Jan 21, 2021, 7:53 am
4 Users Online

Mübariz Mənsimovun məhkəməsi keçirilib

Son qərar 13 yanvarda verilə bilər 

Bu gün İstanbulda iş adamı, Palmali Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsimovun məhkəmə prosesi ifadələrilə davam edib. Məhkəmədə tanınmış sənətçi Mahsum Kırmızıgül də ifadə verib. O, deyib:
Mübariz bəylə biz uzun zamandır ailə dostuyuq. Bu ittihamları eşidəndə çox təcübləndim. Uzun zaman yanında olmuşam və heç bir zaman o insanlarla əlaqəsinin olduğunu görməmişəm. Mübariz Mənsimov iş adamıdır, xaricdən pul qazanıb bu ölkəyə yatırımlar edirdi. Çox xeyirsevər insandır və mən bu xeyriyə işlərinin də şahidi olmuşam.
Sənətçidən sonra ifadə verən iş adamı Hakan Kalkavan məhkəmə heyəti arasında müzakirə belə davam edib: 
Sual:
Siz İhsan Kalkavanın həm də qohumusuz. Mübariz Mənsimovun İhsan Kalkavanla nə əlaqəsi var?
Cavab:
Mən Mübariz Mənsimovu yaxından tanıyıram və İhsan Kalkavanla iş əlaqəsi var idi. 11-12 gəmi inşa etdirmişdi ona. Ticari əlaqələrinin olduğunu bilirəm. Çox zaman yanında olmuşam ucuşlarda da, Beşiktaş matclarına bərabər gedərdik. Mən bir dəfə də olsun onun yanındaykən FETO ilə bağlı hec nə eşitmədim. Bir bağının olduğunu inanmıram və ehtimal vermirəm.
**
İş adamı Mehmet Demir hakimin “İddia edilir ki, Mübariz Mənsimova Amerikada pijamma verilib və Mübariz Mənsimov bu pijamanı təyyarədə göstərib. Siz də o gün təyyarədə olmusuz. Bu doğrudurmu?” sualına “Xeyr. Yalan, elə bir şey olmayıb” deyə cavab verib.
.

Audit Turhan Cemal Finans da hakimin suallarını cavablandırıb: 
Hakim:
Rostovda bir yemək zamanı Mübariz Mənsimov “Erdoğan gidecek FETÖ gelecek” kimi ifadələr səsləndirib. Siz də o yeməkdəydiz.
T.C.F:
Rostovdaki Palmalinin yıl sonu kapanış ve deyerlendirmesini etmək ücün getmişdik. Mübariz beyle 1 gün önce getdik görüşmələr etdik. Denetlemecilerle orda olduq. 4-5 adamla gəldik. Yeməyə 15-20 dəqiqə sonra gəldik. İncə uzun bir masa idi. Mübariz bəy ilə yaxın məsafədə mənimlə tam caprazıma oturduğu üçün dediklərini tam açıq şəkildə eşidirdim. Kəsinliklə nə yaxından, nə də uzaqdan bu haqda hec nə eşitmədim. Masanın yarısı rus idi və başqa mövzular danışılırdı. 2 metrə yaxınlıqda idim, bu mövzu hec keçmədi.
Hakim:
Siz bir finansçı audit olaraq denetləmə zamanı Fetö dərnəklərikə finans yardımı kimi hallara rast gəldinizmi?
T.C.F: Yox mən bir finanscı kimi nə Palmali, nə də Mübariz Mənsimovun bu işlərin icində olduğunu kəsinliklə görmədim.

2013-2016 Palmalidə güvənlik müdürü vəzifəsində çalışan Yusuf Yüksel də ifadə verib.  
Hakim:
Fetö-nun Rusiya imamı sayılan Ahmet Hamdi Vuralı tanıyırsızmı, onu şirkətdə gördünüzmü?
Y.Yuksel:
Hamdi Vural deyilən o adamı 3 ildə 2 dəfə gördüm. Və bir dəfə evinə gəlmək istəyib. Mübariz Mənsimov onu evinə qəbul etməmişdi.
İfadələr bitdikdən sonra Mübariz Mənsimova söz verilib.
Sayın Başkan, olanları görürsüz, eşitdiniz. Mənim Fetö deyilən şərəfsizlə əlaqəm olmadı, tam əksinə onlar mənimlə mübarizə apardı. Sağlığım yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm, deyilənlər böhtandır. Mən bir Türk milliyətcisi, Atatürk sevdalısıyam nə işim ola bilər Fetöyla. Mən şiyəyəm. Bizdə imam felan olmaz. Tamamiylə yalandır bunlar. Mən bütün sənədləri, bilgisayarımı, telefonlarımı öz əlimlə məhkəməyə təqdim etdim. Mən 10 ildir eyni telefon işlədirəm. O şərəfsizlərlə yaxından uzaqdan hec bir əlaqəm olmadı. Mən bu məhkəmədə hec bir dəlil görmədim, sadəcə oyun gördüm. Sizdən xahiş edirəm hüququ doğru tərəfə istifadə edin.
Mübariz Mənsimov son sözü söylədikdən sonra hakim son qərarı vermək üçün məhkəməni 13 yanvar 2021-ci il tarixədək təxirə salınıb.
Time TV

Leave a comment

Related Posts