Jan 28, 2021, 2:37 pm
6 Users Online

Azərbaycanın adsız və əfsanəvi qəhrəmanları

Onları tarix unutmayacaq

2- ci Qarabağ savaşının adsız qəhrəmanları var. Necə deyərlər Azərbaycanın canlı əfsanələri! Onlar Qarabağı, xüsusilə Şuşanı işğaldan azad edən döyüşçülərdi ! Xüsusi Təyinatlı Qüvvələrin əsgər-zabit heyəti və təbii ki, komandan, general – leytenant Hikmət Mirzəyev! Onlar düşmənin qorxulu yuxusuna çevrilmişdilər! Azərbaycanın görən gözü, bükülməz qolu, yorulmaz biləyi və vuran əli !
Bu adamların və xüsusilə komandanın əvvəlki xidmətləri haqqında danışmağa aylar, illər lazımdı . Onlar komandanları ilə birlikdə Daşaltını, Şuşanı əlbəyaxa döyüşlərlə alanlardır. Komandan Hikmət Mirzəyev və heyətinin cəbhə boyu gecə ilə kəşfiyyat əməliyyatları zamanı etdikləri sadəcə heyrətamizdir . Bıçaq, süngü, tapança və müxtəlif soyuq silahlarla yüzlərlə, minlərlə düşməni dağlara , meşələrə səpələyən qəhrəmanlar!

Bu yazdıqlarımız filmdə yox, gerçək həyatda baş verib. Təəsüüf ki, Azərbaycan televiziyaları bu real səhnələri çəkmək, filmləşdirmək də çox acizlik etdilər. Yarada, yararlana bilmədilər. Kaş bir azca onlar özlərində cəsarət tapıb olanları çəkərdilər və bütün dünya onu görəydi.
Doğrudur, komandan və savaşçılarının reklamdan, foto – video çəkdirməkdən xoşları gəlmir . Amma olayların canlı şahidləri var. Onlar Azərbaycanın şəksiz qəhrəmanlarıdırlar.
Var ol komandan Hikmət Paşa!
Var olun Azərbaycan oğulları!
Şəhid və qazilərimiz Sizləri bu xalq heç zaman unutmayacaq!

Dərin ehtiramla

Timetv.live

Leave a comment

Related Posts