Jan 21, 2021, 9:13 am
6 Users Online

Tək övladları cəbhəyə göndərənlər cəzalandırılacaqmı?

İmkanlıların övladlarını müharibədədən saxlayıb kasıb ailələrin tək övladlarını savaşa göndərənlər cəzalandırılmalıdır 

İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması uğrunda savaşda şəhid olmuş Kürdəmirin Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun anası şəhid oğlu üçün dövlət tərəfindən verilən 10 min manat məbləğində birdəfəlik yardımı Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

Evin tək oğlu olan 19 yaşlı Məlik Zülfüqarov Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb. Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla Şəhid olub. Anaya təşəkkürlər, var olsun Vətən sevgisinə görə. Amma Time TV olaraq bizi bir sual düşündürür: Evin, ailənin tək oğluni müharibəyə göndərən səlahiyyətli şəxslər cəzalandırılacaqmı? Axı onlarla belə faktlar var. Ölkə rəhbərliyi vəzifəli və imkanlı şəxslərin övladlarını müharibədən saxlayıb kasıb ailələrin tək övladlarını qanunu pozaraq cəbhəyə göndərənləri cəzalandırmaq barədə ümumiyyətlə düşünürmü?

Time TV

Leave a comment

Related Posts