Jun 23, 2021, 1:48 pm
4 Users Online

Bayram Məmmədov batıb, şahid tamaşa edib?

İstanbul polisinin açıqlaması müəmmaları artırır

İctimai fəal və keçmiş siyasi məhbus Bayram Məmmədovun faciəli ölümü ətrafında şübhələr artır. İstanbul polisi bunu müəmmalı ölüm adlandırmasa da, kifayət qədər qaranlıq məqamlar var. Polis BBC-yə bildirib ki, Bayram Məmmədov Moda adlanan ərazidə çəkələklərini dənizə salıb və onu götürmək üçün əyildikdə dənizə düşüb. Polis deyib:
— Bir müddət çırpınıb, amma bədəni dərinlərə sürüklənib.
İstanbul polsi bunun şahid ifadəsi olduğunu deyib. Hadisə mayın 2-də saat 15:00 ətrafında İstanbulun Anadolu hissəsində, sahildə baş verib. Bu isə bir çox suallar yaradır.
1. İstanbulda karantin rejimidir xüsusi icazə olmadan şənbə və bazar günləri insanlar evdən bayıra icazə ilə çıxır. Bayram Məmmədovun belə icazəsi olubmu?
2. Polis heç bir kamera görüntüsü olmadığını deyir. Bazar günü, karantin zamanı, gediş-gəlişin az olduğu vaxt necə oldu ki, Bayram Məmmədov heç bir kameraya düşmədi?
3. Karantin rejimi zamanı küçəyə çıxmaq icazə ilə olduğu halda Bayram Məmmədovun çəkələkləri ayağından çıxaraq necə dənizə düşüb?
4. Bayram Məmmədov niyə çəkələkləri ayağından çıxardıb?
5. Bayram Məmmədovun dənizə düşərək çırpındığını şahid görübsə, nədən yardım çağırmayıb və onun boğulub cəsədinin dənizdə batmasına tamaşa edib?

Time TV

Оставить комментарий

Похожие сообщения