Categories
Sport

“Düdelanj” “Qarabağ”dan rəsmən üzr istədi

“Düdelanj” Avroliqanın qrup mərhələsinin II turunda “Qarabağ”la ev matçında baş verən erməni təxribatına görə Azərbaycan klubundan rəsmən üzr istəyib. 

Timetv xəbər verir ki, klub rəsmi “Twitter” hesabı vasitəsilə yayımladığı açıqlamada təxribatla heç bir əlaqələri olmadığını bildirib: “Azərbaycandan gələn qonaqlardan üzr istəyirik. Bu təxribatla heç bir əlaqəmiz yoxdur. Məsələni araşdıracağıq”.

Bu yerdə onu bildirək ki, daha öncə Lüksemburqun idman naziri də Azərbaycan tərəfdən üzr istəyib.

Xatırladaq ki, qarşılaşmanın birinci hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nın endirilməsinə cəhd edilib ki, “Qarabağ”ın futbolçuları bunun qarşısını ala biliblər. Təxribat səbəbindən hakim görüşü 20 dəqiqədən artıq müddətə dayandırmalı olub.

Categories
Post Soviet Union

Bakıda kollec direktorunun Çexiyada şirkətləri üzə çıxdı

Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru Vilayət İsmayılovun Çexiyada şirkəti var. 

Timetv xəbər verir ki, bu barədə araşdırmaçı jurnalsit Cavanşir Həsənli yazıb.

“Çexiyadakı VORNAX SRO şirkəti 2009-cu ilin yanvarında qeydiyyatdan keçirilib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır” deyə Cavanşir Həsənli qeyd edib.

Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modřany 4 göstərilib.

Qeyd edək ki, Vilayət İsmayılov eyni zamanda Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir. O, 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Categories
Post Soviet Union

Teymur Rəcəbov bu gün Rusiyada 110 min dollar qazana bilər

Timetv xəbər verir ki, 32 yaşlı qrossmeysterimiz dünya reytinqinin üçüncü şahmatçısı olan rəqibi ilə qara fiqurlarla oynayacaq.

Son üç görüşdə tərəflər hərəyə bir qələbə qazanıb, bir partiya isə heç-heçə bitib. Hazırda tərəflər arasında ümumi hesab bərabərdir – 1,5:1,5.

Bugünkü görüş sonuncu ola da bilər, olmaya da. Qalib müəyyənləşməsə, sabah həlledici görüşdə – tay-breykdə tərəflər güclü ağıl zəkası olduğunu sübut etməyə çalışacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Teymur Rəcəbov qalib gələcəyi halda, 110 min dollar qazanacaq. Uduzacağı halda isə 80 min dollarla kifayətlənəcək.

Onu da bildirək ki, üçüncü yer uğrunda görüşdə fransız Maksim Vaşye-Laqravla çinli Yuy Yanla qarşılaşacaq. Maraqlıdır ki, burda da ümumi hesab bərabərdir – 1,5:1,5.

Categories
Sport

“Düdelanj” – “Qarabağ”: Mətbuat konfransı və son məşq

Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq “Düdelanj” (Lüksemburq) – “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb. Timetv xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Jozi Bartel” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, sabah baş tutacaq “Düdelanj” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.

Categories
Sport

Alman maşını iş başında… “Tottenhem” “Bavariya”ya tarixi hesabla uduzdu

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib. Timetv xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

A qrupunun ilk oyununda PSJ-yə 0:3 hesabıyla məğlub olan “Real”, bu dəfə “Brügge”ni qəbul edib. Madrid təmsilçisi bu oyunda da məğlub olmaqdan son anda qurtulub. PSJ isə “Qalatasaray” səfərinə yollanıb. Fransa nəhəngi bu oyunda minimal hesabla üstün olub.

Günün maraqla gözlənilən qarşılaşmasında B qrupunda yer alan “Tottenhem” və “Bavariya” komandaları Londonda üz-üzə gəlib. Doqquz qolluq qarşılaşma Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb. Qrupun digər oyununda isə “Olimpiakos” “Srvena Zvezda”nın qonağı olub. Bu matçda isə meydan sahibləri əzmkar qələbəyə seviniblər.

D qrupunda səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşan “Atletiko” inammlı qələbə qazanıb. “Yuventus” isə “Bayer”lə oyunda darmadağınla qalib gəlib.

UEFA Çempionlar Liqası
1 oktyabr

A qrupu

Real (İspaniya) – Brügge (Belçika) 2:2
Qol: S.Ramos, 55. Kazemiro, 85 – Dennis, 9; 39.

Qalatasaray (Türkiyə) – PSJ (Fransa) 0:1
Qol: İkardi, 52.

C qrupu

Atalanta (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 1:2
Qol: Sapata, 29 – Moraes, 41. Solomon, 90+5.

Mançester Siti (İngiltərə) – Dinamo (Zaqreb, Xorvatiya) 2:0
Qol: Sterlinq, 66. Foden, 90+5.

B qrupu

Tottenhem (İngiltərə) – Bavariya (Almaniya) 2:7
Qol: Son, 12. H.Keyn, 61-pen – Kimmix, 15. Levandovski, 45; 87. Qnabri, 53; 55; 83; 88.

Srvena Zvezda (Serbiya) – Olimpiakos (Yunanıstan) 3:1
Qol: Vuliç, 63. Milunoviç, 87. Boakye, 90 – Semedo, 37.

