Oct 21, 2021, 11:30 am
7 Users Online

Əliyevlərin «Peton»lanan pulları

Rusiyadakı çirkli pulların təmizlənməsi üçün yaradılan hövzənin Azərbaycandakı ünvanları

Ötən aylarda, daha doğrusu mayın 3-də Azərbaycan cəmiyyətinə Turan TV-nin xüsusi proqramı təqdim edildi. Bu proqramı «Yaxın oturun, amma şoka düşməyin. Əliyevin məxfi əməliyyatları, Putinin tapşırıqları » adı ilə Azərbaycan Saatı youtube kanalından da izləyə bilərsiz. (https://www.youtube.com/watchv=numitSucDm0&ab_channel=AzerbaycanSaati)

Bu proqramda söhbət cənab Əliyevin Azərbaycan Beynəlxalq Bankının Moskva filialından çırpışdıraraq əsasən Rusiyada aldığı daşınmaz əmlakın siyahısı verilirdi. İndi təqribən buna bənzər olaylar haqqında informasiyalar verəcəyik. Bu informasiyalar yalnız çirkli pul, maliyyə qalmaqalı deyil, həm də siyasi məsələdir. Bir ölkənin siyasi elitası, özəlliklə də prezidenti başqa bir ölkənin ərazisində bu cür nəhəng maliyyə cinayətlərini təşkil edirsə, həmin dövlətin yanında gözükölgəli olur, ondan asılı vəziyyətə düşür, üstəlik, həmin dövlət balaca Azərbaycanla müqayisədə qat-qat nəhəng dövlətdirsə, dünya siyasətinə çəki- düzən vermək iddiaları varsa.

Adları yadınızda saxlayın: Eduard Həsənov, Emin Axundov, Axund Hacı Qəni, Zakir Qaralov və bir çox başqaları, əlbəttə, bütün bunların hamısını şaxələndirən, Rusiya ərazisində çirkli pul maşını yaradıb ofşorlara milyardları köçürən cənab İlham Əliyev və yenə də bir çox başqaları…

Rusiyada «Peton» Holdinq adlı nəhəng bir korrupsiya mexanizmindən söhbət gedəcək, onun Azərbaycana doğru uzantıları zatən bu Holdinqin başında dayanan Eduard Həsənov adlı həmyerlimizi, onun Emin Axundov adlı fərasətli müavini kimi adları biləcəksiz… Və söhbət əsasən Rusiyada, Qazprom ətrafında təşkil edilən böyük, həddən artıq böyük maliyyə maxinasiyalarından gedir.

Rusiyadakı bu «Peton» holdinqin məhz, çirkli pul maşını kimi nəzərdə tutularaq yaradıldığı, əsasən Qazprom üzərindən toplanan çirkli pulların bu Holdinqin öz çevrəsinə səfərbər etdiyi nüfuzlu oliqarxlar, kriminal qruplaşma tərəfindən ofşorlara ötürüldüyü barədə məlumatlar Rusiya mətbuatında da zaman- zaman ifşa edilib. Amma korrupsiya faktlarının ifşası korrupsiyanın davam etməyəcəyi anlamına gəlməz ki !

Oleq Polyakov və Eduard Həsənov

«Peton»un rəsmi təsisçiləri isə həmyerlilərimizin ağır basdığı siyahıdır. Eduard Həsənov, Oleq Polyakov və Emin Axundov. Bu mərkəzə Qazpromdan uzanan xətt Holdinqin baş direktoru Kirill Selznyov üzərindən qurulmuşdu. Rusiya Daxili İşlər Nazirliyinin holdinqə uzanan xəttinə nəzarət Andrey Kurnesenkoya həvalə edilmişdi. Böyük biznesin və siyasi hakimiyyətin nəzarətçisi Əli Uzdenov və «Novıy Potok » şirkətinin başçısı Dmitriy Mazurov idi.

Bu şəbəkədə olduqca çoxsaylı insan və şirkət adları var, beyninizi məşğul etməyə dəyməz. Sadəcə nəzərə alın ki, «Peton»un əsas fiquru sayılan azərbaycanlı Eduard Həsənov həm keçmişdə həbs edilib, həm kriminal aləmin ünlü isimlərindəndir, həm də Rusiya və Azərbaycanın siyasi dairələrində himayədarları var. Yəni, bir növ, ortaq biznesin nəzarətçisi saya biləcəyiniz birisidir. Eduard Həsənovun ən çox güvəndiyi şəxs isə, əlbəttə, yenə də azərbaycanlı Emin Axundovdur…

«Peton», piton sayağı, Rusiyada çoxlu sayda təşəbbüsləri və nəhəng şirkətləri udaraq ildən- ilə daha da böyüyür, genişlənir, ağlagəlməz ölçülərdə maliyə cinayətlərinin baş məbədinə çevrilir.

Eduard Həsənovun kriminal aləmlə sabit əlaqələri əvvəllər yaxın qohumu 2007- ci ildə öldürülən, «Sedoy» ləqəbli Çingiz Axundov, sonra mərhum Rövşən Canıyev (Lənkəranski) üzərindən qurulmuşdu. Rövşən Lənkəranski 2016- cı ildə İstanbulda qətl edildikdən sonra Eduard Həsənov- Emin Axundov cütlüyü Rusiyadakı başqa azərbaycanlı kriminal avtoritetlərlə öz təhlükəsizlik zolağını qurmaqdadır.

