Nov 24, 2020, 5:07 pm
4 Users Online

Qarabağın minalardan təmizlənməsi üçün 10-15 il lazımdı

Bunun üçün daha uzun müddət də tələb oluna bilər

Qarabağ və işğaldan azad edilmiş digər rayonlarda əhalinin tezliklə məskunlaşması mümkün olmayacaq. Çünki həmin ərazidə çoxlu minalar, partlamamış raket və bombalar var. Onların aşkar edilib təmizlənməsi üçün isə uzun zaman lazımdı. Bu üzdən həmin ərazilərdə məskunlaşmanın tezliklə baş tutacağı real görünmür. Bunu Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəhbəri Qəzənfər Əhmədov da təsdiqləyib. O, deyib: Döyüş sahəsindəki partlamamış hərbi sursatların zərərsizləşdirilməsi beş ildən altı ilədək davam edəcək və minaların zərərsizləşdirilməsi üçün daha çox vaxt lazımdır — təxminən 10 ildən 13 ilədək. 
Bundan əvvəl Azərbaycan başçısı İlham Əliyev Qarabağ ərazilərinin bərpası üçün baş plan hazırlandığını elan etmişdi. O, «ilk növbədə minalardan təmizlənmə işlərinin aparılması lazım olduğunu və bunun çox uzun müddət çəkdiyini» vurğulamışdı.

 

Time TV

Оставить комментарий

Похожие сообщения