Dec 5, 2020, 11:18 am
5 Users Online

XANKƏNDİNDƏ RUSİYANIN HUMANİTAR YARDIM MƏRKƏZİ AÇILDI

Rusiya bölgədə qonaq yox, ev sahibi kimi hərəkət edir

Bu gün Rusiyanın Qarabağda ilk humanitar yardım mərkəzinin açılışı olub. Mərkəz tam olaraq işə salınıb. Bunu mətbuata Rusiya Federasiyası Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri Mixail Mizintsev söyləyib. O, Rusiyanın yüksək hərbi-siyasi rəhbərliyi tərəfindən qəbul edilən operativ qərarlar sayəsində Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsinin dayandırılmasının mümkün olduğunu deyərək bildirib ki, hazırda bölgədə normal həyatının qurulması ilə bağlı bütün tədbirləri uğurla təmin edirlər: Bu gün ilk plana görə humanitar tapşırıqlar yerinə yetiriləcək. Bu məqsədlə Humanitar Mərkəz bu gün Stepanakertdə (Xankəndində)  tam şəkildə fəaliyyətə başlayacaq.

O, eyni zamanda mərkəzin beynəlxalq humanitar təşkilatlarla, Azərbaycan və Ermənistanın dövlət orqanları ilə əməkdaşlıq edəcəyini söyləyib.
 

TİME TV

Оставить комментарий

Похожие сообщения