Apr 14, 2021, 1:06 pm
5 Users Online

Ermənilər hər yeri minalayıblar

İndiyədək Azərbaycanın 3000-ə yaxın vətəndaşı minaya düşüb, 525 nəfər həlak olub

“İşğaldan azad edilən ərazilərdə elə yerlər var ki, ermənilər orada hər kvadratmetrdə 10-dan çox mina basdırıblar”. Bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev martın 25-də keçirdiyi mətbuat konfransında deyib .

O qeyd edib ki, məcburi köçkünlərin tez bir zamanda evlərinə qayıtması üçün ilk şərtlərdən biri həmin ərazilərin mümkün qədər qısa vaxtda minalardan təmizlənməsidir.

“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3 000-ə yaxın vətəndaş minaya düşüb: «Onlardan 525 nəfəri həlak olub. Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq.

Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. Müraciətdə deyilir:

— Minalar erməni hərbi birləşmələri tərəfindən daha çox hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ANAMA-nın məlumatlarına görə minalanmış ərazilərdə bəzən 1kv.m ərazidə 10-dan yuxarı mina aşkar edilir. Belə bir həssas dönəmdə bəzi beynəlxalq qurumlar, gizli ölüm saçan mina təhlükəsini deyil.

Time TV

Оставить комментарий

Похожие сообщения