Jan 28, 2021, 2:02 pm
4 Users Online

Ermənilər udinləri Xudavəngdən qovmaq istəyiblər

Erməni terrorçular keşiş geyimində Xudavəngi tərk etmirlər, Rusiya sülhməramlıları isə onları qoruyur

Bu gün Azərbaycanın Alban-udi xristian icmasının nümayəndələri Kəlbəcərdə səfərdə olublar. Onlar səfər çərçivəsində Xudavəng monastr kompleksini də ziyarət ediblər. Ziyarət zamanı monastrda erməni keşişlərin (Oxu- terrorçularının) də olduğu məlum olub. Onların burada ibadətlərini yerinə yetirmək üçün müraciət etdikləri və buna Rusiya sülhməramlılarının icazə verdiyi müəyyənləşib. Alban-udi xristian icmasının nümayəndələri ibadət etmək istəyərkən erməni keşişlərlə aralarında mübahisə yaranıb. Ermənilər hətta udinlərə ibadət zamanı çəkilişə belə icazə verməyiblər. Bu halda sual yaranır ki, Azərbaycanın tarixi abidəsi olan bu kompleksdə ölkənin suverenliyi nə zaman bərpa olunacaq?

Time TV

Leave a comment

Related Posts