May 18, 2021, 12:53 am
9 Users Online

ELMİRA AXUNDOVA PRİMAKOVUN, YOXSA AZƏRBAYCANIN SƏFİRİDİR?

AZƏRBAYCANIN UKRAYNADAKI SƏFİRİ ELMİRA AXUNDOVA MİRZƏ FƏTƏLİ AXUNDOVU BABASI KİMİ TƏQDİM ETMƏKLƏ NİZAMİ GƏNCƏVİNİN HEYKƏLİNİN QOYULMASINA MANE OLUB 

Azərbaycanın Ukraynada bir səfiri Elmira Axundova diplomatiya sahəsinə təsadüfi gəlib düşmüş şəxslərdəndir. Qeyd edək ki, onun millət vəkili mandatı almağı da Rusiyanın keçmiş xarici işlər naziri mərhum Yevgeni Promakovun sayəsində baş tutub.

PRİMAKOVLA İSTİ GÖRÜŞ 

Olay belə baş verib: bir dəfə Primakovla Heydər Əliyev görüşən zaman Elmira Axundova fürsət tapıb Primakovun üz-gözündən öpərək onu qucaqlayıb. Gəncliyindən Axundovanı yaxşı tanıyan Yevgeni Promakov bu isti görüşmədən sonra Heydər Əliyevdən xahiş edib ki, Axundovaya vəzifə versin.

Beləliklə də Elmira Axundovanın ulduzu parlayıb. Ramiz Mehdiyevin diqqəti ilə güclənib və ətrafında nə qədər qalmaqallar yaransa da, bu ona təsir etməyib. Şəxsən biz Axundovanın keçmiş əməllərini sadalamaq istəmirik. Onun özü və oğluyla bağlı kifayət qədər qalmaqallar yaşanıb. Bu günlərdə isə Elmira Axundova Rusiyanın hansısa dairələrinin xoşuna gəlmək üçn isə Ukraynada Nizami Gəncəvinin yox, Mirzə Fətəli Axundovun heykəlinin qoyulmasına çalışır. Hansı ki, Azərbaycan prezidentinin sərəncamı ilə 2021-ci il Nizami Gəncəvi ili elan edilib.

Ukraynanın Xarkov şəhərində “Filosoflar bağı”nda yer ayrılıb ki, Nizami Gəncəviyə heykəl qoyulsun. Heykəltaraş heykəli də hazırlayıb. 50 min dollara yaxın vəsait xərclənib.

Avqust ayında Ukrayna prezidenti Zelenskinin iştirakı ilə heykəlin açılışı olmalıdır. Lakin Elmira Axundova Xarkov şəhər şurasına məktub yazaraq Nizami Gəncəvinin heykəlinin əvəzinə Mirzə Fətəli Axundovun heykəlinin qoyulmasını tələb edib.

Qeyd edək ki, heykəlin qoyulması üçün vəsaiti Qazaxstan vətəndaşı olan və Xarkovda adıçəkilən dövlətin fəxri konsulu statusu daşıyan iş adamı Emin Nəcəfli ödəyib. O, yaranmış vəziyyətdən narazılığını bildirəndə Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin adından istifadə edərək Qazaxstanın Ukraynadakı səfirinə zəng vurub. Ondan xahiş edib ki, Qazaxstanın Xarkov şəhərindəki fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti Emin Nəcəfliyə təsir göstərsin. Səfir də Azərbaycan Prezidenti adından edilən bu müraciətə əsasən Emin Nəcəfliyə bu prosesdə xərclədiyi pula görə narazılıq etməməsini xahiş edib.

Nəticədə Elmira Axundova layihəyə çəkdiyi xərcə görə narazı qalan fəxri konsulu zərərsizləşdirib. Ardınca isə filosoflar bağı üçün hazırlanan kompazisaya Nizami Gəncəvinin Mirzə Fətəli Axundovla əvəzlənməsinə nail olub.

Elmira Axundovanın burda iki məqsədi var.

  1. Məlumdur ki, Axundov Azərbaycanın tanınmış filosofu ola sa, o, Çar Rusiyasının yetişdirməsi və sovetlərin məşhurlaşdırdığı bir şəxsdi. Ruslar onu özününkü bilir. Bu üzdən də Ukraynada Axundovun heykəlini ucaltmaqla Rus İmperiyasının işğalçı olmadığını, xalqlara ədiblər və filosoflar bəxş etdiyini Ukrayna cəmiyyətinə göstərmək istəyirlər.
  2. Axundova soyadının Axundova olduğuna görə, Ukrayna cəmiyyətinə belə təqdim edir ki, guya, Mirzə Fətəli Axundovun soyundandır. Beləliklə, Axundova özünü Ukrayna cəmiyyətinə adı qalmaqallarda hallanan, Rusiyanın adamı kimi xarakterizə olunan bir şəxs yox, bir filosof nəslinin nümayəndəsi kimi sırımaq (kobud da olsa, başqa ifadə tapmaq çətindir) istəyir.    

                     AXUNDOVANIN PREZİDENTƏ QARŞI ÇIXMAQ CƏSARƏTİ

Amma bütün bunların fonunda Axundovanın bu ilin Nizami ili olmasının qarşılığında Nizami Gəncəvinin heykəlinin qoyulmasına qarçı çıxmasını cəsarətli addım hesab etmək olar. Hər səfir indiki məqamda ölkə rəhbərliyinin göstərişlərinə qarşı çıxa bilməz. Axundovanın bu addıma onu sübut edir ki, Azərbaycanda Rusiyanın təsiri böyükdür. Məhz buna görə də yeri gələndə səfir prezidentin qərarını saymır, kimin istəyirsə, onun da heykəlini qoydurur.

Mövzu ilə bağlı araşdırmamız davam edəcək. 

TİME TV 

Leave a comment

Related Posts