Feb 28, 2021, 4:15 pm
5 Users Online

Hondurasdan ABŞ-a miqrant yürüşü

Minlərlə miqrant aclıq və səfalətdən ABŞ-a qaçırlar

Əsasən honduraslılardan ibarət minlərlə insan karvan halında ABŞ-a Qvatemaladan piyada gedirlər. Minlərlə miqrantdan ibarət olan qrup ölkələrindəki şiddətdən və korona pandemiyasının gətirdiyi iqtisadi böhrandan qaçırlar.

Dünən 6.000 miqrant Honduras və Qvatemala arasındakı sərhədi keçdi. Bu gün 1500 – 2000 miqrant əlavə olunub. Bidenin sələfi Trampdan daha insani olacağı söylənildiyinə görə, ABŞ-ın onları qəbul edəcəyinə ümid edirlər.

Amma ona qədər onları uzun yol gözləyir. Quatemaladan sonra ABŞ-la sərhədə çatmaq üçün Meksikanı keçib getməlidirlər.

Qeyd edək ki, Trampın prezidentliyinin ilk illərində Honduras, El Salvador və Nikaraquadan olan miqrantların sayı daha çox idi. Tramp onları dayandırmaq üçün Meksika ilə sərhədə minlərlə əsgər göndərdi.

Həm də sərhəd boyunca bir divar tikməyə başladı. Yüzlərlə kilometr uzunluğunda olan divarın tikintisi hələ bitməyib. Divar tikintisilə miqrantların sayı azaldı, amma qarşısı alına bilmədi.

Time TV

Leave a comment

Related Posts