Daxili idarəetmə qaydalarında isə birinci müavin Emin Axundov əvəzsiz kadr sayılır. Emin Axundov həm də «Peton»un kriminal aləmlə əlaqələrinin tənzimləyici fiquru hesab edilir.

Qazpromda «Peton»un bir neçə qat hami qruplaşması var. Bunlardan ən əsası «Газпром инвест Юг»un keçmiş baş direktor müavini Andrey Qonçarenkodur. Rəsmi milyonerlər- milyarderlər siyahısında olmasa da Andrey Qonçarenko Rusiyanın ən zəngin adamlarından biri sayılır. Dəfələrlə vergi orqanlarına və ayrı- ayrı iş adamlarına iri həcmli borclar üzündən istintaq sorğularına çəkilsə də Qonçarenko məşğul olduğu fəaliyyət sahəsinin özəlliyinə görə qazandığı siyasi hamilərin yardımı ilə sudan quru çıxıb və ya çıxarılıb.

«Peton» Rusiyada və Azərbaycanda, deyəsən, həm də Orta Asiya respublikalarında böyük dövlət və siyasət adamlarının çirkli pullarının ofşorlara yerləşdirilməsi üzrə ixtisaslaşdırılıb. Bu ölkələrdə Qazpromla imzalanan ortaq layihələrin bir tərəfinə mütləq «Peton» pərçimlənir, onlar isə öz işlərini əla bilirlər. Bəzi bilgili adamlar iddia edirlər ki, «Peton» şefi Eduard Həsənovun qardaşı Maarif Həsənovla birlikdə Qazaxıstanda və başqa respublikalarda imzaladığı böyük həcmli layihələr çərçivəsində dövr edən vəsaitlərin 60-70 faizi məhz, ofşorlara köçürülmək üçün nəzərdə tutulur. Çünki, «Peton»un, deyək ki, Qazaxıstanda Aktübe şəhərində, yaxud Özbəkistanda Karşi şəhərindəki layihələri iqtisadi cəhətdən tamamilə əsassız ideyalardır, o qədər əsassızdır ki, həmin təşəbbüslərə görə oralarda böyük işçi personalının saxlanılma xərclərini belə ödəyə bilməz.

Maraqlıdır ki, «Peton»un böyük iddialı, gerçəkdən də əsrin dələduzluq layihələri adlandırıla biləcək nəhəng maliyyə cinayıətlərinkn təşkilatçısı olan Eduard Həsənov həm də neft və qaz sənayesi sahəsində diqqəti çəkən müəllif ixtiralarını öz adına patentləşdirib. Baxmayaraq ki, onun nəinki ali təhsili, heç orta təhsili də yoxdur, qürrələnə biləcəyi 7 illlik «ali təhsil»i isə 2001- ci ildə dələduzluğa görə məhkum edilib göndərildiyi cəzakəmə kaloniyalarında alıb. Belə fərasətli həmyerlilərimiz var Rusiyada !

Bu maliyyə makinası bəzən Rusiyada hüquq mühafizə orqanlarının divarı başı ilə deşmək istəyən kadrlarının obyektivinə də düşür, onlara ilişmək istəyirlər, amma tez də Rusiyanın siyasi rəhbərliyinin qırmızı işığı bərq vurur. Onlara toxunmaq olmaz! Buna baxmayaraq, həmin bu təsadüflər zamanı, qırmızı işıq yanana qədərki araşdırmaların bəziləri də monitorlara düşür. Məsələn, «Peton »un sağ əli olan Emin Axundovun azərbaycanlı kriminal avtoritetlərlə xətalı münasibətləri, Suriyadan və İraqdan olan təhlükəli qanunsuz təşkilatlarla əlaqələri və sairə…

Emin Axundov

Emin Axundov Azərbaycanda da özü üçün təvazökar ölçülərdə biznes yaradıb ki, qanuni oğru deyil, qanuni biznesmen obrazını möhkəmləndirə bilsin. Azərbaycan hüquq mühafizə orqanlarında öz mövqelərini baş prokuror Zakir Qaralovun zamanında, onunla xüsusi münasibətləri əsasında bərkidən Emin Axundov bəzi məlumatlara görə elə həmin Qaralov zamanlarında İçəri Şəhərdə və Ələt- Salyan yolunda «Cız-bız » adlı restoranların, Bakıda «Sarı gəlin » adlı şadlıq sarayının sahibi olub. Başqa biznes obyektləri də var, amma o, Azərbaycanda həm leqal iş adamı kimi görünmək istəyir, həm də bir qədər kölgədə qalmaq istəyir. Yaxın çevrəsində ofşorlara pul köçürmə mexanizminin mahir bilicilərindən sayılan Emin Axundovun özü də arabir tam təsadüfən ağzından qaçırır ki, o, Əliyev ailəsinin Rusiyadakı çirkli pullarının ofşorlara köçürülməsinin həvalə edildiyi qədər etibarlı və mötəbər şəxsdir. Ona görə də indi onun Qaralova- maralova ehtiyacı yoxdur.

«Halal» adam kimi görünmək üçün nəzir- niyazını da vaxtında verməyi xoşlayır. Lənkəranın axundu Hacı Qəniyə bağışladığı bahalı Audi Q8 avtomobili də həmin nəzir- niyaz layihələri çərçivəsindədir.

Amma bütün bunlar hamısı deyil…

Azad Akifoğlu

Leave a comment

Related Posts