Nov 24, 2020, 6:01 pm
4 Users Online

Putin Dağlıq Qarabağı özəlləşirdirir

Putinin göstərişilə Dağlıq Qarabağ erməniləri 1 illik bütün xərclərdən azad edildi

Ermənilərə humanitar yardım üçün daha 5 mərkəz yaradıb.

Dağlıq Qarabağın ermənilər yaşayan hissəsinə “sülhməramlı” adıyla Rusiya hərbçiləri yeridiləndən sonra Rusiya prezidenti Vladimir Purinin Qarabağla verdiyi göstərişlərin ardı kəsilmir. Erməni telegram kanallarında verilən məlumata görə, özünü qondarma rejimin prezidenti elan etmiş Araik Harutunyanla görüş zamanı Rusiya “sülhməramlı”ların rəhbərliyi ona Qarabağ ermənilərinə ayrılacaq yardım planını təqdim ediblər. Planda Xankəndinin 100 minlik şəhərə çevrilməsi, yeni binaların tikilməsi, müdafiə sisteminin gücləndirilməsi, Qarabağın yerli hüquq mühafizə orqanlarında özünümüdafiə dəstələrinin formalaşdırılması nəzərdə tutulur. Həmin dəstələr rəsmi olaraq polisin bir qolu olacaq və “sülhməramlı”lara kömək edəcəklər. Rusiya Federasiyası Fövqəladə Hallar, Səhiyyə kimi nazirliklərin Qarabağən ermənilər yaşayan hissəsində törəmə qurumları təsis edilir. Eyni zamanda ““RİA Novosti”nin yaydığı məlumata görə, daha bir neçə mərkəz də açılacaq. Bu arədə Rusiya Milli Müdafiə İdarəçiliyi Mərkəzinin açıqlamasında bildirilir.

Rusiya müdafiə nazirinin göstərişi ilə yaradılan həmin mərkəzlər Minalardan Təmizləmə Mərkəzi, Qarşıduran Tərəfləri Barışdırma Mərkəzi (tərkibində psixoloji iş şöbəsi, televiziya və radio yayımı stansiyaları, qəzet redaksiyası var), Nəqliyyat Təminatı Mərkəzi, Tibbi Təminat Mərkəzi, Ticarət-Məişət Təminatı Mərkəzidir.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatın şərtlərinə görə, rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Rusiyanın 1 960 nəfərlik canlı qüvvədən, 90 ədəd zirehli texnikadan, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı qüvvələri yerləşdirilməlidir. Amma artıq ortada olan odur ki, Rusiya Qarabağın ermənilər yaşayan hissəsində faktiki olaraq Rusiya Federasiyasının bir anklavı kimi fəaliyyət göstərir.

 

TİME TV 

Leave a comment

Related Posts