Aug 2, 2021, 10:09 pm
4 Users Online

1500 fərariyə cinayət işi açılıb

Ermənistan ordusunda durum gərgindir

Ermənistan Baş İstintaq Komitəsi Qarabağ müharibəsində fərarilik etmiş, əmri yerinə yetirməmiş və çoxsaylı əsgər itkilərinə səbəb olmuş şəxslərlə bağlı 1500 cinayət işi açıb. Ümumilikdə, prosesə 12500 əsgər, zabit və mülki şəxs cəlb olunub. İstintaq zamanı 180 hərbi qulluqçu həbs olunub. 500 mülki şəxs məsuliyyətə cəlb edilib. Hərbi qulluqçulardan 12-si komandir vəzifəsi daşıyanlar, 2-si isə yüksək çinli zabitdir.
İstintaq Komitəsinin məlumatına görə, 44 günlük Qarabağ müharibəsində Ermənistan Ordusu 3300 nəfərdən çox əsgər və zabitini itirib, 9000 nəfərdən çox əsgər və zabiti yaralanıb.

Time TV

Leave a comment

Related Posts