Sep 17, 2021, 3:47 pm
3 Users Online

Sərhəd qarşıdurması və göl mübahisəsi davam edir

Azərbaycan tərəfi Qara gölə tam nəzarəti saxlayır
 
Üç gündür ki, Laçın rayonunun tarixi Qara göl qoruğu ətrafında yaranmış mübahisə davam edir. Dünən Fransa prezidenti Emmanuel Macronun erməni dilində yaydığı bəyanatından sonra bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan arasında telefon danışığı olub.
 
Putin Paşinyana nə deyib?
Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur:
 
— Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair müzakirələr davam etdirilib. Ermənistan – Azərbaycan sərhədindəki son hadisəyə dair fikir mübadiləsi zamanı prezident Vladimir Putin Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və cari il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarını dəqiq icra etməyin vacibliyini vurğulayıb.
 
Azərbaycan XİN-i məlumat yayıb
 
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirərək bəyan edib ki, sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilir, Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır.
XİN-in bəyanatında o da qeyd olunur ki, mayın 12-dən etibarən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəhbərliyi həmin əraziyə ezam olunub, Ermənistan tərəfinin nümayəndələri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində addımlar atılır.
Ermənistanda gərgin danışıqlar
 
Ermənistan tərəfi məlumatı təsdiq edərək bildirib ki, danışıqlar Sünik vilayətinin sərhədyanı Xndzoresk kəndində aparılıb və ötən gün gecə saatlarında başa çatıb. 6 saatdan çox davam edən danışıqlarda erməni tərəfindən Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri, habelə yüksək rütbəli Rusiya hərbçiləri iştirak ediblər.
 
Qara göl
Mübahisə obyekti olan və İşıqlı dağında — dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir. Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Gölün suyunun şəffaflığı 4,6 metrdir.
 
Ermənistanın iddiası
Ermənistanın iddiasına görə, gölün 30 faizi bu ölkənin ərazisinə daxildir, Azərbaycan sərhədçiləri isə gölü tamamilə nəzarət altına alıblar. Habelə İşıqlı zirvəsini nəzarətə götürüblər və oradan Ermənistan ərazisinin bir çox hissəsi, o cümlədən Sisyan aerodromu tam nəzarət altında qalır.
 
Time TV

Оставить комментарий

Похожие сообщения