Jan 16, 2021, 11:33 pm
5 Users Online

Tehran Mənsimov hansı əmrə tabe olmayıb?

Əfsanəvi polkovnik əmrə tabe olmadığı üçün istefaya göndərildi
Hərbi mənbələrdən verilən məlumata görə, Naxçıvan Əlahiddə Alayının komandiri, polkovnik, 2-ci Qarabağ müharibəsinin tanınmış qəhrəmanı Tehran Mənsimov təqaüdə göndərilib.
Qeyd edək ki, hələ mükafatlandırılmayıb. Bu da ictimai marağa səbəb olub.
Time TV-yə sızan məlumatlara görə, bunun üçün bir neçə səbəb göstərilib:
1. Cəbhə bölgəsində çəkilmiş videolar;
2. Nəcməddin Sadıqovla vaxtilə yaxın olması (Sonra Kərəm Mustafayevlə, Məhərrəm Əliyevlə dostluğu yaranıb);
3. Şuşa alınandan sonra əmrə tabe olmayıb Xankəndinə daxil olması və sonra geri çəkilmək istəməməsi. Məhz istefaya göndərildiyi əmrdə də əmrə tabe olmamaq qeyd olunub.
Tehran Mənsimovun isə “Vətən sağ olsun” dediyi bildirilir. 
Bizi telegramda da izləyin: t.me/timetv2020
İnstagram: timetvazerbaijan
Time TV

Оставить комментарий

Похожие сообщения