Jan 21, 2021, 7:48 am
4 Users Online

Şəhidlərin vahid siyahısı

Müdafiə Nazirliyi 44 günlük ikinci Qarabağ müharibəsində şəhid olmuş hərbçilərin adlarını açıqlayıb

Müdafiə Nazirliyinin bildirib ki, 44 günlük müharibədə Azərbaycanın 2 783 nəfər hərbçisi şəhid olub. 3 dekabr 2020-ci il tarixli məlumata görə, həlak olanlardan 2 723 şəhidimiz dəfn edilib. Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. Şəhid olanlardan 3-ü polkovnik, 23-ü polkovnik-leytenant, 49-u mayor, 54-ü kapitan, 103-ü baş-leytenant, 147-i leytenant, 5-i kiçik-leytenant, 267-i gizir, 696-ı MAXE, 1241-i əsgər, 7-i miçmandır. 

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Şəhidlərin tam siyahısı aşağıdakı linkdədir:

https://mod.gov.az//images/pdf/5082d8a9b46b498271fb2acaf4b72bec.pdf

Time TV

Leave a comment

Related Posts