Jan 21, 2021, 8:51 am
5 Users Online

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı

Regionda Qərbin yeganə müttəfiqi Türkiyədir

ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodges Brüsselldə yerləşən Euobserver saytında çox maraqlı yazı ilə çıxış edib.
General məqaləni Qarabağa Rusiya sülhməramlılarının daxil olması və bununla bağlı yaranmış vəziyyətə həsr edib.
ABŞ generalının bu məqalədə diqqəti cəlb edən iki fikri var

– Rusiyanın regionda xüsusi fəallıq etdiyi bu dövrdə Türkiyə və Azərbaycana ABŞ və NATO ciddi dəstək verməlidir.
Məqalədə diqqəti cəlb edən çox mühüm bir mesaj da var.
Hodges yazır ki, regionda yalnız Azərbaycan ərazisində Rusiya hərbçiləri yox idi. Qərbin prosesə seyrçi qalması nəticəsində Rusiya bu ölkəyə də hərbi qüvvələrini yeritdi. General açıq şəkildə bildirir ki, yaşadığımız əsr boyunca bu regionda təhlükəsizliyin təmin edilməsində Qərbin seçim edə biləcəyi yeganə ölkə Türkiyə olduğundan ABŞ və NATO bu ölkəyə hər cür dəstək verməlidir.
ABŞ generalı onu da qeyd edir ki,Qarabağ problemi Azərbaycanın suveren hüquqları çərçivəsində həll edilməlidir. 

Time TV

Leave a comment

Related Posts