Jan 16, 2021, 11:27 pm
7 Users Online

Minasyan: Bu, bizim kosmik faciəmizdir!

Serj Sarkisyanın kürəkəni erməni xalqını unutqalıq da və faciənin miqyasını anlamamaq da suçlayıb 
2-ci Qarabağ müharibəsindəki məğlubiyyət erməni siyasilərin müxtəlif mövqelərdən şərh etməsinə səbəb olub. Onlardan biri – Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni və siyasi varisi, adıçəkilən ölkənin Vatikandakı keçmiş səfiri Mikael Manisyan baş nazir Nikol Paşinyanı və erməni xalqını Qarabağda ölən minlərlə əsgərə qarşı hörmətsizlikdə ittiham edərək maraqlı açıqlama verib. O, deyib: 

— Dünya anladı ki, biz döyülə, öldürülə bilərik və bir erməni bunu tez unuda, heç bir şey olmamış kimi davranaraq yaşamağa davam edə bilər. Məlum üçtərəfli sənədin imzalanmasından sonra 21 gün ərzində hər kəs öz işi ilə məşğul oldu. Nikol əsirlərlə məşğul olmalı idi. O, xalqa yalan söylədi və daha 21 gün hakimiyyəti əlində saxladı. Bu gün Ermənistanda daha alçaldıcı və qeyri-adi bir fenomen var. Öldürülən və itkin düşənlərin yaxınlarından başqa heç kim yas tutmur. Milli yas yoxdur. Matəm günü elan edilmədi. Minlərlə “qəhrəman” öldürüldü, yüzlərlə əsgər itkin düşdü, əsir düşdü və hələ də əsirlikdədir, minlərlə oğlanımız əlil oldu. Erməni xalqı qələbədən, məzarlarından və kilsələrdən uzaq qaldı. Bu bir adi fəlakət deyil, kosmik miqyasda faciəmizdir. Sonradan ictimai tələb olmadığı zaman niyə elan edəsiniz ki? Nikol yas tutmur. Biz niyə yas tutmuruq? Paşinyan hər şeyin tez unudulmasını istəyir. Bəs ölkə? Ölkədə “Cümə” endirimləri marafonu var, restoranlar və mağazalar işləyir. Bayrağımız heç bir yerdə endirilməyib. Ermənistanın heç bir səfirliyində yas kitabı açılmayıb. Bilirsiniz niyə? Yas tutmaq üçün əvvəlcə nə baş verdiyini anlamaq lazımdır. Baş nazir bunu anlamır. Çünki bu onun üçün siyasi mübarizədir. O dəlidir və faciəmizi başa düşə bilməz. Bəs ölkədə hər kəs Nikoldurmu? Hələ heç kim faciənin dərinliyini tam anlamayıb. Hökumət, prezident, parlament yas saxlamalı idi. Bu qurumlar mövcud deyil. Dövlət yoxdur. Yəni, heç olmasa sadə insanlar bunu etməlidirlər. 2018-ci ilin aprelində xalq bayraqlarla küçələrə çıxdı, qələbə barədə ucadan qışqırdı, hakimiyyət dəyişikliyini milli tətilə çevirdi. Eyni üslubda yas tutmaq üçün həmrəy olun. Bütün Ermənistan üç gün, bir həftə və ya bir ay lent bağlamalıdır. Bu gün yas tutmaq istəmədiyiniz aydındır. Bu, hər kəsin məsuliyyəti deməkdir.

Time TV

Leave a comment

Related Posts