Feb 28, 2021, 4:30 pm
3 Users Online

Hollandiyada komendant saatı elan olundu

Saat 21:00-dan sonra icazəsiz çölə çıxanlar cəzalandırılacaqlar

Koronavirus Qərbi Avropanı faktiki olaraq qorxu altında saxlamaqda davam edir. Hökumətlər dəyişkən tədbirlər və sərt basqılarla koronavirusun yayılmasının qarşısını almağa çalışırlar. Bu gün isə konkret olaraq Qərbi Avropanın ən güclü iqtisadiyyata və sistemə malik dövlətlərindən biri olan Niderland Krallığında rəsmi olaraq komendant saatının elan olunmasına qərar verilib. 22 yanvar 2021-ci ildən bütün ölkə ərazisində komendant saatı elan olunacaq.

21 yanvarda ölkə parlamentində aparılan müzakirələrdə səs çoxluğu ilə komendant saatının qəbulu razılaşdırılıb. 22 yanvardan axşam saat 21:00-dan etibarən icazə sənədi olmayan şəxslər çölə çıxa bilməyəcəklər. Komendant saatı səhər 4:30-da bitir.

Parlamentin Aşağı Palatasında hökumət partiyalarının əksəriyyəti D66, VVD, CDA və ChristenUnie və müxalifət partiyaları SP və 50Plus komendant saatının bir az gec təyin elunmasını istəsələr də, buna razılıq verilməyib. İstefa vermiş və hazırda hökumət başçısını müvəqqəti əvəzləyən baş nazir Mark Rutte deyib ki, “biraz sonra”, ancaq 21.00-dan gec olmayaraq mümkündür. 21:00-dan o tərəfə icazəsiz çöldə qalmaq qadağandır. Müzakirələrdə PVV, Demokratiya və Denk, Demokratiya üçün Forum partiyaları komendant saatının tətbiqinə qarşı çıxıblar. Lakin sonradan D66 Partiyası qərarı dəstəkləmək qərarı verib.

Time TV

Leave a comment

Related Posts