Apr 14, 2021, 3:03 pm
5 Users Online

Rusiya koronavirusa qarşı vaksin tapdığını deyir

Amma Qazaxstandan başqa heç kəs Rusiyanın vaksininə inanmır 

The Moscow Times qəzeti məlumat verir ki, 4 dekabrda Rusiyada 27.403 şəxsdə koronavirus aşkarlanıb və 569 şəxsin virusdan öldüyü təsdiqlənib. Rusiya Federasiyası Səhiyyə Nazirliyi isə artıq koronavirusa qarşı Sputnik V vaksini tapdığını bildirib. Artıq peyvənd üçün növbə də müəyyənləşməkdədir. Moskvada ilk olaraq paytaxtın müəllimlərini, həkimlərini, sosial işçilərini əhatə edəcək və şənbə günündən başlayan peyvənd növbəsinə saatda 1000 nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bunu Moskva meri Sergey Sobyanin açıqlayıb.
Rusiya ilə yanaşı, Qazaxıstan da Rusiyanın Sputnik V koronavirus peyvəndi istehsalına 22 dekabrdan başlayacaq. Bu barədə cümə günü ölkə prezidenti Kassım-Jomart Tokayev bildirib. Amma digər dövlətlər Rusiyanən vaksininə şübhə ilə yanaşırlar və bunun piar olduğunu deyirlər.

Məsələn, Ukrayna şübhəli təsirinə görə Rusiyanın koronavirus peyvəndini almayacaq. Bu barədə Ukraynanın səhiyyə naziri Maksım Stepanov cümə axşamı “Ukrayna 24” telekanalına bildirib. “Rus peyvəndinə gəlincə, dəfələrlə demişəm ki, bu yoxdur” söyləyib və deyib ki, “Müzakirə etməyin bir mənası yoxdur, çünki hələ ən vacib mərhələdən – üçüncü sınaqdan keçməmiş bir peyvəndi ictimaiyyətə vaksin kimi təqdim edirlər”. 

Time TV

Leave a comment

Related Posts