Categories
Post Soviet Union

Qarabağda minalar partlamaq da davam edir

Bu dəfə Daşaltıda iki nəfər həlak olub

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi bildirib ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Categories
Uncategorized

Saleh Rüstəmovun vəziyyəti pisdir

Vəkil Bəhruz Bayramov ümidsizidir
“Saleh Rüstəmovun vəziyyətini nəzarətə götürüblər. Aldığım məlumata görə Ədliyyə Nazirliyin Tibb Baş İdarəsi tərəfindən yeni tibbi personal ayrılıb. Vəziyyəti pisdir. Dünən yoxlanışdan keçirilib, amma yoxlanışın nəticələri barəsində bizə məlumat verilməyib”,- bu barədə vəkil Bəhruz Bayramov “Time TV”-yə açıqlamasında deyib.
Vəkil, dekabrın 8-i İnsan hüquqları üzrə Ombudsman Səbinə Əliyevayla görüşü haqda da danışıb:
“Vəziyyəti, indiyə qədərki proseslər barəsində danışdıq. Özünün də məlumatı var idi”.
Saleh Rüstəmlinin azadlığa çıxması ilə bağlı isə vəkil ümidsiz idi:
“Biz müraciətlər etmişik, amma heç bir məlumat yoxdur”. 
Categories
Uncategorized

General 10 il azadlıqdan mərhum edildi

Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib
O, mərhum Elçin Əliyevin ailəsinə vurduğu mənəvi ziyana görə, 40 min 10 manat təzminat ödəməlidir
Həbsdə olan general Rövşən Əkbərov bu gün 10 il azadlıqdan məhrum olunub. O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Eyni zamanda generalın mərhum Elçin Əliyevin ailəsinə 40 min 10 manat mənəvi təzminat ödəməsi də əksini tapıb.
Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə son sözünü söyləyən Rövşən Əkbərov son sözündə günahsız olduğunu deyərək bildirib ki, 2001-ci il iyunun 1-də qətl baş verdiyi kafedə olmayıb: “Mən həmin gün kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Ertəsi gün səfirlikdən mənə xəbər veriblər, hadisə barədə deyiblər. Məzahir Şıxəliyevi tanımamışam, Elçin Əliyevi cəmi iki dəfə görmüşəm. Barəmdə bəraət verilməsini istəyirəm”.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini, buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən düşdüyünü nəzərə olaraq, onun 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və maddələri ilə təqsirli bilinməsini istəyərək 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Mərhum Elçin Əliyevin vəkili isə R.Əkbərova 15 il cəza verilməsini istəyirdi.
Cinayət işində qeyd olunur ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
TİME TV
Categories
Uncategorized

Vladimir Putindən Azərbaycan və Ermənistana xəbərdarlıq

“Hər iki tərəf sakitcə oturmalıdır”
Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Dağlıq Qarabağ münaqişəsilə bağlı açıqlama verərək yeni müharibəyə imkan verilməyəcəyini bildirib:
Birincisi, həm Azərbaycan prezidentinin, həm də Ermənistanın baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar.
Ancaq bu, yeganə məqam deyil, baxmayaraq ki, insan həyatını qorumaqdan daha vacib bir şey yoxdur, başqa bir önəmli məsələ da var: uzunmüddətli nizamlanma üçün şərait yaratmaq lazımdır. Bu isə yalnız o halda mümkündür ki, hər iki tərəf əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul edəcək və, bunu vurğulamaq istəyirəm, dinc şəkildə birlikdə yaşamağın üstünlüklərini qiymətləndirəcək. Və burada hamının marağı var. Azərbaycan Naxçıvanla normal əlaqəni qurmaqda, kommunikasiyaların açılmasında maraqlıdır, və bu, Ermənistanın qarşısında duran ilkin vəzifələrdən biridir – effektiv iqtisadi mühüt yaratmaq, bölgədə, effektiv qarşılıqlı əlaqə – gələcəkdə Azərbaycanla da, yaratmaq, prinsipcə, Ermənistan bunda maraqlıdır, Türkiyə ilə münasibətlərini normallaşdırmaq, onları müasir hala gətirmək. İndi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan heç nə edilə bilməz. Burada, bəlkə də, hər iki tərəfdən başqa heç kimə ehtiyacımız yoxdur. Niyə? Çox sadə praqmatik məsələlər var. Xəritələr, Rusiya ordusunun Baş Qərargahındadır. Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr. Bu sənədlərə əsaslanaraq hər iki tərəf sakitçə oturmalıdır… Orada da qarşılıqlı güzəşt tələb edən məsələlər var. Bunu etmək olar ya yox? Mümkündür. Ancaq əlbəttə ki, biz çoxtərəfli bir format tapmağın tərəfdarıyıq. Minsk qrupunun işini gücləndirmək də daxil olmaqla. Biz tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyirik.
Time TV
Categories
World

