Jan 21, 2021, 8:21 am
4 Users Online

Ohanyan necə Azərbaycan ordusunun əlindən xilas olub?

Ermənistanın keçmiş müdafiə naziri və Xocalı terroruna rəhbərlik edənlərdən olan Seyran Ohanyan armnews saytına verdiyi müsahibədə Şuşanın işğaldan azad olunduğu vaxt şəhərdə olduğunu deyib:
— Mən Şuşanın müdafiəsi əməliyyatına rəhbərlik etməmişəm. Oraya öz təşəbbüsümlə getmişəm və Artsax (Qarabağ) müdafiə ordusunun komandanlığı ilə əlaqəm yox idi. Şuşada özünümüdafiə dəstəsi formalaşdırmağa kömək etdim, biz 16 nəfər idik. Mən onların hamısından yaşlı idim. Noyabrın 5-də biz üç tərəfdən mühasirəyə alınmışdıq. 10 saat mühasirədə qaldıq. İki keçmiş köməkçim Sergey Ayrapetov və Vage Sirunyan qəhrəmanlıq göstərərək həlak oldular və onların taktikası sayəsində biz mühasirədən çıxa bildik. Mənim qaçdığım haqqında deyilənlər yalandı. Çünki ayağımın biri protezdi və yaşlıyam. Əsgərlər mənə dəfələrlə şəhərdən çıxarmağı təklif elədilər. Lakin mən qalmağa qərar verdim. Sonra düşmən mənim olduğum komanda məntəqəsini aşkarladı. Qərara alındı ki, oranı tərk edək və noyabrın 6-da səhər saatlarında biz Şuşadan çıxdıq. Şəhərin satqınlıq nəticəsində işğal olunduğu barədə deyilənlər doğru deyil. Azərbaycan ordusunun üstünlüyü sayəsində şəhər nəzarətimizdən çıxdı. Azərbaycanlılar ətraf meşəliklərdən istifadə edərək şəhərin yanından keçmişdilər, döyüşlər bundan sonra da davam edirdi, qarşı tərəfin üstünlüyü həlledici oldu.
Qeyd edək ki, Seyran Ohanyan Rusiyanın 366-cı alayın zabiti kimi Xocalı qətliamında iştirak edib, 1992-ci ildə Şuşanın işğal edən birliklərdən birinin rəhbəri olub. 
Bizi telegramda da izləyin: t.me/timetv2020
Time TV

Оставить комментарий

Похожие сообщения