Apr 21, 2021, 4:18 am
6 Users Online

Anti-Rusiyaçı ABŞ-ın dövlət katibi olacaq

Dövlət Katibi olması gözlənilən Tony Blinken Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır 

Con Baydenin (Joe Biden) ABŞ prezidenti seçilməsindən sonra onun yeni komandasının üzvlərinin kimlərdən ibarət olacağı diqqət mərkəzindədir. Bu gün açıqlanan məlumata görə, Dövlət Katibi postuna anti-Rusiya mövqeyi ilə tanınan Tony Blinken təyin olunacaq. Tony Blinken (Antony John Blinken) 16 aprel 1962-ci il təvəllüdlüdür. O, 2015-2017-ci illərdə Amerika Birləşmiş Ştatlarının dövlət katibinin müavini və 2013-2015-ci illərdə prezident Barak Obamanın dövründə Milli Təhlükəsizlik müşavirinin müavini vəzifələrində çalışıb. Ondan öncə 2001-2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi vəzifəsində işləyib.  2002-2008-ci illərdə Senatının Xarici Əlaqələr Komitəsində Kadrlar Direktor vəzifəsini tutub. Harvard (BA) və Kolumbiya (JD) universitetlərində təhsil alıb. O, eyni zamanda 2009-2013-cü illərdə prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb. Klinton administrasiyası dövründə Blinken Dövlət Departamentində də fəaliyyət göstərib. 

Blinken indi CNN üçün qlobal məsələlər üzrə analitikdir. Bu günlərdə isə Blinkenin yeni seçilmiş prezident Joe Biden-in dövlət katibi olacağı bildirilir.

Time TV

Leave a comment

Related Posts