Categories
Uncategorized

Generala cinayət işi açıldığı bildirilir

Məlumatlara görə, onu istintaqa cəlb edib ifadəsini alıblar
 
Hərbi mənbələrdən Time TV-yə daxil olan məlumata görə, general Hikmət Həsənova 2017-ci il baş vermiş Tərtər hadisələrinə görə cinayət işi açıblar, general istintaqa cəlb edilib, ifadəsi alınıb. Time TV-nin rəsmi mənbələrlə məlumatı dəqiqləşdirmək cəhdləri baş tutmayıb.
Qeyd edək ki, Tərtər işi — hərbi heyyətin Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə mümkün əlaqəsi və sonuncunun lehinə casusluqla əlaqədar olaraq 2017-ci ildə aparılan sorğular nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə qarşı işgəncə faktı ilə bağlı Azərbaycanda bir sıra məhkəmə proseslərinə verilən ümumi addır. 2017-ci il kütləvi həbsləri 2016-cı ilin aprelində Dağlıq Qarabağda baş verən silahlı qarşıdurmadan dərhal sonra baş verdi.
Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və ən azı doqquzu işgəncədən ölmüşdür.
Time TV

Leave a Reply

Your email address will not be published.