Recep Tayyip Erdoğandan Ermənistana çağırış

Dünən Rusiya prezidenti Vladimir Putinlə görüşdən dönən Türkiyə cümhurbaşkanı Recep Tayyip Erdoğan təyyarədə jurnalistlər üçün açıqlama verib. O, Ermənistan rəhbərliyinə çağırış edərək Zəngəzur dəhlizini açmağa çağırıb.
– Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik. Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq. Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Time TV
Categories
Uncategorized

İrandan Azərbaycan və Türkiyəyə yeni hədə

İran həm sərhəddə ordu yığır, həm də təhdid edir
İran Silahlı Qüvvələrinin quru qüvvələri sabahdan etibarən ölkənin şimal -qərb bölgəsində təlimlərə başlayacaq. Bunu İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.
Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.
K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. Onların neçə gün davam edəcəyi qeyd olunmayıb.
Təlimlər başladığı bir məqamda İran parlamentindən Azərbaycan və Türkiyəyə qarşı növbəti təhdid səsləndirilib. İran parlamenti sədrinin müavini və Ərdəbildən seçilmiş millət vəkili Əli Nikzad Azərbaycan və Türkiyənin etdiklərini cürətkarlıq adlandırıb. Və deyib:
– Bəzilərinə xitabən deyirəm ki, Amerikaya və sionizmə güvənən liderlərin taleyini bilmək üçün bir az müasir tarix oxuyun.
O davam edərək söyləyib: 1992-ci ildən ala yarımçıq müstəqilik qazan qonşumuz 500 illik bir imperya tarixi olan Orta Şərqin ən güclü dövləti İrana nələrisə öyrətməyə çalışır. Əsla avantürist və macəraçı fikirlərə düşməyin, çünki biz tariximizə və kimliyimizə çox bağlıyıq. Bilin ki, biz azərilər ordusu islam inqilabının ali rəhbərinin əmrindəyik. Elə etməyin ki, şimalınızıda alıb cənuba qataq.
Time TV
Categories
Uncategorized

Keçmiş deputat həbsxanada öldü

O, dələduzluqda ittiham edilərək həbs olunmuşdu
Sabiq deputat Rafael Cəbrayılov həbsxanada ölüb. Bunu onun yaxınları da təsdiqləyib. Bildiriblər ki, koronavirusa yoluxan deputat “Yeni Klinika” adlı müalicə müəssisəsinə göndərilib. Klinikaya daxil olanda Rəfael Cəbrayılovun saturasiyası 60 olub. Bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və o, koronavirusdan ölüb.
Dələduzluğa görə həbs edilən Cəbrayılovun bu günlərdə məhkəməsinin hazırlıq iclası keçirilsə də, o, koronavirusa yoluxduğu üçün proses təxirə salınmışdı.
Məlumat üçün bildirək ki, Cəbrayılov deputat olduğu müddətdə və daha sonra Bakıda tikinti biznesi ilə məşğul olub, bu biznesə yatırmaq üçün müxtəlif şəxslərdən milyonlarla manat borc alıb və qaytarmayıb. “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti baronu da onun işi üzrə zərərçəkmişlərdən biri idi və keçmiş deputata 200 min dollar verdiyini deyirdi. R.Cəbrayılov həm də deputat mandatını girov qoyaraq sələmçidən borc alması ilə gündəmə gəlmişdi.
Qeyri rəsmi məlumatlarda onun Milli Məclisin keçmiş sədri Oktay Əsədova villa və binalar tikdiyi, pulu ala bilmədiyi üçün borca düşdüyü qeyd olunur.
Time TV
Categories
Post Soviet Union

Gürcüstanın baş naziri Bakıya xüsusi missiya ilə səfər edir

Rusiyasız Bakı-İrəvan danışıqları baş tutacaqmı?
 
