Categorieën
Post Sovet

DEPUTAT ƏSABİLİN DOYMAYAN İŞTAHASI

Azərbaycan Milli Məclisinin üzvü Stavropol Vilayətində milyonçu investor kimi tanınır 

Milli Məclisin deputatı Əsabil Qasımov Jeleznovodsk və Kislovodskdakı “İstoçnik” sanatoriyalarının ardınca Rusiyada daha bir sanatoriya alıb.
Beznesmen deputat bu dəfə Kislovodskdakı köhnə “Voronej” sanatoriyasına müştəri çıxıb və auksionda ona 356,3 milyon rubl, yəni 6,5 milyon dollar təklif edib.
Müştəri qismində Əsabil Qasımovaun Stavropoldakı EKSPO MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО “Экспо”) auksionda iştirak edib. Bu şirkət 17 fevral 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 1 saylı vergi müfəttişliyində qeydiyyatdan keçib.
Təsisçiləri Əsabil Qasımovun “Karmen” Məhdud Məsuluyyətli Cəmiyyəti (8 000 rubl və ya 80%) və deputatın digər şirkəti Aqros MMC-dir (ООО “АГРОС”, 2 000 rubl və ya 20%).
“Voronej” sanatoriyası 2015-ci ilin iyunundan satışa çıxarılıb və əvvəlki iki hərracda ona müştəri çıxan olmayıb.
100 nəfərlik qonaq tutumu olan sanatoriyanın 2017-ci ildə xalis gəliri cəmi 918 min rubl təşkil edib. Bu o deməkdir ki, həmin göstəricilərlə deputat sanatoriyaya yatırdığı investisiyanı 388 ilə geri qaytaracaq. Yəni tarixin ən bərbad investisiya layihələrindən biri hesab oluna bilər.

Mənbə: Sosial şəbəkə.

Müəllif: Araşdırmaçı jurnalist Cavanşir Həsənli

Categorieën
Post Sovet

Gürcüstan parlamenti yeni hökumətə etimad göstərdi

Bu gün Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib.

TimeTV.live xarici mediaya istinadən məlumatına görə, parlamentin 98 deputatı Georqi Qaxariyanın rəhbərlik etdiyi hökuməti dəstəkləyib.

Parlamentin spikeri Arçil Talakvadze səsvermənin yekunlaşı şərh edərkən bildirib ki, etimad göstərilib və qərar qəbul edilib: “Mən Gürcüstanın baş naziri və hökumətini etimadın göstərilməsi münasibətilə təbrik edirəm”.

Categorieën
Post Sovet

Prezident xüsusi xidmət orqanı rəhbərləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.

Timetv.live xəbər verir ki, dövlət başçısı Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib. Dövlət başçısı ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğulayıb. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirak etdiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsi üçün səylərin bundan sonra da davam etdiriləcəyini bildirib. Dövlət başçısı iclasda müzakirə edilən məsələlərin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən qonaqlar Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildiriblər və bu tədbirin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin və sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyini vurğulayıblar.