Apr 14, 2021, 3:04 pm
6 Users Online

Rusiyaya ağır sanksiyalar

ABŞ Rusiyaya qarşı yeni sanksiyalarını elan etdi
Sanksiyalar siyahısına bir sıra yüksək vəzifəli şəxslər və müdafiə sahəsinə aid, o cümlədən kimyəvi-biologi silahlar üzrə ixtisaslaşmış müəssisələr daxildir. Sanksiyalar Aleksey Navalnının həbsinə görədir.
Sanksiya siyahısındakı vəzifəli şəxslər bunlardır:
▪️Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov 
▪️Cəzaların İcrası Federal Xidmətinin rəhbəri Aleksandr Kalaşnikov
▪️Baş prokuror İqor Krasnov
▪️Müdafiə nazirinin müavinləri Pavel Popov və Aleksey Krivoruçko
▪️Kreml Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienko
▪️Kremlin Daxili Siyasət İdarəsinin rəhbəri Andrey Yarin.
Bundan başqa Mərkəzi Kəşfiyyat İdarəsinə və bu idarənin 2 zabitinə də sanksiya tətbiq edilib.
Vəzifəli şəxslərə qarşı sanksiyalar səyahət qadağasını və onların ABŞ yurisdiksiyasındakı aktivlərinə (maliyyə vəsaitləri və mülkləri) həbs qoyulmasını nəzərdə tutur.
Təşkilat və müəssisələrlə bağlı isə bu, onların ABŞ yurisdiksiyasındakı hesablarının dondurulması və onlarla əməkdaşlığın qadağan edilməsindən ibarətdir.
Bunlardan başqa ABŞ hökuməti müvafiq dövlət orqanlarına Rusiyaya kredit verməyi, təcili humanitar yardımlardan başqa hər hansı yardım göndərməyi, müdafiə texnologiyaları satmağı da qadağan edir.
Nəhayət, ABŞ Rusiyanı özünün kimyəvi silahlar proqramını məhv etməyə çağırıb.
TİME TV

Leave a comment

Related Posts