoğlu bunu ətraflı şərh edib;

Azərbaycanda uşaqların sayı niyə azalır?

Uşaq pulu necə verilməlidir?

Rəsmi statistik məlumatlara istiadən 2000-ci ildə ölkədə 0-14 yaşlı uşaqların say 2 milyon 545 min 600 nəfər olub. 2019-cu ilin əvvəlinə bu yaş qrupu üzrə uşaqların sayı 306 min 500 nəfər azalaraq, 2 milyon 239 min 100 nəfər təşkil edib. Eyni dövrdə ümumi nəsil vermə (fertillik) əmsalı da aşağı düşüb. Belə ki, orta hesabla bir qadın üçün hesablanan bu göstərici 2000-ci ildə 1,99-dan 2018-ci ildə 1,76-ya düşüb. Halbuki, 1999-cu ildə fertillik əmsalı 2,77-yə bərabər idi.
Bununla yanaşı, onu da qeyd edim ki, ev təsərrüfatlarının ölçüsünə görə, cəmi uşaqlı ailələrin sayında 1 uşaqlı ailələr 30,1 faiz, 2 uşaqlı ailələr 40,3 faiz, 3 uşaqlı ailələr 19,9 faiz, 4 və çox uşaqlı ailələr isə 9,7 faiz təşkil edir. Ölkədə çoxuşaqlı ailələrin sayının azalması daha sürətlə müşahidə olunur. Belə ki, DSK-nın məlumatına istinadən, 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi doğulduğu halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə qədər enib.
Uşaqların və çox uşaqlı ailələrin sayının azalmasının bir sıra səbəbləri mövcud olsa da onlar işərisində ən qabarıq olanlar boşanma hallarının çoxalması, evlilik yaşının yüksəlməsi, ailənin xərclərinin artması, xüsusilə də uşaqlara yönələn məsrəflərin büdcədə çox yer tutmasıdır. Bu isə uşaqlara dövlət qayğısı siyasətinə yenidən baxmaq üçün ciddi əsaslar yaradır. Hesab edirəm ki, indiki halda dövlətin qayğısının aparıcı xəttini uşaq pullarının verilməsinin bərpası təşkil etməlidir. Beynəlxaq təcrübəyə nəzər salsaq, uşaq pullarının verilməsinin üç fərqli istiqamətini görmək olar. 1) Uşaq pulları bütün ailələrə görə verilir və uşaq pullarını ailədəki uşaqların sayına görə reqressiv və ya proqressiv şkala üzrə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaq pullarının məbləği azalır. Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə isə uşaqların sayı artdıqca uşaq pullarının məbləği çoxaldılır. Məsələn, Almaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği azaldılır. Amma, Britaniyada və Kanadada uşaqların sayı artdıqca uşaq pullarının məbləği artırılır. 2) Bir qrup ölkələrdə uşaq pulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaq pulu adı ilə vəsait ödənilir. Uşaq pullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaq pullarını daha da çoxaldırlar. Belə bir yanaşma Avropa ölkələrində, o sırdadan İtaliyada var. Eyni zamanda ABŞ-da da ailənin gəlirləri ilə uşaqlara olan qayğı arasında bir əlaqə var. Gəlirlər az olanda uşaqlara olan qayğı daha çox olur, gəlirlər çox olanda isə uşaqlara olan qayğı nisbətən az olur. Yəni qayğı deyəndə mən uşaqlar üçün ödənilmiş vəsaitin məbləğini nəzərdə tuturam. Azərbaycan da bu modelə istinad edə bilər. Azərbaycanda heç də mən bütövlükdə bütün ailələrə uşaq pullarının verilməsinin məqbul hesab etmirəm. Hesab edirəm ki, bu ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni ki, 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının gəlirliyə bağlanması ilə yanaşı, həm dəbu praktikadan istifadə etmək olar.
3) Beynəlxalq təcrübədə üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu ödənilmiş verginin bir hissəsinin geri qaytarılması zamanı ailədə uşaqların sayının nəzərə alınması praktikasıdır. Bu praktikadan həm ABŞ, həm Kanada, həm də ki, Avstraliya və Böyük Britaniya istifadə edir. Hesab edirəm ki, bu da həm də, vergi ödənişlərinin leqallaşdırılması, həm də uşaqlara görə vergiyə ödənilmiş məbləğin bir hissəsini geriyə qaytarılması baxımında maraqlı ola bilər.

 

Time TV