Feb 28, 2021, 3:52 pm
4 Users Online

Bakı dirçəlib, növbə Qarabağındır

Millət vəkili Vahid Əhmədov: Bütün gücümüzü Qarabağın dirçəldilməsinə yönəltməliyik”
Son zamanlar Azərbaycan hökumətinin dəbdəbəli binalar tikmək üçün büdcədən külli miqdarda pul ayırması, azsaylı vicdanlı millət vəkillərini də dilə gətirib. Buna etiraz edən millət vəkili Vahid Əhmədov bunları deyib:
 
– Heydər Əliyev prospekti boyunca yeni və əzəmətli binalar ucaldılıb. Bu binların ərsəyə gəlməsinə çox böyük həcmdə vəsaitlər sərf edilir. SOCAR-ın binasından başlamış prospekt boyunca yeni binalar bir-birini əvəzləyir. Azərbaycanın inkişaf etməsi, müasirləşməsi hamımızın arzusudur. Amma indiki məqamda biz bütün gücümüzü işğaldan azad edilmiş ərazilərimizə yönləndirməliyik. Nəzərə almaq lazımdır ki, Qarabağda infrastruktur sıfırdan yaradılacaq, bunun üçün isə böyük vəsait sərf olunmalıdır. Ən azı 4-5 il lazımdır ki, bu ərazilər yaşayış üçün lazımi vəziyyətə gətirilsin.
Bizim ehtiyaclı şəhid ailələrimiz, qazilərimiz, dirçəlişini gözləyən Qarabağımız var. Bu məsələlər həll ediləndən sonra binlar yenə də tikilsin. Bu binalar ya dövlət büdcəsi hesabına, yaxud da kreditlər hesabına tikilir. Amma istənilən halda həmin vəsait Azərbaycanındır, dəxli yoxdur büdcədən ayrılır, yaxud kreditlə həyata keçirilir. Məsləhət görərdim ki, bahalı inzibati binların tikintisi üçün nəzərdə tutulmuş pulları məhz işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldək. İnfrastruktur qurulmalı, yollar çəkilməli, evlər tikilməlidir. Qarabağın yenidən qurulması elə bir səviyyədə reallaşdırılmalıdır ki, Vətən müharibəsindəki qələbənin davamı olsun. Biz Qarabağı dirçəltməklə qələbəmizi tamamlamalıyıq.
Time TV

Leave a comment

Related Posts