Oct 21, 2021, 12:13 pm
6 Users Online

DİPLOMATİK QALMAQAL

Ermənistan xanım diplomatı Azərbaycana casusluq da suçlayır
 
Şəkildəki YUNİSEF-in Ermənistandakı nümayəndəsi Marianne Clark-Hattingh-dir. Erməni mətbuatının iddiasına görə, xanım Hattingh vəzifədə olduğu müddətdə Azərbaycan və İngiltərə xüsusi xidmət orqanları üçün casusluq edib. Ancaq onun bu fəaliyyəti sübuta yetirilməyib. Buna baxmayaraq Ermənistan hökuməti onun YUNİSEF-in Ermənistandakı nümayəndəsi kimi vəzifələrini, “mandatının həyata keçirilməsindəki uğursuzluqlar və kooperativ olmayan davranışlar” səbəbindən ləğv edib. Bəzi erməni xəbər agentliklərinə görə, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan İngiltərənin Mİ6, Türkiyənin MİT, İsrailin Mossad kimi kəşfiyyat və xüsusi təyinatlı əməliyyatlar həyata keçirən xüsusi xidmət orqanlarının Ermənistandakı əməkdaşlarının məlumatlarından yararlanıb. 

Leave a comment

Related Posts