Jan 21, 2021, 8:05 am
4 Users Online

Azərbaycan nazirinin taxtadan baş daşı

Tofiq Qasımovun məzarı baxımsız qalıb

Gördüyünüz müstəqil Azərbaycanın ikinci xarici işlər naziri Tofiq Qasımovun qürbətdəki məzarıdır. Yadımdadır, bu ilin əvvəlində onun məzarını tapa bilmirdilər. İndi tapılıb, baş daşı əvəzi bir taxta parçası sancılıb. Torpaq qatı da, iki-üç aya itəcək. Bəlkə elə o taxta parçası da küləklə uçub gedəcək…
Millətim adına isə, utanıram… Ona görə ki, Tofiq bəyin bu gün Qarabağın işğalına dair ən mötəbər sayılacaq BMT-nin 4 qətnaməsinin çıxarılmasında müstəsna rolu olub. Azərbaycan dövləti onun qəbri düzəltdirə, baş daşı qoydura bilərdi. İllərdir şəkərbura-paxlava festivallarına pul xərcləyən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi – cənab Fuad Muradov, axı bu iş sizin üçün 2×2-dir. Necə olur ki, İsveçdə 10 azərbaycanlının iştirakı ilə bir aksiyaya Komitənin Fondundan 15 min avro ayırırsınız, bu gün Qarabağ məsələsində beynəlxalq hüquqla dilimizin uzun olmasına səbəb olan bu kişiyə bir məzar daşı qoydura bilmirsiniz ?

Müsavatçı İsa Səməd bəy və dostları bu yaxınlarda Tofiq bəyin məzarını ziyarət ediblər. Onlara təşəkkür edirəm! İsveçrədə yaşayan azərbaycanlılardan da xahiş edirəm, bir nəfərin təşkilatçılığı ilə Tofiq bəyin məzarının üstünü götüzdürək. Bu adam erməni bir nazir olsaydı, erməni diasporası onun qəbirüstü abidəsini ucaldardı. Çox heyif!

Fərahim İlqaroğlu Qasımov

 

Leave a comment

Related Posts