Jan 28, 2021, 1:49 pm
7 Users Online

Putin niyə maska taxmır?

Kremlin sözçüsü sirri açdı: Rusiya prezidenti ilə görüşənlər öncədən xüsusi yoxlamadan keçir, analizlər verirlər 

Koronavirusun yayğın olduğu bu aylarda Rusiya prezidenti öncələr az qala bunkerdən ölkəni idarə etsə də, son günlər o, tədbir və görüşlərə maskasız gedir. İnsanlarla əl verib görüşür. Bu isə sual yaradır ki, Putin virusdan artıq niyə qorxmur? 

Bu suala Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib. O deyib ki, Putinlə görüşən insanlardan əvvəlcə analiz alınır, gigiyenik işlər həyata keçirilir və sonra görüşə icazə verilir. İctimaiyyət arasında söz-söhbətə səbəb olan son səfər – 26 noyabrda Sarov səfəri zamanı ilə insanlarla görüşü zamanı da bu proseslər reallaşıb. Kremlin sözçüsü deyir ki, Putinlə görüşən hər bir adam mütləq bu prosedurdan keçməlidir.

Time TV

Leave a comment

Related Posts