D qrupu

Lokomotiv (Moskva, Rusiya) – Atletiko (İspaniya) 0:2
Qol: J.Feliks, 48. Tomas, 58.

Yuventus (İtaliya) – Bayer (Almaniya) 3:0
Qol: İquayn, 17. Bernardeski, 62. Ronaldo, 89.

Categories
Post Soviet Union Uncategorized

Daxili işlər nazirindən yeni təyinat

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Timetv xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Azay Ağayev Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilib.

O, bundan öncə Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsində çalışıb.

Categories
World

Azərbaycan Pasportlar İndeksini yüksəldib

Azərbaycan 2019-cu ilin dördüncü rübündəki Pasportlar İndeksi reytinqində 76-cı yeri tutaraq əvvəlki reytinqə nisbətən 2 pillə irəliləyib.

Timetv xəbər verir ki, hazırda Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız gedə bilər. Reytinqin lideri vətəndaşları 190 ölkəyə sərbəst gedən Yaponiya ilə Sinqapurdur, daha sonra 188 göstəriciyə malik Cənubi Koreya, Almaniya, Finlandiya, 187 göstəriciyə malik Danimarka, Lüksemburq, İtaliya gəlir.

Cəmi 109 ölkənin daxil olduğu reytinqdə ən çox – beş pillə irəliləyən ölkə Birləşmiş Ərəb Əmirlikləri 172 göstərici ilə 15-ci yerdədir.

Hüquqi cəhətdən ən zəif pasportlara malik ölkələr Əfqanıstan (25 ölkə), İraq (27 ölkə), Suriya (29 ölkə), Pakistandır (30 ölkə).

Xatırladaq ki, “Henley & Partners” məsləhətçi şirkəti reytinqi ildə dörd dəfə tərtib edir.

Categories
Post Soviet Union

Bu gün Azərbaycanda əhalinin növbəti siyahıya alınması başlayır

Bu gündən Prezident İlham Əliyevin 2016-cı ilin 7 sentyabrında imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana əsasən sayca 3-cü siyahıyaalınma başlayır.

Timetv xəbər verir ki, proses oktyabrın 10-a kimi davam edəcək.

Artıq 3 ili əhatə edən siyahıyaalmaya hazırlıq dövrü başa çatıb. Ölkənin hər bir inzibati ərazi vahidi üzrə təşkilati plan tərtib olunub, yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilib.

Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6 777 təlimatçı və 33 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib.

Azərbaycanda müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiq edilib. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək.

Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.

Əvvəlki siyahıyaalmadan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilən əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə imkan yaradacaq.

Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları Siyahıyaalma qrupuna təhvil veriləcək, sonrakı mərhələdə isə bu proses üçün işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi başlanacaq və bu 2020-ci ili əhatə edəcək. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub.

Categories
Europe

İsveçrə bankları Azərbaycandan olan əmanətçilərinə dair məlumatı açıqlayacaq

İsveçrə bankları Azərbaycan da daxil olmaq şərtilə 19 ölkənin vətəndaşı olan müştəriləri haqqında məlumatları müvafiq ölkələrin hökumətlərinə təqdim edəcək.

Timetv xəbər verir ki, bununla bağlı ölkənin maliyyə naziri Uli Maurer bildirib.

O deyib ki, İsveçrə korrupsiyaya, çirkli pulların yuyulmasına, vergilərdən yayınma hallarına qarşı mübarizəyə dair İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni standartlarını tətbiq etməyə boyun olduğu üçün xarici vergi idarələrinə avtomatik rejimdə məlumat ötürmək məcburiyyətindədir: “Əks təqdirdə ölkə sanksiyalarla üzləşə bilər, bundan isə ilk növbədə iqtisadiyyata ziyan dəyəcək”.

Ümumiyyətlə, məlumatların 2020-ci ilin yanvar ayından toplanacağı, 2021-ci ilin əvvəlində aidiyyatı ölkələrin hökumətlərinə göndəriləcəyi nəzərdə tutulur

Categories
World

Vergilər Nazirliyi “onlayn kassa” üçün “Cybernet”i cəlb edib

“Cybernet” MMC “Onlayn kassa informasiya sistemi”nin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-ə) inteqrasiya edilməsi işlərini yerinə yetirəcək.

Timetv xəbər verir ki, “Cybernet” Vergilər Nazirliyinin keçirdiyi müvafiq tenderin qalibi olub. Şirkət ilə 559 min 84 manat məbləğində müqavilə imzalanıb.

2004-cü ildə təsis olunan “Cybernet” Azərbaycanda və Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları sahəsində xidmətlər və həllər təklif edir.

Azərbaycanın vergi sisteminin diaqnostikası üçün məsləhətçi seçib

Həmçinin Vergilər Nazirliyi ölkənin vergi sisteminin diaqnostikasını aparmaq məqsədilə məsləhətçi cəlb edib.

“Azərbaycanın vergi sisteminin diaqnostikası” mövzusunda ekspertiza-məsləhət xidmətinin həyata keçirilməsi üçün “McKinsey and Company (Azerbaijan), INC” şirkətinin Azərbaycandakı filialı ilə müqavilə bağlanılıb.

Müqavilənin məbləği 2 milyon 707 min 999,7 manat təşkil edir.