Apr 21, 2021, 4:02 am
7 Users Online

İsveçrədə burka və niqab yasaqlandı

İsveçrə İslam Qrupu bunu müsəlmanlar üçün qara gün adlandırdı

İsveçrə Konfederasiyasl müsəlman qadınların geyindikləri burka və ya niqab da daxil olmaqla ictimai yerlərdə üz örtüklərinin qadağan edilməsini referendumla rəsmiləşdirdi.
Rəsmi nəticələrə görə, bazar günü keçirilən referendumda% 51,2 bunun lehinə, 48,8% isə əleyhinə səs verib.

Qeyd edək ki, təklif “Ekstremizmə son verin” kimi şüarlarla təşviqat aparan sağ İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülmüşdü.

Aparıcı İsveçrə İslam qrupu bunun müsəlmanlar üçün “qara bir gün” adlandırıb.

“Bu günkü qərar köhnə yaraları açır, hüquqi bərabərsizlik prinsipini daha da genişləndirir və müsəlman azlıqlara açıq bir təcrid siqnalı verir” deyən Mərkəzi Müsəlmanlar Şurası, məhkəməyə müraciət edərək qərara etiraz edəcəklərini söylədi.

İsveçrə hökuməti qadınların nə geyinəcəklərinə diktə etməyin dövlətin səlahiyyətində olmadığını bildirib.

Time TV

Leave a comment

Related Posts