Jan 16, 2021, 11:31 pm
5 Users Online

Putin Dağlıq Qarabağa status vəd edir

O, İlham Əliyevin dediyinin əksinə olaraq, status-kvonun qaldığını bildirib

Bu gün ənənəvi illik mətbuat konfransı keçirən Rusiya Federasiyası prezidenti Vladimir Putin Qarabağla bağlı açıqlama verib və açıq şəkildə seperatçılara statuslu gələcək vəd edib. O, deyib:

– Müharibədə kənardan müdaxilə olduğu barədə deyilənləri düzgün saymıram. Çünki gərginlik illərdir davam edirdi. Situasiya nəzarətdən çıxdı. Bu gərginlik bir çox illər ərzində davam edirdi. Hesab etmirəm ki, müharibə kənardan hansısa müdaxilə ilə başladı. Dəfələrlə atışmalar, xırda toqquşmalar olmuşdu. Sonda bütün bunlar münaqişəyə gətirib çıxardı. Rusiyanın mövqeyi həmişə bundan ibarət idi ki, hər hansı qan axıdılmasına yol vermədən tərəflər razılaşmaya gəlməlidir. Rusiya həmişə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun Azərbaycana qaytarılmalı olduğunu bildirib. Bundan əlavə, regionda status-kvo qeydə alınmalıydı. Türkiyənin mövqeyi isə Azərbaycanın haqq işinin müdafiəsinə əsaslanır. Ankara ərazilərin Bakıya qaytarılmasında israr edirdi. Ermənistan Qarabağı tanımadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu Azərbaycan ərazisidir.
Münaqişə tərəfləri üçtərəfli razılaşma əldə olunan andakı mövqelərində qalmalıdır. Qarabağın hazırkı statusu dəyişməz qalmalıdır və gələcəkdə həll olunacaq. Biz ümid edirik ki, beynəlxalq müşahidəçilər də işə qoşulacaqlar, çünki təkcə Rusiya bunu etməli və humanitar yardımları göndərməli deyil.

Time TV
Bizi telegramda da izləyin: t.me/timetv2020

İnstagram: timetvazerbaijan

 

Leave a comment

Related Posts