Apr 21, 2021, 5:52 am
8 Users Online

Baş prokurorluq müxalifəti hədələdi

Ermənistanda vəziyyət gərginləşir

Ermənistanın Baş prokurorluğu ölkədəki qayda-qanunu və asayişi təhdid edən istənilən təşəbbüsdən çəkinməyə çağırıb.

Prokurorluğun bir az öncə verdiyi açıqlamada vurğulanır: 

«Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatında yer alan risklər, ictimai və sosial platformalardakı müzakirələr və şərhlər ölkədə sabitliyin pozulması üçün ilkin şərtlər yaratdı. Vəziyyətin mümkün inkişafı dövlətin və xalqın təhlükəsizliyi baxımından gözlənilməz, fəlakətli nəticələrə, habelə hüquq sisteminə və konstitusiya quruluşuna yönəlmiş ən ciddi təhdidlərə gətirib çıxara bilər.

Bununla əlaqədar olaraq, Ermənistan Baş prokurorluğu konstitusiya çərçivəsindən kənara çıxmamağa, məsuliyyətsiz addımlardan çəkinməyə, ölkədəki qanunun aliliyinə təhlükə yaradan hər hansı bir təşəbbüsdən, silahlı qüvvələri daxili proseslərə cəlb etmək cəhdlərindən çəkinməyə çağırır»,- deyə məlumatda qeyd olunub.

Prokurorluq hərbçiləri, eləcə də sıravi vətəndaşları qanunlara tabe olmaq mövqeyi nümayiş etdirməyə səsləyib, hər hansı bir qanunsuz, konstitusiya əleyhinə prosesin həyata keçiriləcəyi təqdirdə, bunu kimin etməsində asılı olmayaraq, həmin şəxslərin qanunla ən sərt şəkildə cəzalanacağına dair xəbərdarlıq edib.

Time TV

Оставить комментарий

Похожие сообщения