Nov 24, 2020, 5:56 pm
6 Users Online

İLK TÜRK HƏRBÇİLƏRİ BAKIYA GƏLDİ

Hərbçilərin gəlişi davam edəcək 

Türkiyə-Rusiya razılaşması nəticəsində Dağlıq Qarabağda sülh prosesinə nəzarət edən Monitorinq Mərkəzinin fəaliyyətində iştirak etmək üçün ilk Türk hərbi kontingenti Azərbaycana gəlib. Bu dəqiqələrdə Airbus A400M hərbi nəqliyyat təyyarəsi ilə Bakıya — Binə Havala Limanına enib. Hərbi kontingentin ardı gələcək. Türkiyə hərbçiləri Monitorinq Mərkəzində PUA-larla (Pilotsuz Uçan Aparat) əraziyə nəzarət edəcəklər.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya nümayəndə heyəti Türkiyəyə səfər edərək TC Müdafiə Nazirliyində görüşlər keçirərək razılıq sənədinə imza atıblar.

TİME TV 

Оставить комментарий

Похожие сообщения