Jan 21, 2021, 7:45 am
3 Users Online

Laçında 200 erməni və bir neçə çoxuşaqlı ailə qalıb

Ruslar özlərinə xidmətçi saxlayırlar

Dekabrın 1-i ermənilər işğal altındakı Laçın rayonunu tam tərk etməli idilər. Lakin görünür, bunu reallaşdırmaq elə də asan olmayacaq. Çünki rəsmi olaraq 200-dən çox erməni Laçında qalıb. Bu barədə erməni jurnalist Arman Qəribyanın Laçından Ermənistanın lragir.am. saytına verdiyi məlumatda bildirilir. Erməni jurnalist deyib: 

– Dünən administrasiyanın başçısı mənə demişdi ki, insanlar qalır, amma bu gün o, artıq yerindədir, kəndlərə gedir ki, insanların onları tərk etdiklərinə əmin olsun. Mən administrasiya aparatının başçısı David Davtyanla görüşdüm, dedi ki, dünən onların naziri burada olub və deyib ki, həmin kəndlərin üçü ermənilərin nəzarəti altında qalır. Amma bu gün səhər onlara həmin nazirlikdən zəng edib deyiblər ki, saat 18:00-dək əhali kəndləri tərk etməlidir. Laçında yalnız 200 nəfər xidmətçi-işçi kimi qala bilər. Bu insanların siyahısını Rusiya sülhməramlıları verib ki, onlar üçün buraxılış yazsınlar. Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar. Zabuxda evə qayıtmaq ümidi ilə evləri yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq. Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır.

Time TV

Leave a comment

Related Posts