Apr 14, 2021, 2:58 pm
4 Users Online

Məktəblilərin intihar səbəbi məlum deyil

İntihar edənlərdən biri rəssam imiş

Dünən Lökbatanda şəhərində iki məktəbli qız özlərini 9-mərtəbəli binanın damından ataraq intihar edib. Hər ikisi orta məktəblidir və Qobu qəsəbəsində yerləşən məktəbin 11-ci sinif şagirdləridir.

1. 2005-ci il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı

2. 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı

Onlar rəfiqə imişlər. İntiharın səbəbi məlum deyil, polis, prokurorluq araşdırma aparır.

2005-ci il təvəllüdlü Səmədova Əfruz rəssam imiş.

Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev ötən gün intihar edən məktəblilərlə bağlı sosial şəbəkə hesabından paylaşım edib. Nazir bu faciəli hadisədən kədərləndiyini bildirib:
Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!

Time TV

Leave a comment

Related Posts