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək. Səfərdə əsas məqsəd Bakı və İrəvan arasında vasitəçilik etməkdir. Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib ki, Ermənistanla Azərbaycan arasında “xeyirxah qonşuluq münasibətlərinin qurulmasına” kömək göstərmək istəyir. O, ilk təşəbbüsün uğurlu olduğuna toxunaraq, buna misal kimi Bakı ilə Yerevan arasında bu ilin yayında baş tutmuş mübadiləni -bir qrup erməni hərbçisinin işğaldan azad edilmiş ərazilərdəki minalanmış sahələrin xəritəsi ilə dəyişdirilməsinə işarə edib.
Qaribşvili deyib: “Sabah mən Bakıya yollanıram. Mənim çox hörmət bəslədiyim prezident Əliyevlə görüşüm olacaq. Bizim çox yaxşı münasibətlərimiz var. Ən başlıcası budur ki, bir-birimizə etibar edirik. Ölkələr və liderlər arasında etimad olanda hesab edirəm ki, bütün məsələlər lazımi qaydada həllini tapar. Mənim cənab Paşinyanla da yaxşı münasibətlərim var, hansı ki, bir neçə həftə əvvəl Tbilisidə olub. Yaxın vaxtlarda mən də Ermənistana səfər etməyi planlaşdırıram. Hesab edirəm ki, bütün enerjimi münasibətlərin nizamlanmasına sərf edə və pozitiv rol oynaya bilərəm”.
Qeyd edək ki, bu dəfə də Gürcüstanın təşəbbüsü baş tutsa, bu Rusiyanın iştirakı olmadan Qərbin dəstəyilə Azərbaycan-Ermənistan arasında həyata keçirilən ikinci danışıq olacaq. 
Categories
World

ABŞ Azərbaycanı təhlükəli elan etdi

Departament belə hesab edir ki, Azərbaycanda qeyri-sabit siyasi vəziyyət yarana bilər və terror təhlükəsi mövcuddur
ABŞ Dövlət Departamenti 12 ölkənin adını 3-cü dərəcəli risk qrupuna daxil edərək vətəndaşlarına o ölkələrə getməməyi tövsiyə edib. Siyahıda Azərbaycan, İsveçrə, Şimali Makedoniya, Estoniya, Oman, Laos və digər ölkələrin adları var. ABŞ vətəndaşlarına tövsiyyə edir ki, yarana biləcək qeyri-sabit siyasi vəziyyətə və terror təhlükəsinin artmasına görə Azərbaycana səfər etməsinlər.
İsveçrə, Estoniya və Şimali Makedoniyanın adı isə bu siyahıya koronavirusa gündəlik yoluxmanın sayının artması ilə bağlıdır. ABŞ hökuməti vətəndaşlarına ciddi səbəb olmadan bu ölkələrə getməməyi tövsiyə edir.
Time TV
Categories
Uncategorized

TƏCİLİ: Ermənilər Ağdərədə Azərbaycan əsgərini girov götürdü

Müdafiə Nazirliyi sağlam əsgəri dəli elan etdi
Bu gün günorta saatlarında erməni tərəfi Azərbaycan ordusunun əsgərinin Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə -Ağdərə şəhərində girov götürüblər. Danışıqlar nəticəsində əsgər sülhməramlılara təhvil verilib. Ermənilər əsgərin paltarlarını cırıb, özünü də döyüblər. Bunu da onunla əsaslandırıblar ki, əsgər Cəmil Babayev Ağdərədə evlərdən birinə girib və sakinlər xəbər tutaraq yerli polisə xəbər veriblər.
Azərbaycan Müdafiə Nazirliyi isə bu insidentlə bağlı qəribə məlumat yayıb. Məlumatda iddia olunur ki,
-Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Maraqlıdır ki, Azərbaycan əsgəri döyülüb, işgəncəyə məruz qalıb və son nəticədə öz ordu rəhbərliyi tərəfindən psixi xəstə elan edilib. Psixi xəstə olan əsgərə nədən cinayət işi açılıb, bu sual cavabsız qalır.
Time TV