Müdafiə Nazirliyi sağlam əsgəri dəli elan etdi
Bu gün günorta saatlarında erməni tərəfi Azərbaycan ordusunun əsgərinin Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə -Ağdərə şəhərində girov götürüblər. Danışıqlar nəticəsində əsgər sülhməramlılara təhvil verilib. Ermənilər əsgərin paltarlarını cırıb, özünü də döyüblər. Bunu da onunla əsaslandırıblar ki, əsgər Cəmil Babayev Ağdərədə evlərdən birinə girib və sakinlər xəbər tutaraq yerli polisə xəbər veriblər.
Azərbaycan Müdafiə Nazirliyi isə bu insidentlə bağlı qəribə məlumat yayıb. Məlumatda iddia olunur ki,
-Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Maraqlıdır ki, Azərbaycan əsgəri döyülüb, işgəncəyə məruz qalıb və son nəticədə öz ordu rəhbərliyi tərəfindən psixi xəstə elan edilib. Psixi xəstə olan əsgərə nədən cinayət işi açılıb, bu sual cavabsız qalır.
Time TV