Sep 26, 2021, 10:10 pm
4 Users Online

Hollandiyada hökumət problemi

Gənclər 3 dəfə seçkidə qalib gəlmiş partiyanın liderini baş nazir görmək istəmir 

Demokratik ölkələrdə liderlər nə qədər güclü olsa da, zamanı gələndə xalqla hesablaşmağa məcbur olurlar. Eynilə Niderland Krallığında olduğu kimi. 15-17 mart 2021-parlament seçkilərində Niderlanda parlament seçkilərində qalib gəlmiş VVD — Azadlıq və Demokratiya üçün Xalq Partiyasının rəhbəri iki dönəm baş nazir olmuş Mark Rutte indi gənclərin etirazı ilə qarşılaşıb. Baxmayaraq ki, son illər üçüncü dəfə seçkilərdə qalib gələrək bu partiya parlamentdə 34 yer qazanıb. Onunla koalisiya qurmalı olan digər partiyanın — parlamentdə 24 yer qazanmış D66 — Demokratiya 66 partiyasının gəncləri qurum rəhbərliyinə müraciət ediblər. Onlar bildiriblər ki, Rutte artıq uzun müddətdir baş nazirdir və o, ona olan inamı sarsıtdığına, artıq bir neçə dəfə baş nazir olduğuna görə, onunla dialoq aparıb koalisiya qurmaq olmaz. Onlar birmənalı şəkildə Ruttesiz hökumət tələb edirlər. Digər partiyaların CDA (Xristian Demokrat Alma) və ChristenUnie — Xristianlar Birliyi partiyalarının gəncləri də D66 gənclərinə dəstək verir. Nəticədə hazırda seçkidə daha çox səs toplamış partiyalar dialoq qura bilmir və Niderlandda hökumət böhranı yaşanmaqdadır. Ruttenin isə sonda nə qərar verəcəyi bəlli deyil. 

Time TV

Оставить комментарий

Похожие сообщения