Jun 22, 2021, 5:36 pm
3 Users Online

AZƏRBAYCAN PFİZER ALA BİLMƏYƏCƏK

Çünki COVAX Azərbaycanı siyahıya salmayıb
 
Azərbaycan koronavirusa qarşı ən yazşı vaksinlərdən sayılan Pfizeri almaqdan mərhum olunub. Çünki COVAX Azərbaycanı siyahıya salmayıb.
Qeyd edək ki, COVAX Koronavirusa Qarşı Peyvənd İttifaqı – Epidemiya Qarşı Hazırlıq və İnvestitsiya Koalisiyası (CEPI), UNICEF və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında ortaq platformadır. Ümum Dünya Səhiyyə Təşkilatına bu və ya digər formada köçürmələr, yardımlar etməsinə baxmayaraq, Azərbaycanı COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına salmayıblar. Halbuki Azərbaycan ötən il həmin şirkətin hesabına 21 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. COVAX bu addımı belə əsaslandırır ki, Azərbaycan yanvarın 29-dək vaksinasiyaya başlayıb. Pfizer isə yanvarın 29-dan sonra peyvəndləmə işlərinə başlayan ölkələrə göndərilir.
Hazırda Azərbaycanda yalnız “CoronoVAC” vaksinindən istifadə edilir. Yanvarın 18-dən bu günə kimi ölkədə 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.
TİME TV

Leave a comment

Related Posts