Jun 23, 2021, 2:38 pm
5 Users Online

Hüseyn Abdullayev vətəndaşlıqdan imtina edir

O, İlham Əliyevə müraciət edib

Üç ildir həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev vətəndaşlıqdan çıxarılması üçün Azərbaycan Prezidenti Ilham Əliyevə müraciət edib. O, Azərbaycan vətəndaşlığından imtina etdiyini bildirərək, bu barədə hüquqi addımlar atılmasını xahiş edir. Keçmiş deputat həbsdən yazır:

— Mənim mərhum atanızla nə qədər yaxın olduğumu, onun mənə nə qədər inandığını və dövlətçiliyimizin bərkidilməsi istiqamətində heç nəyimi əsirgəmədiyimi Siz də bilirsiniz. Bir Allah şahiddir ki, nə mən, nə də məndən uzaq düşən anam bu cür zülmü, məlum qüvvələrin təzyiqlərini haqq etməmişik. Ona görə də mən uğrunda can qoyduğum, sabitliyi üçün gəncliyimi sərf etdiyim Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Öz elimdə düşmən kimi qəbul edilməyim məni belə bir ağır qərara vadar etdi.

Abdullayevin belə bir müraciəti olduğunu anası da AzadlıqRadiosuna təsdiqləyib. Zeynəb Abdullayeva bildirib ki, oğlu belə bir addım atmağa məcbur olub: “Ona çox pis təsir edir ki, dövlətin indiki vəziyyətə hansı çətinliklərlə gəlib çıxdığından xəbəri olmayanların əli ilə ona zülm olunur. Halbuki, dövlətin qorunmasında onların yox, Hüseynin xidmətləri olub”.

Abdullayeva vurğulayıb ki, BMT-nin Əsassız həbslərlə bağlı İşçi Qrupu da qərarında oğlunun Türkiyədə saxlanıb Azərbaycana təhvil verilməsini qanunsuz sayıb, onun təcili azadlığa buraxılması haqda qərar çıxarıb. Amma Azərbaycan hökuməti o qərarı icra etmir.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

2013-cü ildə Abdullayevin müəllifi olduğu “Susma” adlı marş sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

Time TV

Leave a comment

Related Posts