Apr 21, 2021, 5:55 am
9 Users Online

Media rəhbərləri arasında Kürdəmirdə dava

Prezidentin köməkçisi Hikmət Hacıyev araya girib, armudu stəkanlar ortada fırlanıb
 
Time TV-yə Azərbaycanın media cameəsindən daxil olan məlumata görə, bu günlərdə ölkə jurnlaistlərinin işğaldan azad edilmiş Ağdam bölgəsinə səfəri heç də qalmaqalsız ötüşməyib. Hətta bəzi media təşkilatlarının rəhbərləri bir-birlərinə xəsarət də yetirməyə cəhd ediblər.
Belə ki, Azərbaycan Prezidenti Ilham Aliyevin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə Ağdama səfər edən media işçiləri arasında Kürdəmirdə çay süfrəsi arxasında mübahisə yaranıb. Mübhasiə davaya çevrilib. APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızı ilə mübahisə edib. Onu şəxsi həyatı ilə bağlı məlumatları yaymaq da suçlayıb. Qarşılığında Aynur Camalqızı Vüsalə Mahirqızını ağır formada təhqir edib. Onlarla media işçisinin və prezidentin köməkçisinin yanında Vüsalə Mahirqızının təhqirlərə dözməyərək Aynur Camalqızına armudu stəkan atdığı bildirilir. Aynur Camalqızı isə qışqıraraq deyib ki, Vüsalə Mahirqızı onunla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərova danos ötürüb. Məhz buna görə də Kəmaləddin Heydərovdan gələn maliyyə azalıb. Tərəfləri bir-birindən aralamaq üçün Hikmət Hacıyevin cəhdləri yetərli olmayıb, APA Media Qrupun redaktoru Qabil Abbasoğlu araya girib. Bu isə Vüsalə Mahirqızının qəzəbinə səbəb olub. O, Qabil Abbasoğluna “Səni işdən azad etdim” söyləyib. Abbasoğlu isə “Mən özüm işdən istefa verirəm” deyərək APA Media Qrupdan çıxdığını bəyan edib. Münaqişə o həddə çatıb ki, tərəflər bir-birilə Bakıya qədər dava etməsinlər deyə əlavə nəqliyyat vasitəsi çağrılıb. Vüsalə Mahirqızı Bakıya qayıtdıqdan sonra Qabil Abbasoğlunun işdən aprelin 1-dən işdən azad edilməsilə bağlı əmr imzalayıb.
Qeyd edək ki, bu iki qadın media rəhbəri arasında qarşıdurma uzun müddətdir ki, davam edir. Onlar prezidentin sabiq köməkçisi Əli Həsənovun tələbilə iki il öncə barışmışdılar. Görünür indi də bu əziyyəti Hikmət Hacıyev çəkməli olacaq.
Və nəhayət, sonda daxil olan məlumata görə, jurnalistlərin dava saldığı çayxananın sahibi sınmış armudu stəkanların və nəlbəkilərin pulu ofisantın əmək haqqından tutub.
 TİME TV

Leave a comment

Related Posts