Qazaxıstan XİN-i: Millət vəkili Nikonovun açıqlamaları münasibətlərə xələl gətirir
Vahid Rusiya siyasi partiyasının XVI qurultayında Rusiya Dumasının deputatı Vyaçeslav Nikonovun Qazaxstanın ərazisinin bir hissəsini Rusiyadan «hədiyyə olaraq» aldığını deməsi Qazaxstanda ciddi narahatlığa səbəb olub. Bu səbəbdən Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Alexander Komarovu XİN-ə dəvət edilib. Ona bildirilib ki, bu cür «təxribat hücumlar» Rusiya və Qazaxıstan arasındakı müttəfiqlik münasibətlərinə ciddi ziyan vurur. XİN-in diplomata təqdim etdiyi NOTA-da deyilir:
—Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya tərəfinin bu cür açıqlamaların adekvat qiymətləndirməsini gözləyir və Rusiya Federasiyası dövlət adamlarından bu tip ifadələrin bir daha söylənməməsi üçün tədbirlər görülməsini tələb edir.
Time TV