Jan 16, 2021, 11:02 pm
4 Users Online

Azərbaycan Fransaya NOTA verdi

Fransanın Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağrılıb

Bununla bağlı nediaya Azərbaycan Xarici İşlər Nazirliyindən informasiya verilib. Xəbərdə qeyd olunur ki, Fransanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb. Nazirlikdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib. 

 

Time TV

Leave a comment

Related Posts