Apr 14, 2021, 2:23 pm
6 Users Online

Türkiyə “Krım Ukraynanındır” deyir

Türkiyə Rusiyanın ilhaq etdiyi Krım yarımadasının Ukraynaya dönməsini dəstəkləməyə hazırdır

Bu barədə çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib. Bəyanat ənənəvi tərəfdaş olan, lakin son zamanlar Dağlıq Qarabağ, Suriya münaqişəsi və Liviyanın vətəndaş müharibəsi ilə bağlı fikir ayrılığı yaranan Moskva ilə Ankara arasında onsuz da narahat olan münasibətlər fonunda səsləndirilib.

Qeyd edək ki, oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 2014-cü ildə Krımın ilhaqını tanımadığını və “Ukraynanın bir hissəsi” olaraq dəstəkləməyə davam edəcəyini söylədi.

Çavuşoğlu “Xüsusilə hərbi əməkdaşlıq və müdafiə sənayesi sahələrində əlaqələrimizi gücləndirməyə davam edəcəyik” deyərək Ukraynanın beynəlxalq ictimaiyyətin diqqətini Krımı Kiyevə qaytarmağa yönəlmiş elan etdiyi təşəbbüsə də toxunub. Çavuşoğlu “Krım Platforması təşəbbüsünü alqışlayırıq” deyib.

Məlumat üçün bildirək ki, Çavuşoğlunun bu açıqlaması ukraynalı həmkarı Dmitri Kuleba ilə dostluq görüşündən bir müddət sonra verildi. Gələn ilin may ayında keçiriləcək İlk Krım Platforması Sammitdə Türkiyə, Fransa, Almaniya, İngiltərə və ABŞ-ın iştirakı gözlənilir. 

Time TV

Leave a comment

Related Posts